Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Həcər Hüseynova. "Nitqin inkişafına dair praktik məşğələlər" (Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənmələri üçün). “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində e-nəşr olunur...

Müəllif:

Həcər Hüseynova


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Həcər Hüseynova. "Nitqin inkişafına dair praktik məşğələlər" (Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənmələri üçün). Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində e-nəşr olunur...


Baxış sayı: 2357
    
    


www.elmler.net

 

 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında

 “Gənc elektron elm”: 44 (04 - 2014)

 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.

 

Elektron kitab N 44 (04 - 2014)

Layihənin maliyyələşdirir:

Azərbaycan Respublikasının Prezidenti yanında

Gənclər Fondu:

http://youthfoundation.az

 

YYSQ - http://www.yysq.org  http://www.elmler.net


Həcər Hüseynova

 

Nitqin inkişafına dair praktik məşğələlər

 

(Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənmələri üçün)

 

 

Azərbaycan dilçiliyi kafedrasının dosenti Həcər Emin qızı Hüseynovanı təbrik edirik!

 

Dosent H.Hüseynovanın "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda yazdığı doktorluq dissertasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş və ona filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
İlk olaraq onu qeyd edək ki, təcrübəli pedaqoq, istedadlı alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Həcər Emin qızı Hüseynova 2002-ci ildə "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası (indi filologiya üzrə fəlsəfə doktoru) müdafiə etmiş və universitetin Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2009-cu ildə dosent elmi dərəcəsi almış və elmi axtarışlarını uğurla davam etdirərək, 2012-ci ildə "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Dosent Həcər Hüseynova "Müasir Azərbaycan onomalogiyası məsələləri" (Bakı, 2005), "Toponimlərin bəzi nəzəri məsələləri" (Bakı, 2006), "Nitq inkişafına dair praktik məşğələlər (əcnəbi tələbələr üçün)" adlı dərs vəsaitlərinin; "Mir Cəlalın obrazlı dili" (Bakı, 2007), "Mir Cəlalın bədii əsərlərinin dili və üslubu" (Bakı, 2008),"Mir Cəlal: Aforizmlər, Antroponimlər" (Bakı, 2009), "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" adlı monoqrafiyaların, bir neçə dərs proqramının, həmçinin "Hər budaqdan bir yarpaq" (Bakı, 2001) və "Nağıl dünya" (Bakı, 2010) adlı şeirlər kitablarının müəllifidir.

Dosent H.Hüseynova elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, universitetimizin, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. O, ulu öndər Heydər Əliyevin yaratdığı və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. Eyni zamanda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Filologoya fakültəsi üzrə sədri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ADPU bölməsi üzrə fakültə sədridir.

Bu yaxınlarda dosent H.Hüseynovanın "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda yazdığı doktorluq dissertasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş və ona filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Biz də bu sanballı uğuru münasibətilə Həcər müəlliməni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.