Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İslamda ailə səadəti". Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirəni: Əfzələddin Rəhimov. Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. İslamdakı ailə məsələləri kitabda araşdırılır.

Müəllif:

Bələdçi


Kateqoriya:

İslam



Qısa Təsvir:

Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri.  "İslamda ailə səadəti". Farsca çevirəni: Dr. Əfzələddin Rəhimov. Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. Məhz ilk dəfə ata-anasının isti ailə ocağında dünyaya göz açan körpələr, onların qarşılıqlı olaraq bir-birilərinə məhəbbət, sevgi və sayğı göstərdiklərinin şahidi olur. Elə bu sevgidən dünyaya gəlmiş körpə, sonralar onların davamlı məhəbbətinin nəticəsi olaraq qayğı və şəfqət görür. Evdə ata-ananın bir-birilərinə hörmət, mərhəmət və dəyər verərək rəftar etdiyini müşahidə edən körpə, böyüdükcə bütün bunları mənimsəyir, adət və ya əxlaqına həkk edir. Bu tərbiyə onu təkcə valideynlərinə deyil, bütün cəmiyyətə şərəfli, ləyaqətli, şəfqətli və düzgün insan olaraq təqdim edilməsində mühüm və əsaslı rol oynayır. Ailə tərbiyəsi valideynlərin bir-birilərinə və övladlarına qarşı rəftarları, onları saleh əməlli bir şəxsiyyət kimi yetişdirir.


Baxış sayı: 636
    
    


Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri.  

 

İSLAMDA AİLƏ SƏADƏTİ

 

Mütərcim: Dr. Əfzələddin Rəhimov


Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. Məhz ilk dəfə ata-anasının isti ailə ocağında dünyaya göz açan körpələr, onların qarşılıqlı olaraq bir-birilərinə məhəbbət, sevgi və sayğı göstərdiklərinin şahidi olur. Elə bu sevgidən dünyaya gəlmiş körpə, sonralar onların davamlı məhəbbətinin nəticəsi olaraq qayğı və şəfqət görür. Evdə ata-ananın bir-birilərinə hörmət, mərhəmət və dəyər verərək rəftar etdiyini müşahidə edən körpə, böyüdükcə bütün bunları mənimsəyir, adət və ya əxlaqına həkk edir. Bu tərbiyə onu təkcə valideynlərinə deyil, bütün cəmiyyətə şərəfli, ləyaqətli, şəfqətli və düzgün insan olaraq təqdim edilməsində mühüm və əsaslı rol oynayır. Ailə tərbiyəsi valideynlərin bir-birilərinə və övladlarına qarşı rəftarları, onları saleh əməlli bir şəxsiyyət kimi yetişdirir.