Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Qaragünün Ağgün vəkili". Romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun "Aldadılmış ər" povestindən sonra ilk iri həcmli bədii nəsr əsəridir.

Müəllif:

Zaur Qəriboğlu


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

"Qaragünün Ağgün vəkili". Romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun "Aldadılmış ər" povestindən sonra ilk iri həcmli bədii nəsr əsəridir.


Baxış sayı: 664
    
    


www.kitabxana.net 


Millli Virtual Kitabxananın təqdimatında

 

Zaur Qəriboğlu


"Qaragünün Ağgün vəkili"

(roman)


"Qaragünün Ağgün vəkili" romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun "Aldadılmış ər" povestindən
sonra ilk iri həcmli əsəridir.
Birnəfəsə oxuyacağınız bu romanda hadisələr Qaragün şəhərində cərəyan edir. Bu şəhərin sakinləri ağ gün sorağında "qara günü ağ günə yavanlıq" edirlər. İnanırlar ki, kimsə nə vaxtsa onları ağ günə çıxaracaq.
Mətnin qayə və ideya qatında qaragünlü bir cəmiyyətin işıqlı sabaha qovuşması istəyi dayanır. Yazıçı bu əsərilə yaşadığı cəmiyyətə mesaj göndərir. Oxuyacaqlarınız sizə tanışdır. Əsərdə baş verən hadisələri oxuyub, deyəcəksiniz: "Bunlar elə bizim başımıza gələnlərdir ki!"
Yazıçı həyat hadisələrinə öz yaradıcılıq prizmasından yanaşır. Bəzi məqamlarda qəfil güllə kimi açılan sarkazm, ironiya ilk baxışda oyuncaq tapançadan açılan atəş kimi "yüngül" olsa da ağrısı möhkəm olur.
Bu əsər seçki saxtakarlığını nəsrə gətirən ilk mətndir. İlk dəfədir ki, parlament seçkisi ərəfəsində baş verən iyrənc oyunlar bədii təxəyyülün süzgəcindən keçirilir.
"Qaragünün Ağgün vəkili" maraqla oxuyacağınız bir əsər olacaq. Vaxtı itirməyin!

Zaur Qəriboğlu / Qaragünün Ağgün vəkili (roman). Bakı, Qanun Nəşriyyatı, 2011. 116 səhifə. 300 tiraj

Redaktor: Kənan Hacı 


ISBN 978-9952-26-214-8

© Z.Qəriboğlu, 2011

E-mail: gariboglu@yahoo.com

 

 

Müəllifin başqa kitabları: 


"Səni yaradanı sevirəm..."


http://www.kitabxana.net/?oper=readBook&id=1406


"Aldadılmış ər"


http://www.kitabxana.net/?oper=readBook&id=1011