Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İnsanlar və kəsəyənlər". (İngiliscədən tərcümə). Amerika yazıçısı C.Steynbekin orijinaldan Azərbaycan dilinə tərcümə olunan bu kitabda gənclərin iş tapa bilməməsindən, işdən maddi cəhətdən yararlana bilməməyindən danışılır.

Müəllif:

Con Steynbek


Kateqoriya:

ABŞ ədəbiyyatı



Qısa Təsvir:

Con Steynbek. "İnsanlar və kəsəyənlər".  (İngilis dilindən tərcümə edən: Mirsadiq Mircəfər oğlu Cəfərov). Amerika yazıçısı Con Steynbek tərəfindən yazılmış və orijinaldan Azərbaycan dilinə tərcümə olunan bu kitabda gənclərin iş tapa bilməməsindən, iş tapanda isə həmin işdən maddi cəhətdən kifayət qədər yararlana bilməməsindən, evlənmək eləcə də ev-eşik, torpaq sahəsi almaq iqtidarında olmama-sından bəhs olunur. 


Baxış sayı: 32
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında


Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Orijinaldan bədii-filoloji tərcümələr” Kulturoloji-Tərcümə Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.  Elektron Kitab N 17 

  YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 17 (125 - 2013)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: 

 Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net


Con Steynbek


"İnsanlar və kəsəyənlər"


 (İngilis dilindən tərcümə edən: Mirsadiq Mircəfər oğlu Cəfərov)

Amerika yazıçısı Con Steynbek tərəfindən yazılmış və orijinaldan Azərbaycan dilinə tərcümə olunan bu kitabda gənclərin iş tapa bilməməsindən, iş tapanda isə həmin işdən maddi cəhətdən kifayət qədər yararlana bilməməsindən, evlənmək eləcə də ev-eşik, torpaq sahəsi almaq iqtidarında olmama-sından bəhs olunur. 


Con Steynbek


Mükafatları Nobel prize medal.svg Ədəbiyyat üzrə Nobel mükafatı (1962)


Con Steynbek (27 fevral 1902 – 20 dekabr 1968) — Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri. 1962-ci ildə "Həyəcanlarımızın qışı" (1961) və "Çarli ilə səyahət" (1962) adlı əsərlərinə görə ədəbiyyatda Nobel mükafatına layiq görülmüşdür. Con Steynbek bu ali mükafata layiq görülmüş altıncı Amerika yazıçısıdır.

XX əsr Amerika ədəbi mühitini ən çox məşğul edən "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərindəki əsas xəttdir. Siyasət, Bank – pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii təsvirini tapmışdır.

Con Steynbekin Kaliforniyadakı Salinas şəhərciyindəki evi muzeyə çevrilmiş (1974), çox geniş ədəbi-ictimai fəaliyyətə malik Con Steynbek cəmiyyəti yaradılmışdır. Con Steynbekin əsərlərindəki alleqoriya, tənqid, bütünlükdə Amerika reallıqlarını əks etdirən məqamlar ABŞ cəmiyyəti üçün ibrət və gerçək olaraq qəbul edilmişdir.

Steynbekin ilk kamil əsəri olan "Lacivərd örüş" kitabında bəhs olunan kiçik Salinas şəhəri Folknerin əsərlərindəki xəyali Yoknapatafa dairəsinə bənzər mistik rol oynamışdır. Steynbekdə Salinas Folkner yaradıcılığında onun doğma Oksford şəhərində Misisippi boyunca uzanan Lafayet qədər əhəmiyyətli təsirə malikdir. Qarşılıqlı əlaqədə olan hekayələr toplusu "Lacivərd örüş" kitabında sakit Kaliforniya vadisində yaşayan ailələrin iztirabla dolu sirrli həyatları və bədbəxt taleləri təsvir olunmuşdur. Romantizmin qüdrəti və yüksək bədii-təsvir imkanları sayəsində C. Steynbek Salinas – Kaliforniya timsalında bütün Amerikanı, bu mühitin tərkibi kimi isə «orta amerikalı»ları, Amerika cəmiyyətini konkretləşdirmiş və böyük ustalıqla tarixi qanunauyğunluqların xalq həyatına daxil olması prosesini bu adamların yaşayışında və mənəviyyatında göstərə bilmişdir.

Vaxtilə Nyu-Yorka köçərək orada qəzetçiliklə məşğul olan Con Steynbek bir müddət sonra yenidən Kaliforniyaya qayıdaraq ədəbi fəaliyyətlə məşğul olmağa başlayır. Erkən yaradıcılıq dövrünə aid əsərlərində əsasən mistisizmə, naturalizmə meyl etsə də sonradan sərt realizmə körpü salaraq Amerika və dünya ədəbiyyatına çox qiymətli əsərlər töhfə vermişdir. Yazıçı Con Steynbek sosial-psixoloji romanlar ustası kimi zəngin ədəbi irs miras qoymuşdur.

On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil olmaqla ümumilikdə iyirmi beş kitabın müəllifi olmuşdur. "Siçanlar və insanlar haqqında" (1937) və "Qəzəb salxımı" (1939) əsərləri Pulitzer mükafatına layiq görülmüşdür.

"Konserv sırası" (1945), "Mirvari" (1947) və "Cənnətdən Şərqə doğru" (1952) daxil olmaqla Con Steynbekin on yeddi əsəri əsasında Hollivud filmləri çəkilmişdir. Yazıçı Con Steynbek Hollivud yazıçısı kimi də şöhrət qazana bilmişdir. "1944-cü ilin ən yaxşı əsəri" nominasiyasında Con Steynbek Akademik mükafata layiq görülmüşdür.

Con Steynbek XX əsrin birinci yarısında Amerikada baş vermiş real tarixi hadisələri və sosial şəraiti əsərlərində tənqid və təsvirə gətirmişdir. Amerikanın bəzi ştatlarında; Oklahoma, Nyu-Meksika, Kanzasda baş vermiş təbii fəlakət, "Böyük quraqlıq" və "Böyük depressia" dövrü yaşanmışdır. Bu ştatlardan Amerikanın müxtəlif yerlərinə, o cümlədən yazıçı Con Steynbekin yaşadığı Kaliforniyaya köç edən insanların; ailələrin və miqrant fəhlələrin taleyi Con Steynbek əsərlərində əsas mövzu predmetinə çevrilmişdir.

1939-cu ildə «Qəzəb Salxımı» romanı çap olunması ABŞ-da böyük rezonans doğurmuşdur. Con Steynbekin «Qəzəb Salxımı» əsəri Amerikada kənd təsərrüfatı sahəsində islahatların aparılması zərurətini ortaya qoyaraq çoxlarını bu barədə düşünməyə vadar etmişdir.

Con Steynbekin "Mirvari" hekayəsi yazıçının azərbaycan dilinə tərcümə olunmuş yeganə əsəridir. Con Steynbek 1968-ci ildə Nyu-Yorkda ürək tutmasından vəfat edir və Salinasa gətirilərək orada dəfn olunur.