Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman... e-Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb.

Müəllif:

Mehriban Xalıq


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Mehriban Xalıq. “Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman...   Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb. Mehriban Xalıq  80-cı illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda  çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban xanımın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insanı keyfiyyətləri- düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.


Baxış sayı: 36
    
    


 

www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan bədii nəsri”: 13  (55 - 2013)

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 13  (55 - 2013)

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Mehriban Xalıq


“Tərs qadınlar və sevimli kişi”

 

Bədii nəsr nümunələri: hekayə, povest, roman...

 

Mehriban Xalıq – Mehriban Xalıq qızı Rzayeva 80-cı illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda  çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban xanımın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insanı keyfiyyətləri- düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 13  (55 - 2013)

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

 

Maraqlı məlumat:

 

2013-cu il may ayının 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, tərcüməçi Mehriban Xalıqın 60 illik yubileyi keçirildi. Mehriban Xalıq 80-ci illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban Xalıqın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insani keyfiyyətləri – düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.
Yubiley mərasimində Mehriban Xalıq qızı Rzayevanın “Tərs qadınlar və sevimli kişi” kitabı iştirakçılara təqdim olundu. Kitab “İdrak” İctimai Birliyi tərəfindən nəşr olunub. Kitabın redaktoru Taleh Hüseynovdur. 
Tədbirin aparıcısı Teyyub Qurban yubilyarı anadan olmasının 60 illiyi münasibətilə təbnrik etdi, onu ədəbiyyatımızın tanınmış simalarından biri kimi dəyərləndirərək yaradıcılığından, insani keyfiyyətlərindən danışdı .
Vaqif Yusifli çıxışında Mehriban Xalıqın yaradıcılığını təhlil etdi: “30 ildən artıqdır ki, mən onun yaradıcılığını izləyirəm. O, içıqlı bir ürəyə, nurlu simaya malikdir. O işıq onun yazılarında da özünü göstərir. Mehriban Xalıqın əsərlərində mənim diqqətimi cəlb eləyən cəhət odur ki, o, qadın psixologiyasını, qadın-kişi münasibətlərini çox dolğun təsvir eləyir. Onun yaratdığı obrazlar həyatdan gəlmədir, uydurma deyil. Povestlərində insanın mənəvi gözəlliyi, saflığı əks olunur, obrazların daxili dünyasını canlandırır. Onun hekayələrində 90-cı illərdən üzü bəri mühitimizdə, cəmiyyətdə baş verən hadisələr öz əksini tapır. Hekayələrində yığcamlıq aydın görünür. O, əsasən maddi cəhətdən yoxsul olan, mənən zəngin insan obrazlarını yaradır.Mehriban Xalıqı Azərbaycan dilinin gözəlliyini hekayələrində əks etdirən, xarakter yaradan bir yazar kimi tanıyıram”.
Elnarə Şəfiyeva Mehriban Xalıqı təvazökar insan kimi dəyərləndirdi: “Mehriban Xalıq insan sərrafıdır, insanların xüsusiyyətlərini çox səciyyəvi xarakterizə edir. Onun kitabları birnəfəsə oxunur. Mehriban xanımın əsərlərində insan münasibətlərini, onların qarşıdurmasını görürük. Onun əsərləri insanları tərbiyə edir, maarifləndirir, mənəviyyat, əxlaqi məsələlər çox gözəl araşdırılır. Mehriban Xalıqın əsərlərində müəllifin öz ştrixlərini, xasiyyətini də görürük”.
Yubiley mərasimində Firudin Qurbansoy, Pərvanə Məmmədli, Bahar Bərdəli, Bəsti Əlibəyli, Atababa İsmayılov və başqaları çıxış edərək Mehriban Xalıqı yubileyi münasibətilə təbrik etdilər, ona yaradıcılıq uğurları arzuladılar