Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Kara(b)ağlayan Hikâyeler" - "Qarabağ hekayələri". (Türk dilində. Çevirenler: İmdat Avşar - Ömer Küçükmehmetoğlu). Tanınmış Azərbaycan yazarının qardaş Türkiyədə buraxılmış hekayələr kitabı...

Müəllif:

Eyvaz Zeynalov


Kateqoriya:

Türkcə



Qısa Təsvir:

Eyvaz Zeynalov.  "Kara(b)ağlayan Hikâyeler" (Türkcə. Çevirenler: İmdat Avşar - Ömer Küçükmehmetoğlu).  "Qarabağ hekayələri" Tanınmış Azərbaycan yazarının qardaş Türkiyədə buraxılmış hekayələr kitabı...


Baxış sayı: 184
    
    


Eyvaz Zeynalov. 


"Kara(b)ağlayan Hikâyeler"

( "Qarabağ hekayələri" )


(Türkcə)


Çevirənlər: İmdat Avşar və Ömer Küçükmehmetoğlu


Tanınmış Azərbaycan yazarının qardaş Türkiyədə buraxılmış hekayələr kitabı...

 

 

KARA(B)AĞLAYAN HİKÂYELER

Eyvaz Zeynalov

Bengü Yayınları: 35

Azerbaycan Edebiyatı: 15

Genel Yayın Yönetmeni

Yakup Deliömeroğlu

Çevirenler

İmdat Avşar - Ömer Küçükmehmetoğlu

Kapak - Sayfa Tasarım

İbrahim Sağlam

Kütüphane Bilgi Kartı

Kara(b)ağlayan Hikâyeler

Zeynalov, Eyvaz

1.Baskı, 196 s., 13,5x19,5

Haziran 2011, Ankara

ISBN: ......................

Baskı

Sage Matbaacılık

Tel: (0312) 283 65 64

BENGÜ YAYINLARI

Hacettehe Mah. Hamamönü Sk. No: 24 Altındağ/ANKARA

Tel: 0.312.311 70 52 Faks: 0.312.311 70 32

e-posta: bilgi@benguyayincilik.com

 

Yazıçının tərcümeyi-halı

 

Eyvaz Mahmud oğlu Zeynalov 1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət ixtisası üzrə orta məktəblərdə müəllimlik etmiş-dir. Bir neçə il Rusiyada, Ukraynada yaşamış, qeyri sahələrdə işləmişdir. Ağdamda çıxan "Lenin yolu" qəzetində çalışmışdır. 

1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal ediləndən sonra Bakının Qara-dağ rayonundakı Lökbatan qəsəbəsində məskunlaşmışdır. Hazırda elə orada da yaşayır.
İlk hekayəsi ("Qəlibə sal") orta məktəbin 9-cu sinfində oxuyarkən Ağdamdakı "Lenin yolu" qəzetində çap olunmuşdur. Sonralar hekayələri "Pioner", "Azərbaycan gəncləri", "Bakı", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə, "Göyərçin", "Pioner", "Ulduz", "Azərbaycan" və s. jurnallarda, toplularda işıq üzü görmüşdür.
Dolanışıq və s.-lə əlaqədar yaradıcılığında bir neçə dəfə uzunmüddətli fasilələrə yol versə də 2000-ci ildən daim yazıb-yaradır.
1990-cı ildə "Yazıçı" nəşriyyatında "Rəngsiz yuxu" (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmışdır. 1999-cu ildə "Bahalı şokolad qutusu", 2007-ci ildə "Qırmızı almalar" uşaqlar üçün kitabları, 2006-cı və 2009-cu illərdə "Qarabağ hekayələri" (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə "Hekayələr", 2008-ci ildə "Qış günəşi" (povestlər, hekayələr) kitabları çap edilib.
2010-cu ildə isə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində "Uşaq hekayələri və nağıllar" adlı kitabı çap olunub.
2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində "Kara(b)ağlayan Hikayeler" kitabı çıxmışdır.
2002-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
2007-ci ildə "Avropa Nəşr Mətbu Evi"nin keçirdiyi müsabiqədə "Ən yaxşı vətənpərvər yazıçı" Beynəlxalq Qızıl mükafatına layiq görülmüş, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri, 2010-cu ildə isə Azadlıq radiosunun "Ədəbi azadlıq" kiçik hekayə müsabiqəsinin qalibi olmuşdur.
Bundan başqa əsərləri bir neçə dilə tərcümə və dərc olunmuşdur.