Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”. Elmi-filoloji monoqrafiya. Elektron kitabda Güney Azərbaycan milli-azadlıq hərəkatının və humanitar düşüncəsinin görkəmli nümayəndəsinin ictimai-mədəni həyatı araşdırmaya cəlb olunur...

Müəllif:

Vüqar Əhməd


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Vüqar Əhməd. “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”. Elmi-filoloji monoqrafiya. Elektron kitabda Güney Azərbaycan milli-azadlıq hərəkatının və humanitar düşüncəsinin görkəmli nümayəndəsinin ictimai-mədəni həyatı araşdırmaya cəlb olunur...


Baxış sayı: 31
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm”: 66 (20 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  Elektron kitab N 66 (20 - 2014)


Layihənin maliyyələşdirir: 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

 

YYSQ - http://www.yysq.org  http://www.elmler.net

 

Vüqar Əhməd


“Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”


Elmi-filoloji monoqrafiya


Vüqar Əhməd. “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”. Elmi-filoloji monoqrafiya. Elektron kitabda Güney Azərbaycan milli-azadlıq hərəkatının və humanitar düşüncəsinin görkəmli nümayəndəsinin ictimai-mədəni həyatı araşdırmaya cəlb olunur...

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=173


Müəllif haqqında

Vüqar Mikayıl oğlu Əhməd Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb.Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007),"Anam mənim"(Tehran.2008) ,"Ş.M.Xiyabani"(Bak ı2010) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Üç roman və 10 şeir kitabının,yüzlərlə teleradio verilişlərinin müəllifidir. İki dərslik , iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru ,professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib.