ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı" kulturoloji layihəsi çərçivəsində təqdim edilir.
http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəyilə “Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 43 (04 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ - http://www.yysq.org
ARPYQHTDDŞ - http://www.cssn.gov.az
Faiq Abdullayev
Zəngəzur aslanı – Aslan bəy Sultanov
Sənədli, tarixi, publisitik monoqrafiya-kitab
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov), yazar-kulturoloq
Xalqımızın mərd oğulları erməni terrorunun qurbanı olmuşlar
Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun şəxsən imzaladığı mandatla Qarabağ və Zəngəzurun fövqəladə komissarı təyin olunmuş Aslan bəy Sultanovun ömür yoluna həsr edilmiş "Zəngəzur aslanı Aslan bəy Sultanov" kitabı nəşr edilmişdir.
Aslan bəyin igidliyi, Andronik, Dro, Njde kimi erməni daşnak generallarının başçılıq etdiyi quldur dəstələrinə qarşı fədakar mübarizəsi, sərrast atıcılığı, mahalda məşhur olan Qarabağ cinsindən qara qaşqa atı, dostluğa sədaqəti haqqında əhvalatlar bu gün də xalqın hafizəsində yaşayır. Qafan şəhəri yaxınlığında daşnakların mühasirəyə aldığı Qızıl Ordu hissəsinin xilas edilməsində göstərdiyi igidliyə görə ona polkovnik rütbəsi verilmiş və "Qızıl Ulduz" ordeni ilə təltif edilmişdir. Aslan bəy Zəngəzurun Ermənistana birləşdirilməsinə qarşı da ən qətiyyətli mövqe tutan hökumət nümayəndəsi olub, elə bu səbəbdən də Ermənistan hökumətinin israrlı təkid, təzyiqlərindən sonra vəzifədən azad edilib, sonra da sovet Azərbaycanındakı güc strukturlarında yerləşmiş ermənilərin məkrli hiyləsi ilə daşnaklara qarşı barışmaz mücadiləsinə görə qəza milis idarəsinin rəisi vəzifəsində ikən 41 yaşında terrora məruz qalmış, qətlə yetirilmişdir.
Xüsusilə təəssüf doğuran faktdır ki, belə dəyərli bir şəxsiyyət haqqında sovet dövründə çap edilən bəzi kitablarda erməni dəyirmanına su tökən bəzi yalan və böhtanlar yazılmış, Aslan bəyin xalqımız qarşısında gördüyü işlərə kölgə salmağa səy göstərilmişdir. Kitabda belə yazarlara da tutarlı faktlarla cavab verilmişdir.
Məşhur Sultanovlar nəslindən olan Aslan bəy 1888-ci ildə Zəngəzur qəzasının Hacılı kəndində anadan olmuş, ilk təhsilini Qubadlıdakı rus-tatar məktəbində almış, sonra Qori seminariyasında oxumuş, dövrün mütərəqqi fikirli ziyalıları arasında böyük nüfuz qazanmışdı. Maraqlısı həm də budur ki, Aslan bəy bütün təzyiqlərə baxmayaraq, vətən, torpaq, millət təəssübünü hər şeydən üstün tutmuşdur.
Aslan Bəy soyunun layiqli davamçısı olan kitabın müəllifi ixtisasca hüquqşünas olan tədqiqatçı Faiq Abdullayev bütün bunları zəngin faktlarla qələmə almışdır. Bir çoxu ilk dəfə bu kitabda verilən 100-ə yaxın arxiv sənədi, müxtəlif nəşrlərdə yayılmış xatirələr təkcə Aslan bəyin ömür yolunu deyil, həm də Zəngəzur tarixinin ən çətin dövrünün gerçək mənzərəsini əks etdirmək baxımından oxucuda geniş təəssürat yaradır.