Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Qafqaz Albanlarının dili və ədəbiyyatı"... Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edir.

Müəllif:

Bəxtiyar Tüncay


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Bəxtiyar Tuncay. "Qafqaz Albanlarının dili və ədəbiyyatı"... Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mənbələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsasını qoyacaqdır.


Baxış sayı: 30
    
    


Bəxtiyar Tuncay


 QAFQAZ ALBANLARININ DİLİ VƏ ƏDƏBİYYATI. 


Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mənbələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsasını qoyacaqdır.


Məsləhətçi: Yunus Oğuz

Redaktorlar: Elman Cəfərli, Mirəli Mirsucayev


Korrektor: Züleyxa Şahverdizadə


Bəxtiyar Tuncay. QAFQAZ ALBANLARININ DİLİ VƏ ƏDƏBİYYATI. Bakı, "Qanun" nəşriyyatı, 2010, 368 səh.


©  Bəxtiyar Tuncay. , 2010

 

Fəzail Ağamalı


ÖN SÖZ


Bəxtiyar Tuncay yanıma gəlib bildirəndə ki, Avropanın bir çox ölkələrinin kitabxana və əlyazma fondlarında çox sayda alban ədəbiyyatı nümunəsi qorunmaqdadır, onlar alban dilində, daha dəqiq desək, qarqar-qıpçaq türkcəsindədir, ermənilər onları müxtəlif dillərə tərcümə edərək, qədim erməni abidələri kimi təqdim edirlər və bu əsərlərin içərisində XII əsrin məşhur alban ilahiyyatçı, tarixçi və hüquqşünası Mxitar Qoşun "Törə bitiki" əsəri də var, doğrusu, çox heyrət etdim. Əgər bu sözləri mənə söyləyən adamı tanımasaydım və qələminə bələd olmasaydım, yəqin ki, inanmaz və əhəmiyyət verməzdim. Fəqət Bəxtiyar Tuncayın ciddi tədqiqatçı olduğunu və boş söz söyləməyəcəyini bilirdim. Odur ki, həmin materialların əldə edilməsi istiqamətində ona yardım etməyə qərar verdim.
Dərhal ölkəmizin Qazaxıstandakı səfiri cənab Qəndilovla əlaqə yaratdım və onun köməyi ilə lazım olan materialları əldə etdim. Material düşündüyümdən
qat-qat çox idi, hətta deyə bilərəm ki, külli miqdarda idi. Özümü qaranlıq meşəyə düşmüş kimi hiss edirdim, çünki mətnlər qıpçaq türkcəsində idi, bir qədər çətin anlaşılırdı. Amma onlarla ilk tanışlıq Mxitar Qoşun "Törə bitiki" əsəri haqqında söylənilənlərin doğru olduğunu göstərdi. Artıq heç bir şübhə yox idi. Qarşımızdakı mətnlər albanlara aid idi. Materialları Bəxtiyar Tuncaya verdim.  Tez-tez əlaqə saxlayırdıq. İşin gedişi ilə çox maraqlanırdım. Və hər görüşümüzdə də o mənə daha bir əsər və ya müəllif barədə məlumat verirdi. Beləcə, məlum oldu ki, materiallar içərisində Mxitar Qoşun təkcə adı çəkilən əsəri deyil, eyni zamanda tərtib etdiyi bir dua mətni də var. Bundan başqa Mxitar Qoşun müəllimi olmuş Tovuzlu Yovhannesin, şagirdi Vanağanın, onun şagirdi, tanınmış alban tarixçisi Kirakos Gəncəlinin, eləcə də haqlarında Kirakosun "Tarix" kitabında məlumat verilən bir çox tanınmış alban müəllifinin ana dilində yazdıqları əsərləri də var. 
Artıq "Qafqaz albanlarının dili və ədəbiyyatı" adlı kitab hazırdır və əminəm ki, bu kitab Azərbaycan tarixşünaslığına, dilçiliyinə və ədəbiyyatşünaslığına,
ən əsası isə türkologiya və albanşünaslığa böyük bir töhfə olacaq. Əlbəttə, bu kitabda söylənilməsi mümkün olanların çox kiçik bir hissəsi söylənmişdir. Amma unutmayaq ki, bu, bir başlanğıcdır və gələcəkdə bu iş digər tədqiqatçılar tərəfindən də davam etdiriləcək və o zaman alban ədəbiyyatı, başqa sözlə, Azərbaycan ədəbiyyatının alban qolu barədə təsəvvürlərimiz daha da genişlənəcəkdir.
Təəssüflər olsun ki, əldə edə bildiyimiz nümunələr həmin əsərlərin ermənilər tərəfindən təhrif edilmiş surətləridir. Onların əsilləri Venesiya və Vyanadakı erməni mxitaristləri təşkilatlarının nəzarətində olan monastır və kilsələrdə, eləcə də İrəvanda, Matedaranda saxlanılır və başqa adamların onlarla tanış olmasına imkan verilmir. Bununla belə, əldə olan materiallar da alban dili və ədəbiyyatı barədə dolğun təsəvvür əldə etmək üçün tamamilə yetərlidir və müəllif bu kitabda onların sadəcə kiçik bir hissəsini təqdim edib.
Oxucuların müzakirəsinə verilən əsərlərin müəlliflərinin böyük əksəriyyəti barədə ən dolğun məlumatı Kirakos Gəncəlinin "Tarix" kitabından almaq olar. Sevindirici haldır ki, əldə etdiyimiz materiallar içərisində Kirakosun özünün də əsərlərinə rast gəlinib. Bunlardan biri dini məzmunlu "Xosdovanitiun" (Tövbə duası) əsəri, digəri isə "Tarix" kitabının II fəslinin böyük bir parçasıdır. Bunlardan ikincisi daha böyük əhəmiyyətə malikdir. Çünki əldə olan fraqment sözügedən əsərin alban dilində qələmə alındığını və sonradan erməni dilinə tərcümə edildiyini sübut edir. Eyni sözləri Mxitar Qoşun "Törə bitiki" kitabı barədə də söyləmək olar. Məlumat üçün bildirim ki, ermənilər həm Mxitar Qoşu, həm Kirakos Gəncəlini, həm də bu kitabda haqlarında söz açılan, əsərləri təqdim edilən digər alban mütəfəkkirlərini bütün dünyaya erməni ədibləri kimi təqdim edirlər. Əminəm ki, bu kitab onların onillərdən bəri apardıqları təbliğatı yerlə bir etmək istiqamətində böyük bir addım olacaq. 
Azərbaycanda albanşünaslığın bir elm kimi əsası hələ XX əsrdə qoyulmuşdur və bu işdə mərhum alimimiz Ziya Bünyadov və Fəridə xanım Məmmədovanın xidmətləri danılmazdır, misilsizdir. Bu gün tam əminliklə söyləmək olar ki, bu kitabın işıq üzü görməsi ilə albanşünaslıqda yeni bir
era başlamış olacaq. Bu əsəri mübaliğəsiz türkologiya elminə və milli tarixşünaslığımıza da mühüm bir töhfə hesab etmək olar.
Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mənbələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsasını qoyacaqdır. Mən bunu tam məsuliyyətlə söyləyirəm və əminəm ki, onu oxuyan hər bir kəs sözlərimi təsdiq edəcəkdir. Çox şadam ki, bu əsərin ərsəyə gəlməsində mənim də cüzi bir xidmətim olub. Ümidvaram ki, kitabda toxunulan mövzu və ortaya qoyulan faktlar bir vaxt ali məktəblərin tədris planına salınacaq və gənc nəsillərimiz zəngin mədəniyyətimizin indiyə qədər gizli qalmış tərəfləri barədə dolğun məlumat alacaqlar.


Fəzail Ağamalı, Tarix elmləri doktoru, millət vəkili