ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Namiq Abbasov
"Mədəniyyət siyasəti və mənəvi dəyərlər"
Elmi redaktoru və ön sözün müəllifi: Mübariz Süleymanlı, sənətşünaslıq namizədi, dosent
Rəyçilər: Niyazi Mehdi, fəlsəfə elmləri doktoru, professor
İlqar Hüseynov, kulturologiya elmləri doktoru, dosent
Şəhrəddin Məmmədov, fəlsəfə elmləri doktoru, professor
Namiq Abbasov. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Bakı, 2009, 444 səh.
Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət siyasətinin elmi-müqayisəli təhlili verilir, bu siyasətin milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu araşdırılır və qloballaşma prosesinin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşınmadan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir. Habelə mədəniyyət siyasəti anlayışının təhlili verilir, müstəqillik qazandıqdan sonra əldə olan müvəffəqiyyətlərdən, mövcud olan problemlərdən və onların necə aradan qaldırılması yollarından bəhs edilir.
Hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın Azərbaycanda nə dərəcədə inkişaf etdiyi öyrənilir. Milli dəyərlərimizin Azərbaycan kulturoloji düşüncəsindəki spesifik xüsusiyyətləri tarixi inkişaf fonunda izlənilir və dəyərləndirilir. Qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasəti təhlil edilir və onların müsbət cəhətlərinin mənimsənilməsi yolları araşdırılır. Dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifələrinin metod və
üsulları təhlil edilir, mədəniyyət siyasətinə dair təkliflər verilir.
© "N.Abbasov", 2009