ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Elçin
"Anti-terror"
Yeni nəsil milli detektiv yazarın maraqdoğuracaq bir nəsr nümunəsi!
Yenə Bakının küləkli və isti havası insanlara həm mənfi, həm də müsbət enerji verirdi. İstirahət mərkəzləri, parklar əhalinin daha çox sıx olduğu yerlər idi. Əhalidə bir sevinc hissi duyulurdu. Səbəb bir tərəfdən havaların istiləşməsi idisə, digər tərəfdən daha çox səbəb isə bir həftə sonra EUROVİSİON-2012 mahnı müsabiqəsi idi ki, oda məhz bu ilin may ayında Azərbaycan Respublikasında keçiriləcəkdi. Bu, hər bir azərbaycanlıda iftixar hissi yaradırdı. Bunları düşünə-düşünə Sahilyanı parka doğru hərəkət edirdim. Məqsədim bir-iki saat dənizkənarı parkda gəzmək və dincəlmək idi. Nəhayət, bir xeyli gəzdikdən sonra özümə daha yaxın olan skamyaya yaxınlaşdım. Yaxınlıqdakı skamyada bir oglan ilə bir qız əyləşib söhbət edirdilər. Çox şən və mehriban görsənirdilər. Çox güman ki, sevgili idilər. Bu fikirdə olmağıma səbəb onların indiki “sevgili”lərdən fərqli olaraq skamyada qucaqlaşıb oturmamaqları və ya millətin gözü qarşısında öpüşməmələri idi. Şəhərə ailə uşaqla çıxmaq mümkün deyil. Hansı parka üz tutursan, hansı tinə dönürsən ya mini yubkada, üzü gözü tamamilə boyaya bürünmüş qızları və arxalarınca sürünən bir neçə oğlanı, ya da bir-birinə sarılmış gəncləri görürsən. Fərqi yoxdur qız ya oğlan. Adam bu biabırçılığı görməmək üçün üzünü yana tutur. Adını da qoyurlar ki, kosmopolitik, posmodernistik Avropalaşırıq.