
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Elektron kitab N 98 (2012 - 2018)
Bu elektron nəşrlər"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin (Qurumu) - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın kreativ-innovativ silsilə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) - http://www.yysq.kitabxana.net
GÖYƏRÇİN
Die Welt als Wille und Vorstellung
DÜNYA İRADƏ VƏ TƏSƏVVÜR KİMİ
Kərimi Göyərçin Şahlar qızı. Dünya iradə və təsəvvür kimi. Bakı, Çaşıoğlu Eİ MMC, 2018. – 244 səh.
Poema dahi alman filosofu A. Şopenhauerin həyat və yaradıcılığına həsr olunmuşdur. 2012-ci il nəşrinə düzəliş və əlavələrlə çap olunub.
Im Poem wird das Leben und Schaffen des genialen deutschen Philosophen A. Schopenhauer geschildert.
Das Buch wurde mit Verbesserungen und Ergänzungen zur 2012 herausgegebenen ersten Ausgabe gedruckt.
ISBN 978 - 9952 - 27 - 462 - 2
© Kərimi Göyərçin, 2018
İlhamın vətəni yoxdur...
Mən bu kitabı dahi alman filosofu Artur Şopenhauerin eyni adlı əsərinin şərəfinə “Dünya iradə və təsəvvür kimi” adlandırmışam. “Niyə bu filosofa müraciət etdim?” sualı, yəqin ki, oxuyan hər kəsi düşündürəcək. Cavabım qısadır: “İlhamın vətəni yoxdur”.
A. Şopenhauer deyir:
– Transendent immanentlik var,
Yerüstü yüksəklik var – səmasız,
İdrakın səmimi vəcdi var.
Bu sözlərin yaratdıqları cümlələri olduğu kimi, yəni mənasına varmadan da oxumaq olar, mənasını başa düşərək də. Tək-tək öz şəxsi təcrübəsində mənim kimi yaşayanlar da olacaq. Bu mənada poemanın çoxluq tərəfindən oxunub seviləcəyinə ümid bağlamaq düzgün olmaz.
A. Şopenhaueri o qədər sevdim ki, onun Vətənini də sevdim. Ölkəsinin, Napoleon müharibələri vaxtı, başına gətirilənlərə ürəkdən acıdım. Necə ki hələ də davam eləyən Qarabağ savaşında xalqımın çəkdiyi müsibətlər ürəyimi acıdır:
Ustad, bu günləri yaxşı görmədin,
Görmədin, nə müdhiş bəhanələr var.
Sən Xocalı kimi şəhər vermədin,
Bilmədin, ölkəmdə mənim nələr var.
...Yaxud:
“İrtica” sözünü deyə bilmişdi,
Bayram təntənəsi yaşayırdı o.
Döyüşdə gənclərin çoxu ölmüşdü,
Kütləvi tərxislər verirdi ordu.
Dilsiz sorğusuna səmadan hələ
Cavab gözləyirdi hər şəhid qəbri.
Hötenin “Faust”u gəlirdi dilə,
Amma tükənmirdi göylərin səbri.
Böyük Almaniyanı, müdrik alman xalqını sevdim. Almaniyanın dağlarını, meşələrini, çaylarını, şəhərlərini, bəlkə də, heç bir alman şairinin həvəs göstərmədiyi bir sevgiylə bacardığım qədər tərənnüm etdim. Düşünürəm ki, A. Şopenhauerə fəlsəfəsindən duyduğum xoşbəxtlik borcumun bir zərrəsini ödəyə bilmişəm. Mən filosofla poema boyu bəzən kiçik Artur, bəzən də möhtəşəm bir fenomen kimi üz - üzə dayandım. Dünyasını dəyişdiyi anları, poemanı bitirməyimdən yarım il keçməsinə baxmayaraq, yaza bilməmişəm. Mənə görə, A. Şopenhauer yaşayır.
Qeyd: Əsərdəki bütün fikirlər, demək olar ki, Artur Şopenhauerə aiddir. Mən dəryada öz damlalarımı tanıya bilmirəm.
Müəllifdən