ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
|
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”: 59 (04-38 - 2014)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 59 (04-38 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Əvəz Qurbanlı
Təzə zarafat
Poetik toplu
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Əvəz Qubadxan oğlu Qurbanlı
Doğum tarixi: 09 avqust, 1976
Doğulduğu yer: Saatlı rayonu.
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi
Tel (mob): (+99455) 6330400
E-mail: evezqurbanli@gmail.com
Facebook.com/evez.qurbanli
Şair, yazıçı və jurnalist. 1976-cı ildə Saatlı rayonunda dünyaya göz açıb. 1997-1999-cu illərdə MTN Sərhəd
Qoşunlarında həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın
bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərməkdədir.
İş yerləri:
• 2000-2003 – Müstəqil jurnalist
• 2003 – 2005 – “Vətəndaş həmrəyliyi”, “Savalan” qəzetləri, müxbir
• 2006 – “Həftə”, filoloji redaktor, “Nəbz” qəzeti, müxbir
• 2007 – “525-ci qəzet”, “Hikmət” jurnalı, müxbir
• 2008 – 2009 “Gündəlik Bakı” qəzeti, müxbir, “Hüquq və Polis” jurnalı, redaktor
• 2010 – “Day.az” Media Şirkətinin “Milli.az” xəbər portalı, redaktor
• 2012 – “Publika.az” saytı, redaktor
• 2012 – AAF-nın mətbuat xidmətinin rəhbəri
• 2013 – Bakuinfo.Az saytı, baş redaktor
• 2013 – “Azadinform” informasiya agentliyi (indiyə qədər)
Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir, hekayə, ssenari, elmi və publisistik məqalələrin müəllifidir.
Sözlərinə mahnılar bəstələnib.
2006-cı ildə “Təzə zarafat “ adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. “Vahid”, “Məcməüş-şüəra” ədəbi
məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası
Prezidentinin mükafatına layiq görülüb.
2009-cu ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmiş müsabiqə zamanı “İlin gənc şairi” seçilib.
“Zastava, silaha!” adlı tam metrajlı bədii film ssenarisi, 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən
təşkil edilən müsabiqənin qalibi olub.
2012-ci ildə “Canlı dirəklər” adlı hərbi vətənpərvərlik romanı çapdan çıxıb.
Müntəzəm olaraq dövri mətbuatda çap olunur.
Ə.Qurbanlı, eyni zamanda ictimai fəaliyyəti ilə də tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli
Məclisinə keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb.
Ədəbi və ictimai fəaliyyəti:
• 2005 – Az.Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülüb
• 2006 – Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib
• 2006 – “Təzə zarafat” adlı satirik və lirik şerlər kitabı çapdan çıxıb
• 2008 – Gənc yazarlar üçün Prezident mükafatına layiq görülüb
• 2009 – “İlin gənc şairi” seçilib
• 2010 – Az.Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülüb
• 2012 – “Canlı dirəklər” adlı hərbi vətənpərvərlik romanı işıq üzü görüb.
• O cümlədən, bu illər ərzində bir çox yerli və beynəlxalq müsabiqələrin qalibi olub.