ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net
Milli Virtual Kitabxananın Təqdimatında
Yusif Əhmədov
"Ələkeçməzlər - 2"
Elektron kitab N 10 (2012)
Tanınmış yazıçı-publisistin aktual problemlərə toxunulan məşhur detektiv romanının ikinci hissəsi və hekayələrindən ibarət yeni e-kitab...
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 04 (2012)
Redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2012
Milli detektiv ədəbiyyatımızın uğurlu nümunəsi sayılan yazıçı-publisist Yusif Əhmədovun “Ələkeçməzlər” romanının birinci və ikinci kitablarının növbəti tirajı satışdadır. Keçən əsrin sonlarından bu yana Azərbaycanda – Bakıda və bölgələrdə, eləcə də yaxın-uzaq xarici ölkələrdə baş verən dəhşətli kriminal hadisələr, “Qara kəmər” əməliyyatı, Hacı Məmmədovun quldur dəstəsinin silsilə cinayət işi, müxtəlif “dini dəstələr”in mübarizəsi, jurnalist Elmar Hüseynovun qətli, din pərdəsi altında müxtəlif xarici qüvvələrin təxribatçı fəaliyyətləri, Qarabağda partizan müqaviməti, Avropada gedən geopalitik oyunlar kimi başqa mürəkkəb hadisələrə həsr olunan romanda təsvir olunanlar indi də baş verməkdədir. Yazıçı oxunaqlı dildə, özünəməxsus ədəbi-estetik üslubda yaratdığı romanın hər iki hissəsində şər qüvvələrə qarşı hüquq-mühafizə əməkdaşlarının apardığı qızğın mübarizəni əks etdirir. Oxucuların xahişinə əsasən yenidən buraxılmış, yüksək poliqrafik standartlarına uyğun cap olunmuş “Ələkeçməzlər” romanları Bakının müxtəlif kitab mağazalarında almaq olar.
Aydın Xan Əbilov, YYSQ sədri, yazıçı-kulturoloq
Bəyaz - bəyzadə şəxsiyyət: yazıçı-publisist Yusif Əhmədov...
(Poetik esse)
Yazar dostum Yusif Əhmədov üçün darıxmaca...
Yaşlı, çox yaşlı bir yazar dostum var - nasir-publisist Yusif Əhmədovmüəllim: saçı, ürəyi, vicdanı bəyaz, dünyayla həmgedişat, Zərdüşt timsalı, Dədə Qorqud simalı, Füzuli duyğusallı mülayim və müdrik insan...
Onunla söhbətdən doymaq olmur - səsinin, simasının, intonnasiyasının, nitqinin, duyğularının sadəliyindən, səlistliyindən, eləcə də fərqli-fərdi baxışlı həyat fəlsəfəsindən yorulmaq mümkün deyil...
Həyat eşqindən, insanlara sevgisindən, Vətənə məhəbbətindən, doğmalarına-tanışlarına qayğısından hamıya pay çatır...
Yaxşılıq etməkdən usanmayan, sevgidən doymayan, mərhəmətdən yorulmayan, başqalarına qayğıdan qaçmayan, ən əsası isə bu dəhşətli zəmanədən qorxmayan yazıçı-publisist Yusif Əhmədov...
Sanki ətrafdakı zülmətdə bir saf, pak, bəm-bəyaz işıqdır Yusif müəllim: lap adaşı Yusif kimi peyğəmbərsimalı insansevərdir o...
Hər dəfə içim boşalanda, hamıdan usananda, zəmanədən baş götürüb haralarasa uzaqlaşmaq könlümdən keçəndə ona sığınıram.
Söhbətinə, həyati enerjisinə, oluma sevgisinə tamarzı olanda ona doğru uzaqlara yollanıram.
Yusif müəllim mənə görə Yerin zülmətindən çox-çox uzaqlarda, lap Göyün yeddinci qatında qərar tutub.
Onun torpaqüstü qara əməllərlə, nifrət və pisliklərlə heç bir bağlantısı yoxdur...
Ona yaxınlaşdıqca, bütün ağrılar azalır, kədər yerini sevincə boşaldır, dərd əvəzinə bir ruh rahatlığı varlığını əhatələyir, nifrətsə sevgiylə əvəzlənir.
Düşünürsən: İlahi, bir insanda bu qədər müsbət enerji hardandır görəsən?!
Hər dəfə onu görəndə, dünyaya göz açdığım ildən çox-çox əvvəl cənnət-məkan olmuş babam Seyfulla kişi yadıma düşür...
Nədənsə, qəlbi yazıb-yaratmaqla döyünən, ürəyi yaxşılıqlarla çırpınan bu böyük şəxsiyyəti zəmanəmizə tay bir böyük İnsan sayıram: poetikləşdirəndə, sanıram ki, əgər savaş meydanında Yusif müəllimlə zaman üz-üzə gəlsə, mütləq məhz O, qalib gələcək, zəmanənin kürəyini tarixə saplayacaq...
Bu sətirlər yan-yana düzüldükcə, Yusif Əhmədov ruhu - kim deyir ki, ruh yalnız öləndən sonra bədəni tərk edir, möhkəmcə yanılır, sevdiyimiz, dəyər verdiyimiz böyük insanların ruhu qəlbimizdə, yaddaşımızda, bir də duyğularımızda hər an dolaşır - yaddaşımın sevgi qonan hissəsində qanad çalır...
Bir anlıq ondan ötrü ürəyimin mərkəzi göynəyir: mobil telefonu götürüb yazar həmkarıma zəng edirəm:
- Yusif müəllim, salam, necəsiz?
- Aydın!..
Uzaq Qubadan - Yusif müəllimin istirahət etdiyi rayondan mənim adımı elə çəkir ki, sanki yüz, bəlkə də min ilin dostuyuq...
Əslində elə beləcədir: ruhumun fəhmincə, Yusif müəllim minlərcə ili öz varlığında əridir o sıradan sevdiyi insanları da öz şəxsində birləşdirir - axı o, yaradıçı sənətkardır...
Zərdüşt peyğəmbərdən tutmuş, ta Nizami, Füzuli və elə onun özünə - Yusif Əhmədova qədər bir zamanı, həm də ayrı-ayri insan ömürlərindən ibarət həyatı içində əridərək müdrik ziyalı, istedadlı söz adamı kimi şəxsimə hopmuş bu ali varlıq simalı fərdi sevməmək, dəyərləndirməmək mümkün deyil...
P.S. Yusif müəllim, sizin üçün darıxıram: yanımda olsanız da, ruhunuz qəlbimdə qanad çalsa da varlığınızın yeri yaman görünür...
P.P.S. 22 fevral 1939-cu ildə Qədim Qarabağda göz açdı yazıçı-publisist, gözəl insan və tanınmış ziyalı Yusif Əhmədov!
Elə şəxsiyyətlər var ki, onlar bu dünyaya gəlməsəydilər həyat maraqsız və rəngsiz olardı, baxın, Yusif müəllim də belə xeyirxahların cərcəsindədir...
Yusif müəllimin ad gününü təbrik edir, ona uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Yuz yaşayın ki, biz də sizə baxıb sevinək, Yusif Ata! )))
Eləcə də yazıçının məşhur detektiv romanının birinci hissəsinin e-variantı ilə tanış olun:
http://kitabxana.net/?oper=readBook&id=699
"Ələkeçməzlər" (I kitab). Hacı Məmmədov barədə milli detektiv roman və hekayələr... YYSQ-nin virtual nəşri - N 7
Kateqoriya: Detektiv. Macəra
Müəllif: Yusif Əhmədov
Təsvir: Tanınmış nasir Yusif Əhmədоv ötən əsrin 60 cı illərində ədəbiyyata gələn yazıçılardandır. İlk kitabı "Əfqan hеkayələri" adı ilə 1965 ci ildə Tacikistanın Düşənbə şəhərində çap оlunub. "Ələkеçməzlər" sayca müəllifin 20 ci kitabıdır. Kitabdakı еyniadlı rоman öz janrına görə müəllifin başqa əsərlərindən fərqlənir. Azərbaycanın ilk milli dеtеktiv rоmanı оlan "Ələkеçməzlər" kitabındakı hadisələr 1992 2006 cı illər ərzində Bakı şəhərində və əyalətlərdə baş vеrən müxtəlif kriminal hadisələrdən bəhs еdir.
https://www.facebook.com/pages/Yusif-Ahmedov-Yusif-%C6%8Fhm%C9%99dov/252338141486002
- Yusif Əhmədovun Feysbuk səhifəsi: bəyənən Azərbaycan ədəbiyyatını, milli sözü dəstəkləmiş olur...
http://www.kitabxana.net/?oper=readBook&id=1336 -
"Yarımçıq Şikəstə". Tanınmış yazıçı-publisistin aktual problemlərə toxunulan pyes və hekayəsindən ibarət e-toplu...
Kateqoriya: Detektiv. Macəra
Müəllif: Yusif Əhmədov