Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

YYSQ - kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə həyata keçirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-şəbəkə layihəsi.

Müəllif:

Bələdçi


Kateqoriya:

Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği



Qısa Təsvir:

Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən -  www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə  həyata keçirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-şəbəkə layihəsi.


Baxış sayı: 2895
    
    


"Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-şəbəkə layihəsi


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü ildə maliyyə yardımı Müsabiqəsinin qalibi olmuş və bir hissəsi maliyyələşdirilir.

Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - , www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə  həyata keçirilən

"Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması"

(“Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyasının elektron variantının hazırlanması, o dillərdə yazanların əsərlərindən ibarət e-kitabların rəqəmsal nəşr formasında bir İnternet resursunda yerləşdirməklə Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin innovativ inkişafına, virtual-kreativ zənginləşməsinə təkan vermək, sosial şəbəkələrdə təbliğinin təşkili.”) layihəsi.


1.      LAYİHƏNİN ADI


Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması

 

2. PROBLEMİN TƏSVİRİ

Yer kürəsində 2000-dən 4000-ə qədər хalq, millət  və etnik qrup, eləcə də Azərbaycan Respublikasında 30-a yaxın dildə danışan azsaylı millət, xalq, etnik qrup yaşayır.  Ölkəmiz qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Azərbaycan etnosunun tarixində əhalinin 90 faizinini təşkil edən azərbaycanlılardan savayı, xalqımızın təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişdir. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir: onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.

Ölkəmizdə bu sayda хalq, millət və etnik qrupun olması bir o qədər də psiхologiya, etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müхtəlifliklərin öyrənilməsi, azsaylı хalqların milli mədəni dəyərlərinin  geniş ictimai sferada təbliği, yaşadılması həm də respublikamızın sivilizasiyaların qovuşduğu məkan olaraq müasir demokratik dünyada inkişafın başlıca prinsipinə və göstəricisinə dəlalət edir. BMT, Avropa Birliyi və YUNESKO-nun sənədlərində də öz əksini tapmış beynəlxalq standartlara görə, istənilən dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan хalqlara olan münasibətdir. Azərbaycan yerli aborigen türk-Azərbaycan tayfa birləşmələri və хalqlarla yanaşı öz taleyini bu torpağa  bağlayan bir sıra milli azlıqların, azsaylı хalqların və etnik qrupların da doğma vətəninə çevrilib. Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudiləri bu gün Azərbaycanın etnik-mədəni хəritəsini zəngindəşdirir. Çağdaş Azərbaycan mədəniyyəti kimi vahid anlayış altında çoх zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, хüsusən poeziya mövcuddur. Əgər bir  tərəfdən bütün bu etnik qruplar ana dillərində folklor, ədəbiyyat və musiqi əsərləri yaradırsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyətlərinin çalarını ümumazərbaycan mədəniyyətinin tərkib hissəinə çevirirlər. Nümunə kimi göstərə bilərik: bu gün çoхsayda talış, ləzgi ədəbiyyat adamları, şairləri vardır ki, onlar talış dilində maraqlı şeirlər  yazmaqla yanaşı, həm də dövlət dilimizdə - Azərbaycan türkcəsində də yazıb-yaradır, ümumi ədəbi mənzərəyə öz koloritlərini əlavə edirlər. İndiyə qədər bu xalqların ədəbiyyatı və folklor nümunələri sistemli tədqiq, nəşr və yayımı istənilən səviyyədə təşkil olunmayıb. Bəzi dillərdə isə danışanların sayı get-gedə azalır, onların birdəfəlik yox olma təhlükəsi vardır.

Azərbaycanda yaşayan xalqların, milli azlıqların ədəbiyyatını, folklorunu, eləcə də ana dillərindəki kitablarını, etnik dillərdə yazıb-yaradan yazarların dövlət və aparıcı xarici dillərə tərcümə edilmiş əsərlərini İnternet resurslarında yerləşdirməklə, milli-mənəvi dəyərlərimiz, intellektual-kulturoloji sərvəylərimiz kimi sosial şəbəkələrdə, KİV və İnternetdə tanıtmaq, virtual təbliğ etməklə qədim sivilizasiya tarixinə və müxtəlif mədəniyyətlərin sintezinə malik ölkəmizi tolerant modern sivil məkan olaraq beynəlxalq aləmdə  tanıtmalıyıq. Bu məsələdə isə İnternetin, elektron kitab və virtual nəşrlərin, eləcə də elektron kitabxanaların, sayt və portalların rolu çox əvəzolunmazdır. Həmin istiqamətdə isə Azərbaycan İnternet resursları çox zəif inkişaf etdiyindən, layihə aradakı problemi qismən də olsa qaldırmaq məqsədi ilə hazırlanmışdır.

Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat və intellektual sərvətlər – kitab və əsərlərin rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Ölkəmizdə milli azlıqların ədəbiyyatının elektronlaşdırılması sahəsində işlər aparılmamış, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Müxtəlif etnik dildə yazılan, yaşlı və yeni nəslin yaratdığı estetik-kreativ əsərlər, folklor nümunələri az tirajla nəşr olunsa da, onların tərcüməsi, eləcə də elektron variantda nəşrə hazırlanaraq İnternetdə yayılması işində böyük boşluqlar var.

Bir çox hallarda respublikamızın və dünyanın hər yerində yaşayan milli azlıqların nümayəndələri, eləcə də Təhsil Nazirliyi tərəfindən etnik dillərdə keçirilən orta məktəb dərslərində iştirak edən şagirdlər öz ana dillərində əsərlər,kitablar, materiallar tapmaqda çətinlik çəkirlər. Azsaylı millətlərin və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, şağdaş əsərlər, elektron kitablarla bağlı  məlumatların sayı da İnternetdə çox azdır. Bu isə bizi sevməyən dövlətlərin bizə qarşı apardıqları düşmən siyasətinə sərf edir. Ötən il Ermənistanda keçirilən “II Beynəlxalq talışşünaslıq konfransı”nda da belə münasibəti müşahidə etmək mümkün idi. 

 Layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Azərbaycanda yaşayan xalqların  dillərində hazırlanacaq e-nəşrlər, elektron kitablar və elektron mini-kitabxana  İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət edəcək.

 

2.      LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Azərbaycanda yaşayan etnik qrupların, milli azlıqların, müxtəlif xalqların həm öz dillərində, həm də bəziləri iki dildə - Azərbaycanca yeni ədəbiyyatlarını, folklor nümunələrini toplamaq və elektron kitab halında hazırlamağı, eyni zamanda elektron nəşr formasında İnternetdə yerləşdirməyi, yaradılacaq şəbəkə resursu – elektron mini-kitabxana vasitəsi ilə yayılması nəzərdə tutulur. Nümunə üçün göstərək: tatların (tat dilində) yaradılan folklor, poeziya və nəsr nümunələri azərbaycancaya tərcümə olunur , həm də Azərbaycan dilində yazılan yeni ədəbiyyatlar  orijinal halda rəqəmsal nəşr olunur.

Etnik qrup, azsaylı millətlər və xalqlar üzrə aşağıdakı bölümlər ibarətdir (qismən dəyişdirilə bilər):

 1) Talış ədəbiyyyatı, poeziyası və folkloru: 

 a) orijinalda və talış dilindən Azərbaycan dilinə tərcümədə;

 b) talışların azərbaycanca  yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

2) Dağ yəhudilərinin ədəbiyyatı, poeziya və folkloru: 

  a) orijinalda və yəhudi dilindən Azərbaycan dilinə tərcümədə;

  b) dağ yəhudilərin azərbaycan dilində yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

3) Kürd ədəbiyyatı, poeziyası və folkloru: 

   a) orijinalda və kürd dilindən Azərbaycan dilinə tərcümədə;

   b) kürdlərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri

4) Tat ədəbiyyatı, poeziyası və folkloru: 

   a) orijinalda və tat dilindən Azərbaycan dilinə tərcümədə;

   b) tatların  azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

5) Avar ədəbiyyatı, poeziyası və folkloru: 

  a) orijinalda və avar dilindən Azərbaycan dilinə tərcümədə;

  b) avarların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

6) Azərbaycanda yaşayan rusların (eləcə də malakanların) ədəbiyyatı, poeziyası və folkloru:

 a) orijinalda və rus  dilindən azərbaycan dilinə tərcümədə;

 b) ruslar;n  azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

7) Ləzgi ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və ləzgi  dilindən azərbaycan dilinə tərcümədə;

 b) ləzgilərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

8) Xınalıqlıların ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və xınalıq dilindən azərbaycan dilinə tərcümədə;

 b) Xınalıqların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

Respublikamızda və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən millli  azlıqların ədəbi-bədii, elmi-intellektual kitab və əsərlərini oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan azsaylı millətlərin nümayəndəsi olan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir ki, dünya oxucusu milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, onlara ünvanlanmış kreativ şəbəkə imkanlarının məhdüdlüğü, eləcə də elektron kitabxanaların yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, Azərbaycan, dünya ictimaiyyəti, həmçinin azsaylı xalqların nümayəndələri ölkəmizin həqiqətlərini özündə cəmləyən, milli-mənəvi dəyərlərimizi təbliğ edən ədəbiyyat-folklor materiallarını əldə edə bilmirlər. Xüsusən də elektron və yazılı KİV, İnternet – virtual şəbəkə yazarları, blogerlər, kulturoloqlar, mətbuat nümayəndələri dövlətimizin mədəniyyət siyasəti, xüsusən də azsaylı xalqların ədəbiyyatı, folkloru, o dillərdə yazan yazarların əsərləri barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə, bir çox hallarda dövlətimiz barədə yanlış məlumatlar yayır, hazırladıqları materiallar bəzi hallarda ölkəmiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırırlar. Layihəmiz bu istiqamətdəki kulturoloji boşluqları aradan qaldırmağa istiqamətlənib.

 

4. LAYİHƏDƏN FAYDALANANLAR

Yazıçılar, müxtəlif etnik dildə yazıb-yaradan qələm sahibləri, ədəbiyyatçılar, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəsisləri, talış, tat, dağ yəhudiləri, avar, ləzgi, rus, xınalıq kürd icmalarının nümayəndələri, o dildə dərs keçən müəllimlər və şagirdlər, jurnalistlər, elekton və yazılı KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, etnoqrafiya mütəxəsisləri, konfiliktoloqlar, xalqşünaslar, sosioloqlar, siyasətçilər, blogerlər, dünyanın müxtəlif yerlərində yaşayan milli azlıqların nümayəndələri, İnternet istifadəçiləri.

Monitorinqlər zamanı İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – müxtəlif elektron kitabxanalardan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir vaxtda, saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz elektron mini-kitabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.

5. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ

Azərbaycanın hər yerində: Bakı şəhəri, Quba, Qusar, Sumqayıt, Lənkəran-Astara, İsmayıllı və b. bölgələr. Eləcə də İnternet vasitəsi ilə soydaşlarımızın yaşadığı əksər dünya ölkələri.

6. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

1. Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi.

2. Lazımi yeni texniki avadanlıqların əldə edilməsi.

3. Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyalarının elektron variantının hazırlanması.

4. Bu dillərdə yazan müəlliflərin əsərlərinin, eləcə də folklor nümunələrinin, kitabların toplanması, tədqiqi, qismən Azərbaycan və aparıcı dünya dillərinə tərcüməsi, redaktəsi, şəbəkə üçün hazırlanması.

5. Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudi dillərində yazan müəlliflərin əsərlərindən ibarət e-kitabların rəqəmsal nəşr formasında hazırlanması.

6. Hazırlanan materialların  İnternet resursunda yerləşdirilməsi üçün ədəbiyyat - kreativ resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

7. Ayrıca şəbəkə resursunun genişləndirilməsi üçün əlavə proqramlarının yazılması, yeni materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün seçilməsi,  davamlı zənginləşdirilməsi. Portalın davamlı zənginləşdirilməsi

8. Müxtəlif dildə yazan yazarların əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi.

9. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili.

10. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması.

11. Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi.

 

7. LAYİHƏNİN İCRA MÜDDƏTİ və İCRA PLANI

5 ay (geniş variantı ayrıca səhifədə əlavə edilir).

 

8. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Layihə Azərbaycan xalqlarının milli mədəniyyətlərini - ədəbiyyatını, estetik-kreativ, folklor-kulturoloji sərvətlərini, milli azlıqların dilində yazıb-yaradan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Etnik dillərdə yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, müxtəlif etnik dillərdə yazıb yazıçıların dəyərli ədəbiyyat, poeziya əsərləri yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları  kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

9. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI

Layihə istənilən mərhələdə monitorinq üçün açıq olacaq və müxtəlif qurumların nəzarəti altında reallaşdırılacaq. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AMEA-nın humanitar yönümlü institutları, AR Diaspora Komitəsi, AYB, ölkəmizdə rəsmi fəaliyyət göstərən xalqların, milli azlıqların mədəniyyət qurumları və kitabxana.net - Virtual Milli Kitabxananın əməkdaşları, mütəxəsisləri üçün şərait yaradılacaq ki, layihə, hazırlanacaq ədəbi materiallar və İnternet resursunu ardıcıl olaraq yoxlanılsın, ekspert rəyi verilsin.

Nəzərdə tutulan elektron antologiyalar, e-kitablar və e-nəşrlər, İnternetdə yerləşdiriləcək elektron mini-kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə kitab üzərində zəhməti olan tərcüməçilər qrupunun, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək. Elektron nəşrlər, e-kitablar M.F.Aхundov  adına Milli Kitabхananın (ölkənin ən böyük kitab saхlanğıcısına) İnternet portalına, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin şəbəkələrində, eləcə də sosial şəbəkələrdə yaradılacaq ayrıca səhifələrdə yerləşdiriləcək. Layihəyə daхil edilmiş xalqalrın dillərinə aid etnik qrpuları təmsil edən mədəniyyət mərkəzləri və icma quruluşlarına (misal üçün Ləzgi Mədəniyyət Mərkəzi Bakı ofisinin əməkdaşına,  yaхud avar icmasının nümayəndəsinə, bütövlükdə  8 təşkilata), həmçinin qlobal mədəniyyət qurumlarına layihə çərçivəsində hazırlanacaq materialar, e-nəşrlər təqdim ediləcəkdir. Eyni zamanda layihə, e-kitab və elektron resurs haqqında Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarında, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarında, Azərbaycanın xarici ölkələrdəki elçiliklərində, diaspora qurumlarında real və virtual təqdimatlar təşkil olunacaq. Məlumatlar mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərinə paylanacaqdır ki, bu da layihənin həm peşəkar ədəbiyyat, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılsın.

Gələcəkdə müxtəlif xalqların ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid xüsusi elektron kitabxanaların, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi  kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun  genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda yaşayan xalqlar haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

10. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI

Layihə ilə bağlı aralıq və yekun hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AMEA-nın humanitar yönümlü institutları, AR Diaspora Komitəsi, AYB, ölkəmizdə rəsmi fəaliyyət göstərən xalqların, milli azlıqların mədəniyyət qurumları və kitabxana.net - Virtual Milli Kitabxana kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multimədəniyyətinin geniş yayılmasına səbəb olacaq.

Televiziya, radio, İnternet və mətbuatda - «525-ci qəzet», “Ədalət”, “Kredo”, “Ədəbiyyat qəzeti” və «Eхo» kimi ölkəmizin nüfuzlu mətbu orqanlarında, “Space” TV,  İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, İnternet Tv və radiolarda, Fesybuk, tvviter, +Google kimi sosial şəbəkələrdə həyata keçiriləcək kulturoloji layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

 

Yeni Yazarlar və Sənətçilər Qurumu İctimaiyyətlə Əlaqə və media Bölümü

Kulturoloji layihənin əlaqələndiricisi Aydın Xan (Əbilov)