Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fokus" - Analitik kinojurnalı. N 3 (9 - 2013). Jurnal Gənc Film İstehsalçıları Assosiasiyasının art-layihəsi əsasında işıq üzü görüb və bu sayında da oxucularına maraqlı materialar təqdim edir...

Müəllif:

Bələdçi


Kateqoriya:

İnternet e-dərgiləri və ədəbi qəzetlər



Qısa Təsvir:

"Fokus" - Analitik kinojurnalı. N 3 (9 - 2013). Jurnal Gənc Film İstehsalçıları Assosiasiyasının art layihəsi əsasında işıq üzü görüb: bu sayında oxucularına Aydın Dadaşov, Aygun Aslanova, Aliya Dadashova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələrini, Rafiq Quliyev, Видади Həsənov, Rövşən İsax, Ilqar Fəhmi və Yılmaz Güneyin asistentinin müsahibəsini, Mirbala Salimlinin Aleksey German haqda xatirələrini, rejissor Shamil Aliyevin "Çölçü", S.Spilberqin "Linkoln", P.T.Andersonun"Master" filminə resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretlərini təqdim edib. 


Baxış sayı: 31
    
    


"Fokus"


Analitik kinojurnalı


N 3 (9 - 2013)


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunan jurnalın bu sayında oxucularına Aydın Dadaşov, Aygun Aslanova, Aliya Dadashova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələrini, Rafiq Quliyev, Видади Həsənov, Rövşən İsax, Ilqar Fəhmi və Yılmaz Güneyin asistentinin müsahibəsini, Mirbala Salimlinin Aleksey German haqda xatirələrini, rejissor Shamil Aliyevin "Çölçü", S.Spilberqin "Linkoln", P.T.Andersonun"Master" filminə resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretlərini təqdim edib. Jurnal kinossenarilərə yer ayıran nadir jurnallardandır.Bu nömrədə Vaqif Əlixanlının "Karvansara" ekran üçün povesti çap olunub. Bu nömrədə yeni "rejissor emalatxanası" rubrkası debüt edib. Rubrikanın məqsədi oxucuları rejissorların yaradıcılıq mətbəxi ilə tanış etmək,realizə etmədiyi planları haqda danışmaqdır. Rubriaknın qonağı rejissor Vəli Səyyadi olub.

Jurnalın naşiri olan Gənc Film İstehsalçıları Assosiasiyasından bildiriblər ki, jurnal əsas məqsədlərindən biri kinematoqrafımızda gedən prosesləri analiz edib proqnozlar verməkdir. Jurnal respublika prezidentinin fərmanı ilə 2008-ci ildə təsdiqlənən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın mətni ilə açılır. Bu da təsadüfi deyil.Proqramın qəbulundan 5 il müddət keçib. Artıq müəyyən nəticələri analiz etmək olar.

Prezident yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəində "Fokus" jurnalının nəşrindən başqa klassik filmlərin baxışları silsiləsi və master klasslar təşkil olunur.

 

FOKUS kinojurnalının 1-ci sayı burada:


http://www.kitabxana.net/?oper=readBook&id=1809


FOKUS kinojurnalının 2-ci sayı burada:


http://kitabxana.net/?oper=readBook&id=1845