Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". On cilddə. II cild. Kitaba müəllifin «Komik-bədii vasitələr», «Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyaları və son dövrlərdə yazdığı bir sıra məqalələr daxil edilmişdir.

Müəllif:

Qəzənfər Kazımov


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Qəzənfər Kazımov. Seçilmiş əsərləri. On cilddə2-ci cild. Kitaba müəllifin «Komik-bədii vasitələr», «Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyaları və son dövrlərdə yazdığı bir sıra məqalələr daxil edilmişdir.


Baxış sayı: 611
    
    


www.kitabxana.net

 

Milli Virtual Kitabxananın təqdimatında

 

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə   http://www.kitabxana.net  - Milli Virtual Kitabxananın "Elmi irsimiz" silsiləsi  çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Elektron Kitab N 06

 

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 06 (2012)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 http://www.kitabxana.net 

 

Qəzənfər Kazımov


Seçilmiş əsərləri


On cilddə


İkinci cild

 

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012

 

Q.Ş.Kazımov. Seçilmiş əsərləri. On cilddə. 2-ci cild. Bakı, 2008, 480 səh.

Kitaba müəllifin «Komik-bədii vasitələr», «Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyaları və son dövrlərdə yazdığı bir sıra məqalələr daxil edilmişdir.

 

 

I Cild burada:  http://www.kitabxana.net/?oper=readBook&id=764

 

HƏYATI VƏ YARADICILIQ YOLU HAQQINDA


Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov XX əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli nümayəndələrindəndir. Təmsil etdikləri elmə müqəddəs məbəd, etik səltənət, əxlaq mehrabı kimi baxmaq, istedadın və zəhmətin gücünə arxalanmaq, araşdırdıqları mövzunun ən dərin qatlarına enə bilmək, təkcə bilik ilə yox, həm də daxili bir şövqlə, isti ürəklə, coşqun ilhamla yazmaq - bu nəslin aparıcı nümayəndələrini birləşdirən ümumi və vahid tipoloji məziyyətlərdir. Onları məhrəm edən bir mühüm keyfiyyəti də qeyd etmək olar: hərəsinin özünəməxsus tədqiqat sahəsi, fərdi elmi ədası, təhlil mədəniyyəti olsa da, onlar məhdud sahə mütəxəssisləri deyil, çox geniş tədqiqatçılıq imkanlarına malik olan filoloqlardır. 
Q.Kazımov da geniş miqyaslı tədqiqat sahəsi və elmi maraq dairəsi olan həmin alimlərdəndir. Onun müasir Azərbaycan dilinin quruluşuna, dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeologiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair qiymətli kitab və məqalələri vardır. Müasir Azərbaycan ədəbi dilinin inkişafında, onun leksik, üslubi-semantik və qrammatik normalarının zənginləşməsində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Bayram Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, Elçin, Fərman Kərimzadə, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Azəri, M.H.Şəhriyar, Hüseyn Arif, Söhrab Tahir və b. söz ustalarının xidmətləri onun məqalə və kitablarında əsaslı şəkildə şərh edilmişdir. 
İstedadlı alim-dilşünas kimi böyük nüfuz qazanan Qəzənfər Kazımov eyni zamanda gözəl müəllim-pedaqoq kimi tanınır. O, 50 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyatı müəlliminin hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin filologiya fakültələri və orta ümumtəhsil məktəblərin müxtəlif sinifləri üçün onlarca proqram, dərslik, dərs vəsaiti onun alim-pedaqoq zəhmətinin canlı görüntüləridir. 
Qəzənfər Kazımovun indiyə qədər müxtəlif nəşriyyatlarda (təkrar nəşrlərlə) 56 kitabı, 300-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuş, 50-dən artıq müəllifin kitabı onun elmi redaktorluğu ilə işıq üzü görmüş, həyatı və yaradıcılığı barədə 140-a qədər məqalə yazılmışdır. Alimin kitabları həmişə elmi ictimaiyyətin diqqətini cəlb etmiş və həmkarları - Bəkir Nəbiyev, Ağamusa Axundov, Zərifə Budaqova, Tofiq Hacıyev, Musa Adilov kimi dilçi və ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. 
Bütün bunlar Qəzənfər Kazımovu XX əsr Azərbaycan dilçilərinin ən görkəmli nümayəndələri sırasına daxil edir və onun elmi-pedaqoji fəaliyyətinin monoqrafik planda öyrənilməsinə imkan verir.

http://www.qkazimov.gen.az/index.html