Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Kəsə sözlər" şeirlər kitabı. «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və b. nəşr əsərlərinin müəllifindən maraqlı bir poetik kitab...

Müəllif:

Fikrət Sadıq


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Fikrət Sadıq. "Kəsə sözlər" şeirlər kitabı. «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və b. nəşr əsərlərinin müəllifindən maraqlı bir poetik kitab...


Baxış sayı: 2252
    
    


www.kitabxana.net


Milli Virtual Kitabxananın Təqdimatında

 

Fikrət Sadıq


"Kəsə sözlər"

 

Tanınmış istedadlı şairin yeni poetik kitabı...


YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 14 (2012)


Virtual Redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq


YYSQ - Milli Virtual Kitabxana


Bakı - 2012

 

 Fikrət Sadıq (1930) - Şamaxı şəhərində anadan olub; şair, publisist, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatıdır (1990); Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib (1946). ADU-nun filologiya fakültəsində təhsil alıb; ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı «Gənclik nəğmələri» almanaxında dərc etdirdiyi «Artist» və «Ana əli» şeirləri ilə başlayıb; poetik yaradıcılığında bədii tərcüməylə də məşğul olub; «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və s. onun qələminin bəhrəsidir (1974-1983); Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub (1961-1975); hazırda Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən); Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak edib; Macarıstanda yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980); onlarla şeir və tərcümə kitablarının müəllifidir; Prezidentin fəxri təqaüdçüsüdür.