Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Yaponiya səfərnaməsi". Bu kitabda müəllifin Yaponiyada olduğu 10 gün müddətində yazdığı səfər təəssüratları, yapon alimləri ilə keçirdiyi elmi görüşlər, etdiyi məruzələr, bu Gündoğar ölkədə yazdığı müxtəlif vəznli şeirlər toplanıb.

Müəllif:

Şahin Fazil


Kateqoriya:

Yaponiya



Qısa Təsvir:

Şahin Fazil. "Yaponiya səfərnaməsi". Bu kitabda müəllifin Yaponiyada olduğu 10 gün müddətində yazdığı səfər təəssüratları, yapon alimləri ilə keçirdiyi elmi görüşlər, etdiyi məruzələr, həmçinin bu Gündoğar Ölkədə qələmə aldığı müxtəlif vəznli şerlər oxucu nəzərinə çatdırılır. Şahin Fazil yapon hayku janrı tərzində “Azərbaycan haykuları” adlı kitab da yazmış, həmin kitabdakı müxtəlif şeir nümunələri Yaponiyada, kitabın özü isə Bakıda / 2007 / çap olunmuşdur.


Baxış sayı: 30
    
    


ww.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan bədii publisitikası”: 02  (116 - 2013)

 

 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə  http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii publisitikası”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 02  (116 - 2013)


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Şahin Fazil


"Yaponiya səfərnaməsi"

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02  (116 - 2013)

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş – şüəra”  -  ”Şairlər məclisi”  ədəbi dərnəyinin sədri Şahin Fazil uzun müddət Əfqanıstanda yaşamış və işləmiş / 1963-1988-ci illər arasında fasilələrlə /, İran, Türkiyə, İraq, Dubay, habelə Sovetlər İttifaqının müxtəlif respublikalarında səfərlərdə olmuş, Beynəlxalq Elmi Konfranslarda iştirak etmiş, onlarla səfərnamə yazmışdır.

Bu kitabda onun Yaponiyada olduğu 10 gün müddətində yazdığı səfər təəssüratları, yapon alimləri ilə keçirdiyi elmi görüşlər, etdiyi məruzələr, həmçinin bu Gündoğar Ölkədə qələmə aldığı müxtəlif vəznli şerlər oxucu nəzərinə çatdırılır.

Şahin Fazil yapon hayku janrı tərzində “Azərbaycan haykuları” adlı kitab da yazmış, həmin kitabdakı müxtəlif şeir nümunələri Yaponiyada, kitabın özü isə Bakıda / 2007 / çap olunmuşdur.