Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Sakların dili və ədəbiyyatı". Kulturoloji-tarixi elmi əsər. Kitabın Azərbaycan və Kimmer-İskit-Sak xaqanlığından bəhs olunan səhifəsində müəllif sakların tarixi barədə maraqlı faktları qələmə alıb.

Müəllif:

Bəxtiyar Tüncay


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Baxış sayı: 35
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm” - Elektron kitab N 77 (26 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  


Layihənin maliyyələşdirir: 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

 

Yeni Yazarlar və Sənətçilər Qurumu:

 http://www.yysq.org  http://www.elmler.net



Bəxtiyar Tuncay


Sakların dili və ədəbiyyatı



Kulturoloji-tarixi elmi əsər


Bakı - YYSQ - 2014

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


 Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=173


DİQQƏT!

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.





Sakların tarixinə, dil və ədəbiyyatına Bəxtiyar Tuncayın baxışı

Bu günlərdə tədqiqatçı-publisist Bəxtiyar Tuncayın "Sakların tarixi, dili və ədəbiyyatı" adlı kitabı çapdan çıxıb. Kitabın Azərbaycan və Kimmer-İskit-Sak xaqanlığından bəhs olunan səhifəsində müəllif sakların tarixi barədə maraqlı faktları qələmə alıb. Yazar elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarışıqlıq yarandığını və bu qarışıqlığın ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlandığını qeyd edib. Kitabda iskitlərin e.ə VIII-VII əsrlərdə Azərbaycana kənardan gəlmə olduqlarına şübhə ilə yanaşılıb və bu fikrin qədim mənbələrin, arxeoloji qazıntıların nəticələri ilə üst-üstə düşmədiyi vurğulanıb. "Kutilərdən kimmerlərə" başlıqlı yazıda kutilərin Qədim Anadolu və Azərbaycan ərazisində yaşayan prototürk etnoslardan biri olduqları göstərilib. "Kuti" etonimi e.ə III-II, eləcə də I minilliklərə aid qaynaqlarda çəkildiyi bildirilib. Müəllif kutilərin qədim oğuzlar olduqları barədə söylənən fikirlərə haqq qazandırıb. İslamaqədərki ərəb ədəbiyyatında və Aşa, Nabiağa kimi şairlərin şeirlərində türklərdən geniş söhbət açıldığını, Həzrəti Peyğəmbərin (s) səfərlərə çıxdığı zaman türk çadırlarında yaşadığı barədə məlumat olduğunu nəzərə çatdırıb. Bəxtiyar Tuncay oğuzların Azərbaycan əhalisi olduqlarını, minillər öncə bu ərazilərdə yaşadıqlarını, təmiz Oğuz türkcəsində olan bir sıra folkor nümunələrimizin minillər əvvəl ölkəmizin ərazisində ərsəyə gəlməsini sübut edən arxeoloji qazıntıların mövcudluğunu araşdırıb.
Nəşrdə türklərin qədim inancları ilə bağlı məlumatlar da öz əksini tapıb. Məsələn, qədim türklərin "yada daşı" adlanan daşla quraqlıq zamanı yağış yağdırdıqları və bu daşa olan inancları təsvir edilib. Maraqlı faktlardan biri də Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və C.Cəfərovun Qobustan və Gəmiqayada üzə çıxardıqları türk soy və tamğalarının önəmli bir hissəsini oğuz tamğalarının təşkil etməsidir. Həmin işarələrin bir hissəsinin paralellərinə digər qədim xalqların əlifbasında, Orxon və Yenisey əlifbalarında rast gəlindiyinə diqqət yetirilib. Müəllif bu faktlara əsaslanaraq qeyd edib ki, bu təsvir və tamğaları yaradan xalq məhz türklərdir, bu da onu göstərir ki, Azərbaycan dünya yazı mədəniyyətinin beşiyidir. Kuti dilinin elmdə Elam-Zaqroş və Qafqaz dillərinə mənsubluğunu müəllif dilçilikdə tam diletant olan elm adamlarının uydurması olduğunu yazıb və bildirib ki, elam dilinin Qafqaz dilləri ilə heç bir qohumluğu yoxdur.
Kitabda maraq doğuran digər bir fakt isə hər il mart ayında keçirdiyimiz Novruz bayramı ilə əlaqədardır. B.Tuncay bu bayram haqqında ilk yazılı mənbənin 5 min il bundan qabaq Şumer mətnlərində verildiyini, onların martın 21-də qeyd etdikləri bu bayramı məhsuldarlıq və çobanların tanrısı olan Dumuzun şərəfinə keçirdiklərini bildirib.
Türk kurqanlarından da söhbət açılan kitabda iskitlərin öz ölülərini necə dəfn etmələri barədə məlumat verilib. Nəşrdə Sak dilinin Şərq (Xotən-Kəncək), Qərb (Parfiya) şivələri və Sak dilinin Şərq şivəsində işlənmiş Hind (Sanskrit) mənşəli söz və ifadələrin şərhi öz əksini tapıb.


Günel MUSAYEVA