Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fokus" Analitik kinojurnalı. N 1 (7 - 2012). Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb. Kann Film Festivalının “Qızıl palma budağı” mükafatı, başqa materiallar

Müəllif:

Bələdçi


Kateqoriya:

Elmi-fəlsəfi, kulturoloji, filoloji və ədəbi-mədəni nəşrlər



Qısa Təsvir:

"Fokus" Analitik kinojurnalı. N 1 (7 - 2012). Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb. Ötən il Kann Film Festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Terens Malikin “kino fəlsəfəsi” iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi prodüser, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.


Baxış sayı: 4546
    
    


"Fokus"

 

Analitik kinojurnalı

 

N 1 (7 - 2012)

 

FOKUS kino jurnalı artıq satışdadır

 

Azərbaycanda yeganə peşəkar kino jurnalı kimi tanınan FOKUS növbəti sayı ilə artıq satışdadır. İldə 4 dəfə nəşr olunan jurnalın bu sayında dünya və yerli kino bazarında baş verən hadisə və filmlər haqqında yazılar dərc olunub. Daha çox peşəkarlar üçün nəzərdə tutulan FOKUS jurnalı həm də bir tədris vəsaiti kimi də qeyd olunmalıdır. Belə ki, son illər dünya kino nəzəriyyəsi, kino marketinq haqqında Azərbaycan dilində hansısa kitablar hazırlanmır və ya tərcümə olunmur. Jurnal bu boşluğu aradan qaldırmaq üçün xarici dillərdən müasir kinoindustriyanın getdiyi yollardan, cərəyanlardan, kommersiya layihələrindən bəhs edən müxtəlif məqalələrə geniş yer ayırıb.

Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb.

Ötən il Kann Film Festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Terens Malikin “kino fəlsəfəsi” iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi prodüser, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.

Budəfəki FOKUS jurnalının əsas müsahibi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdir. Nazir müavini Azərbaycan tamaşaçısı və milli kinematoqrafiyada gedən proseslərdən və ortaya çıxan problemlərdən də söz açıb.

Yerli teleməkanda xarici serialların qadağan olunmasından sonra efirə verilən seriallarımız, onların keyfiyyəti, qarşıya çıxan problemlər və tamaşaçı qazanma yolları da jurnalın bu sayında maraq kəsb edən materiallardandır. Milli istehsal- kinoproses Yavər Rzayevin “İlahi məxluq” , Teymur Daiminin “Sonuncu” bədii filmləri haqqındakı materiallarda, Vahid Mustafayevin (“Xoca”), Ənvər Əblucun (“Tərsinə çevrilmiş dünya”) müsahibələrində də müzakirə mövzusudur.

Nəzəriyyə bölümündə sənətşünaslıq elmləri doktoru Aydın Dadaşovun “Əbədi mövzuların ekran həlli”, sənətşünaslıq namizədi Elçin Əlibəylinin “Azərbaycan teleməkanında videokliplərin yaradıcı axtarışları TV tədqiqatının əsas obyekti kimi” məqalələri də yer alıb.

FOKUS ənənəsinə sadiq qalaraq bu dəfə Toğrul Cuvarlı və Valeri İvçenkoya məxsus “Həniyevin həyatı” tammetrajlı filmin ssenarisini oxucularına təqdim edib.

Qeyd edək ki, jurnalın budəfəki sayı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. Jurnalın reklam və yayım hüququ isə ilk dəfə olaraq başqa şirkətə – “ÖZ” Prodüser Mərkəzinə verilib. Jurnalı əldə etmək istəyənlər (012) 597 91 36 nömrəsi ilə sifariş edə bilərlər. Bundan başqa jurnal Bakının kitab mağazalarında da satışdadır.