Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş şeirlər". İran və Şərq ədəbiyyatının tanınmış nümayəndəsinin, lirik şeirlər ustasının - vaxtilə "Divan"ı fal açmaq üçün istifadə edilən yeganə dünya şairinin azərbaycanca poetik əsərləri...

Müəllif:

Hafiz Şirazi


Kateqoriya:

Fars



Qısa Təsvir:

Hafiz Şirazi. "Seçilmiş şeirlər". İran və Şərq ədəbiyyatının tanınmış nümayəndəsinin, lirik şeirlər ustasının - vaxtilə "Divan"ı fal açmaq üçün istifadə edilən yeganə dünya şairinin azərbaycanca poetik əsərləri...


Baxış sayı: 5034
    
    


Hafiz Şirazi

 

"Seçilmiş şeirlər"

Tərcümə: Əbülfəzl Hüseyni

 

İran və Şərq ədəbiyyatının tanınmış nümayəndəsinin, lirik şeirlər ustasının - vaxtilə "Divan"ı fal açmaq üçün istifadə edilən yeganə dünya şairinin azərbaycanca poetik əsərləri...

 

Hafiz Şirazi

Doğum tarixi:1320
Doğum yeri:Şiraz
Vəfatı:1390


Hafiz Şirazi (tam adı Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar.
[redaktə]Həyatı

Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310-1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında biruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub. Bir neçə ildən sonra Hafiz Şiraza qayıdıb və yaradıcılğına davam edib.
Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir. Şair dünyanı tez-tez "viranə" bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır. Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə - divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil (onların sayının 573-994 arasında olması ehtimal edilir).