ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
"Gənc yazarın ilk e-kitabı" 47 (20 – 2013)
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumuyl http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 47 (20 – 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Cahid İsmayıloğlu
“Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində onomastk leksika” və başqa yazılar
Elmi-filoloji, poetik – kreativ kitab
Gənc araşdırmaçı-alim, yazar Cahid İsmayıloğlunun bu e-kitabında onun filologiya və türkologiya elmimizə gətirdiyi yeniliklər, maraqla qarşılanaq elmi araşdırmaları, yeni mediaya aid ekspert yazıları və şeirləri daxil edilib. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2013. E-nəşr N 47 (20 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Gənc yazarın ilk e-kitabı" silsiləsindən bütün kitablarla buradan tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=167
Müəllif haqqında
Cahid İsmayıloğlu - Cahid İsmayıloğlu Kazımov 1983-cü il 9 sentyabr tarixində Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində tamamlamış və 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olaraq «nəşriyyat işi və redaktəetmə» ixtisası üzrə bakalavr pilləsini 2003-cü ildə bitirmişdir. Həmin il «Dilşünaslıq» istiqamətinin «Türkologiya» (Türk dilləri) ixtiası üzrə magistraturaya daxil olmuş və oranı 2005-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirant olduğu müddət ərzində «Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində onomastik leksika» mövzusunda namizədlik dissertasiyası üzərində işi vaxtından əvvəl başa çatdırıb, uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışır.
İndiyə qədər onun xaricdə nəşr edilənlər ilə birlikdə onlarla elmi, publisistik məqalələri, tezisləri çap olunmuşdur. Eyni zamanda Cahid İsmayıloğlunun «XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında)» (Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.) adlı monoqrafiyası nəfis tərtibatda işıq üzü görmüşdür. Diasporamızın, Qarabağ probleminin, Azərbaycan mədəniyyətinin, dilinin, ədəbiyyatının, elminin təbliği ilə internetin yayılmağa başladığı ilk günlərdən məşğul olmuşdur.
Saytları:
www.cahidismayiloglu.com
www.ismayiloglu.com