Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri" (Dərs vəsaiti). Gənc alimin bu elmi kitabında milli ədəbi tənqid və ədəbiyyatşünaslığımızın bir çox məsələlərinə işıq salınır, tələbələrə yeni bilgilər verilir. Virtual İnternet Resurs Mərkəzi

Müəllif:

Təranə Rəhimli


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Təranə Rəhimli. "Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri" (Dərs vəsaiti). Gənc alimin bu elmi kitabında milli ədəbi tənqid və ədəbiyyatşünaslığımızın bir çox məsələlərinə işıq salınır, tələbələrə yeni bilgilər verilir... Virtual İnternet Resurs Mərkəzinin təqdimatında - “Gənc elektron elm”. Kitab universitetlərin filologiya fakültələrinin tələbələri, magistrlər, aspirantlar, ədəbiyyatşünas alimlər üçün nəzərdə tutulmuşdur.


Baxış sayı: 2117
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm”: 47 (07 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.

 

Elektron kitab N 47 (07 - 2014)


Layihənin maliyyələşdirir:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

YYSQ - http://www.yysq.org  http://www.elmler.net

 

Təranə Rəhimli

 

"Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri"


(Dərs vəsaiti)


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Təranə Rəhimli. Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Bakı, «Avropa», 2009, 252 səh. 


Görkəmli tənqidçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin elmi-nəzəri irsinin tədqiqinə həsr edilmiş bu kitabda alimin ədəbiyyat və tənqidin müxtəlif yaradıcılıq problemlərinə dair tədqiqatları sistemli şəkildə araşdırılmışdır. Onun milli ədəbiyyatın tarixi və nəzəri məsələlərinin, rus ədəbiyyatı ilə əlaqələrinin, milli estetik fikrin inkişaf tarixinin öyrənilməsi baxımından dəyərli fundamental monoqrafiyaları, məqalələri Azərbaycan ədəbiyyatının əsas inkişaf meylləri
və istiqamətləri kontekstində tədqiq edilmişdir.
Kitab universitetlərin filologiya fakültələrinin tələbələri, magistrlər, aspirantlar, ədəbiyyatşünas alimlər üçün nəzərdə tutulmuşdur.


Təranə Rəhimli 


Təranə Yusif qızı Rəhimli — şair, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), filologiya üzrə fəlsəfə doktoru (2004), dosent (2011).

Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır (1976-1986). O, 1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı "Gənc müəllim" qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir . 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən "Kamal Talıbzadənin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin "Gənc müəllim" qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Yusif qızı Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun «Qar çiçəyi», «Addımlar» ədəbi birliklərinin yaradılmasında, «Addımlar» poeziya almanaxının nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/ (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999) üzvü kimi respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmişdir. O, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, Azərbaycan Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmiş, bu tədbirlərdə onun məruzə və çıxışları maraqla qarşılanmışdır. O, 10-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş «Böyük nəslin layiqli yadigarı» (2002) adlı monoqrafiyanın, «Dərdin pıçıltısı» adlı şeirlər kitabının (2007), «Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri» adlı dərs vəsaitinin (2008), “Sənə yazmadığım şeir” (Türkiyə/Ankara, 2013), “Sevgimdən tanıyacaqlar” (Türkiyə/İzmir, 2013), 100-dan artıq elmi-nəzəri məqalənin, 200-dək oçerk, esse və publisist yazının müəllifidir. Mətbuat orqanlarında 1993-ci ildən əmək fəaliyyətinə başlayan T.Rəhimli «Gənc müəllim» qəzetinin məsul katibi, baş redaktoru (1993-2006), «Zaman» qəzetinin məsul katibi (1996-1997), «Azərbaycan mübarizləri» qəzetinin baş redaktoru (1999), «Təhsil problemləri» qəzetinin redaktoru (2007-2008) olmuşdur. O, «1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi sahələri üzrə tədqiqatları vardır.

T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir.

T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir. T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, Fəyyaz Sağlam, ədəbiyyatşünas Vasif Novruzov və b. yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.


Mükafatları


2007 — "Qafqaz Media" İctimai Birliyinin H.Zərdabinin 170 illik yubileyi və Milli Mətbuat günü münasibətilə keçirdiyi "Qələm" müsabiqəsində fəxri fərmanla təltif olunmuşdur.

2009 — Milli Kitab Bayramının "İlin elmi kitabı" IX Bakı Kulturoloji Mükafatını almışdır.

2013 — Dünya Gənc Türk yazarlar Birliyinin Beynəlxalq Bakı Toplantısında "Türk Dünyasına Hizmət Ödülü"nü almışdır.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı[redaktə]

Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 30-cu Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 7-11 dekabr 2012.

Türkiyə Cümhuriyyəti Gediz Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 10 dekabr 2013.

I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı/Azərbaycan, 13-15 dekabr, 2012.

Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 31-ci Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İstanbul, 23-27 may, 2013.

Türkiyə Cümhuriyyəti Okan Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli Türkiyə/İstanbul, 26 may 2013.

“Türk Dünyasını İşıqlandıranlar: Məmməd Akif Ərsoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans. Bakı/Azərbaycan, 16-18 may, 2013.

«Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları» mövzusunda akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA, 27-28 iyun 2013.

Dünya Gənc Türk Yazarlarının Beynəlxalq Bakı Toplantısı. Bakı/Azərbay-can, 6 iyul, 2013.

I Uluslarası Türk Ədəbiyyatları Buluşması. Türkiyə/Antalya, 16-18 noyabr 2013.

Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013.

Türkiyə Cümhuriyyəti Yaşar Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 8 dekabr 2013.

“Yaşayan Yunus Əmrə” mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,, 9 dekabr 2013.


Kitabları


Böyük nəslin layiqli yadigarı. Monoqrafiya. Bakı, ADPU, 2002. 115 səh.

Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Dərs vəsaiti. Bakı, «Avropa», 2009. 252 səh.

Dərdin pıçıltısı (şeirlər). Bakı, ADPU, 2007. 160 səh.

Sevgimdən tanıyacaqlar (şeirlər). Türkiyə, İzmir, 2013. 160 səh.

Sənə yazmadığım şeir (şeirlər). Türkiyə, Ankara, 2013, 158 səh.


Proqramlar


Şərqi slavyan xalqları ədəbiyyatı. Bakı, ADPU, 2010. 34 səh.

Xarici ölkə xalqları ədəbiyyatının müasir problemləri. Bakı, ADPU, 2011. 23 səh.

Yeni dövr dünya ədəbiyyatı. Bakı, ADPU, 2011. 37 səh.

Ədəbi tənqid tarixi. Bakı, ADPU, 2011. 39 səh. (T.Salamoğlu ilə birlikdə)


Apardığı dərslər

  1. Azərbaycan ədəbi tənqidinin tarixi
  2. Müasir Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri
  3. Şərqi slavyan və Qərb ölkələri ədəbiyyatı
  4. Qədim türk ədəbiyyatı

Tədqiqat sahəsi

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  1. Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 30-cu Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 7-11 dekabr 2012.
  2. Türkiyə Cümhuriyyəti Gediz Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 10 dekabr 2013.
  3. I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı/Azərbaycan, 13-15 dekabr, 2012.
  4.  Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 31-ci Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İstanbul, 23-27 may, 2013.
  5. Türkiyə Cümhuriyyəti Okan Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli Türkiyə/İstanbul, 26 may 2013.
  6.  “Türk Dünyasını İşıqlandıranlar: Məmməd Akif Ərsoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans. Bakı/Azərbaycan, 16-18 may, 2013.
  7. «Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları» mövzusunda akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA, 27-28 iyun 2013.
  8. Dünya Gənc Türk Yazarlarının Beynəlxalq Bakı Toplantısı. Bakı/Azərbay-can, 6 iyul, 2013.
  9. I Uluslarası Türk Ədəbiyyatları Buluşması. Türkiyə/Antalya, 16-18 noyabr 2013.
  10.  Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013.
  11. Türkiyə Cümhuriyyəti Yaşar Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 8 dekabr 2013.
  12.  “Yaşayan Yunus Əmrə” mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,, 9 dekabr 2013.

Seçilmiş əsərləri