
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan fəlsəfəsi” N 01 (04 - 2013)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri” Kulturoloji-bədii Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 01 (04 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Hüseynağa Qəniyev
“Zəka və xarakter”
Tarixi-fəlsəfi esselər toplusu
Hüseynağa Qəniyev. “Zəka və xarakter”. Tarixi-fəlsəfi esselər toplusu. İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusuna müəllifin “Zəka və xarakter”, “Nəfs haqqında”, “Fikirazadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman və məkan”, “Platonun “səhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya və inqilablar haqqında”fəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop Çesterfildin “Maksimlər”i, ingilis filosofu Frensis Bekonun “Təcrübələr və mənəvi siyasi nəsihətlər”inin tərcümələri daxil edilib.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 01 (03 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Hüseynağa Qəniyevin təqdimatında “Zəka və xarakter”
İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusu işıq üzü görüb. Kitaba müəllifin “Zəka və xarakter”, “Nəfs haqqında”, “Fikirazadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman və məkan”, “Platonun “səhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya və inqilablar haqqında”fəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop Çesterfildin “Maksimlər”i, ingilis filosofu Frensis Bekonun “Təcrübələr və mənəvi siyasi nəsihətlər”inin tərcümələridaxil edilib.
Müəllifin “Zəka və xarakter” essesində zəkanın bəşəriyyətin əsas həyatverici qüvvəsi, xarakteri isə insanın əxlaqı-mənəvi sərvəti kimi xarakterizə edib, zəka və xarakterlərinə görə hökmdarları 3qrupa bölüb: “Zəka və xarakterin qüdrəti baxımından hökmdarları nisbi olaraq bir neçə qrupa bölmək olar: Birincisi zəkası iradəsindən güclü olanlar: Romul, Tezey, Osman, Şah İsmayıl, MustafaKamal Atatürk kimi dövlət baniləridir ki, özləri vəfat etdikdən sonra yaratdıqları qüdrətli dövlətlər uzun müddət yaşamışdır və bəziləri indi də yaşayır. İkincisi iradəsi zəkasından daha güclü olanlar:İsgəndər, Atilla, Teymurləng, Napoleon kimi fatehlərdir ki, az vaxt ərzində çoxlu ölkələri fəth edib, nəhəng imperiyalar yaratmış, amma özlərinin vəfatından sonra imperiyaları süqut etmişdir. Üçüncüsü,zəkası da iradəsi kimi küt və zəif olan Mixail Qorboçov kimiləridir ki, təsadüfən əllərinə keçən qüdrətli dövlətləri sağlıqlarında süquta uğradıblar”.
“Nəfs haqqında” əsərində müəllif Əhriman və Hörmüzün əslində var olmamasını, onların insanların cəbhələrə bölünmüş dünyagörüşlərinin olduğunu vurğulayıb. “Əslində nə Hörmüz var idi, nəƏhriman. Onlar insanların cəbhələrə bölünmüş dünyagörüşləri idi. Lənətlənən də, lənətləyən də, alqışlayan da, alqışlanan da insanlar idi. Bu, bəşər tarixinin əbədi mübarizəsi-nəfs müharibəsi idi”.
Müəllif “Zaman və Məkan” başlıqlı digər fəlsəfi essesində yazır ki: “Güclü şəxsiyyətlər niyyətlərini əvvəlcədən dəqiq təhlil edir, hər işin məqamını, yerini və rolunu müəyyənləşdirir, bütünqüvvələrini vəhdət halında bütövləşdirir, fəaliyyətə başlayır və qalib gəlirlər. Onlar geniş düşüncələri, fenomenal yaddaşları, sayıq bəsirətləri ilə məqamları zərgər dəqiqliyi ilə tutur zəmanələrinin övladıolmaqla yanaşı, heyrətamiz zəka və xarakterləri ilə keçmişin təcrübəsini, bu günün reallığını və gələcəyin proqnozlarını vəhdətdə, bütövlükdə, tam halında aydın görə bilirlər”.
“Yalan haqqında” başlıqlı yazısında isə müəllif bildirib ki, insanlar mağaradan çıxdıqdan sonra yalanla həqiqətin mübarizəsi şəraitində yaşamışlar: “ Həqiqət axtarışına çıxanlar belə çox vaxtyanılaraq , çaşqın halda onu olmadığı yerlərdə axtarmış, özləri də anlamadan yalanla silahlanıb, həqiqət ovuna çıxmışlar. Beləliklə onlar həqiqətin real qanunları üzərində duran DÜNYADA yalan,xürafat və mövhumatla idarə olunan CƏMİYYƏT qurmuşlar”.
Kitabda yer alan maraqlı yazılardan biri də “Tarixin üç parlaq ulduzu” başlıqlı yazıdır. Burda müəllif dünya tarixində əvəzolunmaz üç dahi şəxsiyyətin: Homer, Əbülqasim Firdovsi və NizamiGəncəvinin adını çəkib. Müəllifin fikrincə, Homer “Odisey və İliada” əsərini yazmaqla xalqının tarixi yaddaşını bərpa etmiş, onu kökünə qovuşdurmuş, yunanların tarixini, fəlsəfəsini, coğrafiyasını,allahlarını, sevinc və kədərini, məhəbbət və nifrətini ümumiləşdirib toplum halında bütün nəsillər üçün ən dəyərli xəzinə kimi saxlamışdır. Hüseynağa Qəniyev Firdovsinin də “Şahnamə” sini yazmaqla özxalqı üçün Homerdən az iş görmədiyini, Şeyx Nizaminin isə ömrü boyu Gəncədən kənara çıxmadığı halda, dünya elminə yiyələnən, konkret halda Gəncəvi adlansa da, əslində ümumi zaman və məkanbaxımından Dünyəvi bir şair olduğu fikrini vurğulayıb.
Müəllifin topluda yer alan digər əsərlərində də bir-birindən maraqlı fikirlər və şərhlər öz əksini tapıb.
GÜNEL
525-ci qəzet.- 2011.- 19 may.- S.7.
Tarixin qaranlıqlarına işıq saldıqca hər addımda Böyük Türk millətinin qəhrəmanlıq səlanamələrilə rastlaşırsan. Təəssüf ki, bu böyüklük dünyada 7 müstəqil türk dövlətinin mövcud olduğu bir zamanda da öz ədalətli dəyərini almayıb. Yenə də öz tariximizi Türk millətinin böyüklüyünə, qəhrəmanlığına qısqanclıqla yanaşanların yaratdığı mənbələrdən axtarmaq məcburiyyətindədir.
Ancaq istənilən ögey münasibət, tariximizin təhrif edilməsinə göstərilən cəhdlər türklərin qəhrəmanlıq səlnaməsinin üzərinə kölgə sala bilməyib. çünki bu səlnamə kiçik hisslərlə yaşayan ayrı-ayrı tarixçilərin deyil, yalnız Tanrının kölgəsinə sığacaq qədər nəhəng və əzəmətlidir. "Xalq Cəbhəsi" qəzeti ənənələrinə sadiq qalaraq, öz oxucularına Böyük Türk millətinin ortaq tarixini əks etdirən "Türkün böyük tarixi" adlı yeni rubrika təqdim edir. İlk qonağımız isə rubrikanın təşəbbüsçüsü Hüseynağa Qəniyevdir. Hüseynağa Qəniyev Azərbaycanda ən böyük şəxsi və nadir kitabxanalardan birinin sahibidir. Böyük ensklopedik biliyə malik olan Hüseynağa müəllim tarixi-fəlsəfi esselərdən ibarət 6 kitabın müəllifdir. Onun tarixə müraciət etməsinin səbəbi də məhz buradan qaynaqlanır.
- Hüseynağa müəllim öncə rubrikanın mahiyyətini əks etdirən əsas amildən - tarixdən başlayaq. Tarix Sizin üçün nə deməkdir?
- Tarix təcrübədir, dünya görüşdür, elmdir. İnsanlar təbiətin və cəmiyyətin həm konkrekt, həm də çoxşahəli inkişafını tarixi mənbələr əsasında tədqiq edir, öyrənir, əlaqələndirir və elmi nəticələr əldə edirlər.
Müasir sivilizasiya heç şübhəsiz həmin elmi nəticələrin - ictimai təcrübənin üzərində durur. Hər bir sivil adam hara getdiyini bilmək üçün haradan gəlib, harada durduğunu da bilməlidir. Bu baxımdan tarix fəlsəfəsidir, bəşəriyyətin, xalqların və insanların özünü tanımasına, dərk etməsinə xidmət edir. Tarix yalnız keçmiş haqqında təcrübə deyil, obrazlı desək, həm də bu gün və gələcək haqqında elmdir. İnsanı insan edən onun təfəkkürüdür. Təfəkkürü isə yaradan onun yaddaşı və tarixi təcrübəsidir. Yalnız onun vasitəsilə o ayrı-ayrı aksiomaları məntiqinin süzgəcindən keçirir, yeni nəticələr əldə edir.
- Sizcə, tarix qəhrəmanları yaradır, yoxsa qəhrəmanlar tarixi?
- Tarixin ayrı-ayrı dövrlərində nəhəng şəxsiyyətlərin nəhəng hərəkəti, işi və əməlləri tarixin ümumi zəncirinin həlqələridir. Onlar bəşəriyyətin bu günü ilə gələcəyin əlaqə körpüsüdür. Belə nəhəng şəxsiyyətlərin cəmiyyətin çoxşahəli inkişafında və ya tənəzzülündə xüsusi çəkiləri var.
- Bu günkü söhbətimizin mövzusu da həmin o nəhəng şəxsiyyətlərdən biri ilə bağlıdır. çingiz xan haqqında fikirlərinizi bilmək istəyərdim? Sizin bu böyük sərkərdə haqqında ətraflı məlumata malik oluduğunuzu bilirəm...
- çingiz xan hərbi qələbələrinə görə özündən əvvəlki ən görkəmli sərkərdələri - Makedoniyalı İskəndəri, Yuli Sezarı və başqalarını çox-çox geridə qoydu. O, az müddət ərzində məğlubiyyət bilmədən demək olar ki, Asiyanı və Avropanın böyük hissəsini fəth etdi.
- Onu özündən əvvəlki digər böyük sərkələrdən fərqləndirən cəhətlər hansılardır?
- Makedoniyalı İskəndərə atası Filipdən mükəmməl ordu miras qalmışdı. Yuli Sezar hərbi quruculuq, hərbi strategiya və taktika sahəsində zəmanəsinin ən qabaqcıl təcrübəsinə yiyələnmişdi. Həmin təcrübə sayəsində romalılar özlərindən daha igid, cəsur, cəngavər, lakin hərb sahəsindən və dünya təcrübəsindən xəbərsiz olanlara - german tayfalarına, britlərə qalib gəlirdilər. Bu fikri Napaleonun Misirdəki məmluklarla müharibəsinə də aid etmək olar.
- Bəs çingiz xan?
- O, 50 yaşadək çox məğlubiyyət və məhrumiyyətlərlə, hətta ölümlə qarşılaşmışdı. Monqollar şəhər və şəhər həyatı görməyən, köçəri həyat sürən, kiçik qəbilələrdən ibarət, sivilizasiyadan uzaq yerlərdə yaşayır, bir-birilə döyüşür, qisasçılıq edir, bir-birinin mal-mülkünü talayırdılar. Həmin qəbilələrin bir çoxu Şimali çini fəth etmiş tatarların (türklərin) hakimiyyəti altında idi. Lakin çingiz xanın rəhbərliyi altında birləşən bu kiçik qəbilələr tarix səhnəsinə məğlubedilməz, əfsanəvi qüvvə kimi daxil oldular. Bunun səbəblərini isə araşdırmaq lazımdır.
- çingizin etnik mənşəyi haqqında kifayət qədər ziddiyyətli məlumatlar var. Bu barədə nə deyə bilərsiniz?
- çingizin türk mənşəli olduğunu iddia edən alimlər çoxdur. Lakin onlar bunu sübut edən dəlillər söyləmirlər. Mənim rastlaşdığım mötəbər tarixi mənbələrdə onun monqol mənşəli olduğuna dair əsaslı dəlillər var. çingiz xandan 60-70 il sonra Qazan xanın vəziri Rəşidəddinin çingiz xanın şəcərəsi haqqında yazdığı kitabda onun monqol mənşəli olmasına dair təkzibedilməz dəlillər təqdim olunur. O, nirun adlanan monqol qəbiləsindəndir. Atası Esuqey Bahadır (monqolca eçiçe), anası Oelun eke, babası Bartan bahadır (monqolca ebuçe), atasının babası Kabul xan (monqolca ebuqa) olub. 10-cu sələfi isə Alan Qoadır .
- Elə isə çingiz xanın əsil adı nə üçün türk mənşəlidir?
- çingizin dünyaya gəldiyi ildə (1152) atası Esuqey Bahadır tatarlarla (türklərlə) müharibəyə başlayır. O zaman Oelun eke çingizə hamilə idi. Esuqeyin müharibə apardığı tatar (türk) qəbiləsinə Temuçin Uqe adlı sərkərdə başçılıq edirdi. Esuqey Bahadır bu savaşda qələbə qazandı. Sonra isə dünyaya gələn oğluna bu qələbə münasibətilə məğlub etdiyi sərkərdənin - Temuçinin adını verdi.
- Tarix səhnəsində nəzərə çarpmayan bu kiçik monqol qəbilələri dünyaya necə hakim ola bilərdi?
- Başçıları "Ta-ta" və ya "Tatan" adlanan türklər 5-ci əsrdə Mancuriyada, şimal-şərqi Monqolustanda, eləcə də Şimali çində yaşayır və hökmranlıq edirdilər. Sonradan həmin türk tayfaları məhz onlara başçılıq edən Tatanın adıyla, yəni "tatar" çağırıldılar. çingiz xanın ordusunun təxminən 90 faizini "tatar" adlandırılan türklər təşkil edirdi. çingiz xanın ordusunda da əsas dil türk diliydi.
- Bu faktı necə izah edərdiniz?
- Bunu izah etmək çox sadədir. Bircə tarixi faktı məntiqlə təhlil etmək bütün bu söz-söhbətə son qoya bilər. çingiz xan öləndən sonra onun nəhəng imperiyası parçalandı və oğlanları arasında bölündü. 13-cü əsrin 40-cı illərində çingiz xanın nəvəsi Batı tərəfindən nəhəng monqol-tatar dövləti - Qızıl Orda yaradıldı. Bu nəhəng dövlətin tərkibinə Qərbi Sibir, Volqa boyu, Krım, Həştərxan və s. ərazilər daxil idi. 15-ci əsrin 30-cu illərində Qızıl Orda imperiyası dağılandan sonra bu qüdrətli dövlətdən tarix səhnəsində 4 yeni türk dövləti yarandı. Qazan, Krım, Həştərxan və Sibir xanlıqları müstəqil dövlət kimi 100-340 il mövcud oldular. Rusiya həmin dövlətlərlə uzun müddət müharibələr apardıqdan sonra, onları 16-18-ci əsrlərdə zorla özünə birləşdirdi. Tarixi mənbələrdə monqol-tatar dövlətləri adlandırılan bu nəhəng dövlətlər əgər monqol dövləti olsaydılar o zaman Qızıl Orda dağılandan sonra Monqolustan istisna olmaqla heç olmasa bir monqol dövləti yaranardı. Heç şübhəsiz ki, çingiz xanın möcüzəli yürüşlərinin səbəblərindən biri onun nadir şəxsiyyət olmasıyla bağlıydı. Ancaq əsas səbəb ordunun döyüşkən və cəsur türklərdən ibarət olmasıydı. çingiz xanın milli mənsubiyyəti monqol olduğu üçün isə onun ordusu "monqol-tatar" ordusu adlandırılırdı.
- çox zaman monqollarla moğollar səhv salınır. Moğollar kimdir, onların monqollarla hər hansı bir əlaqəsi varmı?
- Tarixdə moğol adında nə tayfa, nə də dövlət olub. Bir neçə əsr Hindistanı idarə edən Böyük Moğolların monqollarla heç bir əlaqəsi yoxdur. Hindistanı fəth edən Babur türk əsilli Əmir Teymurun nəslindəndir. Moğollar baburilərdir. Moğol sözü isə avropalılar tərəfindən uydurulub. Onlar "Böyük moğollar", "Böyük Türklər" adlandırılmalıdır. Türklər Hindistanı idarə etdiyi dövrdə bu ölkədə elm, mədəniyyət, memarlıq, incəsənət və ədəbiyyat sahəsində misli görünməmiş inkişafa nail olmuşlar. Bunun Cəvahirləl Nehru da "Dünya tarixinə baxış" adlı kitabında etiraf etmiş və baburidlərin fəaliyyətinə böyük sayğıyla yanaşmışdır / Azər, Xalq Cəbhəsi /