Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Bənövşə yaşlar”. Poetik toplu. İstedadlı xanım şairənin son illər qələmə aldığı şeirlər e-kitab; YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (24 - 2014)

Müəllif:

Çiçək Mahmudqızı


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Çiçək Mahmudqızı. “Bənövşə yaşlar”. Poetik toplu. İstedadlı xanım şairənin son illər qələmə aldığı şeirləri. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (24 - 2014)


Baxış sayı: 33
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında 

 

“Çağdaş Azərbaycan poeziyası”: 11 (24 - 2014)

 

 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan poeziyası”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 11 (24 - 2014)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Çiçək Mahmudqızı

 

“Bənövşə yaşlar”

 

Poetik toplu

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (24 - 2014)

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

Müəllifdən

Tanrı-Söz-Dünya. Üç varlıq. Üç ucalıq...
Tanrı "Ol" dedi, dünya gözəlliklərini yaratdı və bütün bu gözəliklərin dərki kimi Qurani-Kərimi göndərdi. Deməli bütün gözəlliklərin anlamında Tanrının özündən sonra ikinci müqəddəs varlıq —Sözdür.
Bütün dünya gözəlliklərini yaradan Ulu Tanrı bunca müqəddəs olduğuna görə ən gözəl çiçəkli gülşəni Böyük Sözə verdi. Üzü min illərdən bəri bu söz gülşəninin içindən neçə-neçə söz xridarları, söz zərgərləri, söz zəvvarları gəlib keçdi. Hər kəs bu gülşəndən öz gülünü dərdi, hər kəs bu cənnətə öz ruhunnan, canınnan, qanınnan toxuduğu söz çələngini bəxş etdi. Bu söz gülşənində hər kəs öz gülünü şeh-şeh göz yaşı ilə suladı və öz könülünün çiçəklərini bitirdi. Hər kəs bu cənnətin qulluğunda bacardığı kimi durdu və bütün bu gözəlliklərin fövqündə olan Zaman isə öz ələyindən, süzgəcindən keçirə-keçirə hər kəsin hökmünü bir cür verdi. Kimi "Böyük Söz"ün ucalığına yüksəldi, kimi bu zaman axarında yerlə yeksan oldu və əslində min illər bundan öncə də, min illər bundan sonra da "Böyük Söz"ün peşində duran minlər, milyonlar olsa belə, hər kəs elə öz sözü boyda, hər kəs öz sözü çəkisindədir. Böyük Füzuli demiş:

Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz.

Əgər böyük söz ustadlarımız Sözün xofundan da Allah xofu qədər qorxmuşlarsa, və "onlara şair deyiləndə yerlərində donmuşlarsa" (M.Araz) mən bilmirəm mənim kimi söz aşiqlərinin nə dərəcədə haqqı çatar ki, bu çiçəkli-güllü gülşənə girsin və öz gülünü Allah xofundan, Söz xofundan və Böyük Ustadların xofundan qorxa-qorxa qoxlasın.
Axı mən də özündə, sözündə qovrulan bir Allah bəndəsiyəm. Mən də söz aşiqiyəm, könül pərvanəsiyəm. Söz mələklərinin çiyninə qonub, onların qu nəğmələrindən də yanıqlı könül pıçıltılarına qulaq asmaqdan əvəzsiz zövq alıram və bu mənəvi qida ilə yaşayıram. Yazdıqlarımsa, içimə, könlümə bir vəlvələ salıb məni öldürməyincə özü dirilməyən, gözümün yaşınnan sulayıb becərdiyim bənövşə misal könül pıçıltılarımdır.
Tanrı mənə böyük ürək, duyğulu könül verdi. Amma nə yaxşı bu ürəyi, bu könülü öldürüb-dirildəcək dərd, əzab da verdi. Şükür verdiklərinə...
Mən öz könlümlə, ürəyimlə taleyinmi, zamanınmı qar-sazağından qorunmaq üçün "İlahi Söz" deyilən bir varlığın istisinə sığındım. Bu sözün qulluğunda duran İlahi əməl sahiblərinin qulu oldum. Onların sayğısınnan, qayğısınnan, sığalınnan özümə şəri-şeytanlar əlində param-parça olan Könlümü qurdum. Deyirlər bir könül qurmaq min Kəbə ziyarətindən üstündür. Mövlanələr dilinnən desək, könül Allah-Təalanın nəzərgahıdırsa, ey nəzərgahi-ilahi könülü quranlar Tanrıya ibadətiniz qəbul olsun!
Amin!
Kipriklər altında büküb boynunu,
Quzey gözlərimdə bənövşə yaşlar