Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Cavanşir Yusifli. "Azərbaycan komediyasının poetikası". Doktorluq dissertasiyası əsasında elmi-filoloji monoqrafiya. E-kitabda ədəbiyyat nəzəriyyəsi sahəsinə fərqli baxış sərgilənir. Gənc elektron elm – Virtual İnternet Resur…

Müəllif:

Cavanşir Yusifli


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Cavanşir Yusifli. "Azərbaycan komediyasının poetikası". Doktorluq dissertasiyası əsasında elmi-filoloji monoqrafiya.  E-kitabda ədəbiyyat nəzəriyyəsi sahəsinə fərqli baxış sərgilənir. YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi”. 


Baxış sayı: 173
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm” - Elektron kitab N 82 (30 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  


Layihənin maliyyələşdirir: 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

 

Yeni Yazarlar və Sənətçilər Qurumu:

 http://www.yysq.org  http://www.elmler.net


Cavanşir Yusifli


"Azərbaycan komediyasının poetikası"


Doktorluq monoqrafiyası


Bakı - YYSQ - 2014

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


 Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=173


Cavanşir Yusifli. "Azərbaycan komediyasının poetikası". Doktorluq dissertasiyası əsasında elmi-filoloji monoqrafiya.  E-kitabda ədəbiyyat nəzəriyyəsi sahəsinə fərqli baxış sərgilənir. YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi”. 
DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Cavanşir Yusifli 


Cavanşir Əziz oğlu Yusifli Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.


Kitabları


"Bədii mətnin sirləri", "Mütərcim" nəşriyyatı, 1998

"Bir söz söylə, bu dünyadan olmasın", "Mütərcim" nəşriyatı, 2000

"Ədəbiyyatda yaşamağın formulu", Bakı, 2003

"Azərbaycan poeziyasında Əli Kərim mərhələsi", Bakı 2005

"Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", Bakı, 2009

"Azərbaycan komediyasının poetikası" (monoqrfaiya, Bakı, 2007)

"Gülüş və dünyanın sonu", monoqrafiya, Bakı 1999

"Filoloji fantaziya", Bakı, 2008

"Yaddaşın poetikası", Bakı, Qanun, 2009

"Elçin haqqında 56 söz" (Vaqif Yusifli ilə birgə, Bakı, 2006)


Tərcümələri


Patrik Züskind, "Ətriyyatçı", "Qanun" nəşriyyatı, 2011 (fransız dilindən tərcümə)

Rolann Bart, "Yazının sıfır dərəcəsi" (fransız dilindən tərcümə)

Alber Kamü. "Taun", "Yabançı", "Çöküş" romanlarının fransız dilindən tərcüməsi (Bakı Slavyan Universitetinin nəşri)

Jan Eşnoz. "Royal arxasında" (roman, fransız dilindən tərcümə).

Tomas Sternz Eliot. Ənənə və fərdi istedad (ingilis dilindən). "Cahan" jurnalı, 1996.

Xulio Kortasar. Qorxulu yuxu (hekayə, rus dilindən), "Mütərcim", 1997

Jan-Pol Sartr. Ədəbiyyat nədir? (traktat, fransız dilindən), "Mütərcim" 1998.

Xorxe-Luis Borxes. "Qorxulu yuxular", "Mütrəcim", 1998.

Xorxe-Luis Borxes. "Don Kixot"da gizli magiya. 2010

Marqerit Düras. Məşuq. Roman (fransız dilindən). "Xəzər" jurnalı, 2009

Artur Rembo. Şeirlər (fransız dilindən), 1994.

Qaston Başlyar. Poetik an, metafizik an (fransız dilindən. 2011.

Alən Rob-Qriyye. Bəzi köhnəlmiş anlayışlar haqqında (fransız dilindən), "Cahan" jurnalı, 1997

Patrik Dövil. Nordlənd (hekayə, fransız dilindən), kultaz.az portalı, 2007.

Filip Sollers. Ədəbiyyat haqqında etüdlər (fransız dilindən), 2000

Pol Eluar. Şeirlər. "Cahan" jurnalı, 1996.

Pol Balanfa (Fransa). Niyazi Misrinin mistik təlimlərində ruhani yoxsulluq və qara işıq, "Azərbaycan" jurnalı, 2011.

Hölderlin. Şeirlər. "Cahan" jurnalı, 1996.

Asif Rustamov. Downstream (ssenari, ingilis dilinə tərcümə), 2001

Aydın Əfəndi. Şeirlər. Rus dilindən tərcümə, 1996.

Migel de Unamuno. Günün Tutulması Əfsanəsi. "Xəzər" jurnalı, 1999.

Ernst Kassirer Metaforanin Gücü (rus dilindən tərcümə). "Cahan" jurnalı, 1997.

Xose Orteqa – I – Qasset Unamunonun Ölümünə. "Cahan" jurnalı, 1996.

Lev Qumilyov. Tarixi coğrafiyanin humanitar və təbii-elmi aspektləri. "Cahan" jurnalı, 1997.

Mişel Uelbek. Çaşqinliq içində. Esse. Fransız dilindən tərcümə. "Xəzər" jurnalı, 2003.

Lui Bazən. Dədə qorqud mifinin mənşəyi nədir? Fransız dilindən tərcümə. "Şərq" toplusu, 2008.

Jan-Fransua LİOTAR. «POST» SÖZÜNÜN MƏNALARI HAQQINDA. "Cahan" jurnalı, 1997.

Jak DERRİDA. RƏSSAMLIQDA HƏQİQƏT. Fransız dilindən tərcümə. "Cahan" jurnalı, 1997.

S.V. Nikonenko. Metaforanın analitik şərhi. 2008.

Mişel Uelbek. Lansarot (roman), fransız dilindən tərcümə.

[Les poèmes par Hummat Chahbazi]

[Hummat Chahbazi. La poésie moderne d’Azerbaïdjan]

[Un poème par Hadi Garachay]


Məqalələri


Azərbaycan ədəbiyyatında nə baş verir? (1 və 2-ci məqalə)

Jak Derridanın qrammatologiyası

Böyük poeziyanın adı: Tomas Sternz Eliot

İndi nədən, kimdən deyək

Füzulini niyə sevmədim?

Postmodernist kimdir? (6 məqalə)

Dəvədən fil düzəldən adam

Ədəbi prosesin dolanbacları, yaxud heç nədən hay-küy

Bədii mətndə poetik düşüncənin ritmi

Bədii mətnin strukturu (ebookbrowse.com/cavansir-yusifli-bedii-metin-str)

Budağında quş yuvası bir ağac, "Azərbaycan" jurnalı, 2011.

Artıq yaşıl işıqdır, əyləci basa bilərsən (Hadi Qaraçayın şeirləri haqqında)

Məqamı tutan roman (M.Cəfərlinin “Bərpaçı” romanı haqıqnda), ann/az portalı, 2012

Seyid Heydər Bayat (şeirləri haqqında)

Киян Хияв. Угловая комната (şeirləri haqqında)

Hümmət Şahbazinin şeirləri, yaxud dişimdə boğulan haray, kultaz.com portalı

Nakamlıq və məhkumluq (M.Müşfiq haqqında), “525-ci qəzet”, 2010.

Nəsrin bitməyən sualları (iki məqalə). “Azərbaycan” jurnalı, 2008

Dilin arxa planı. (nəsr haqqında), kultaz.com portalı, 2009.

Mətn trayektoriyasında obrazın məcrası və macərası

Tənqidin ölümü. "Azərbaycan" jurnalı, 2003.

Zamanı ötən şeirlər sorağında. "Ulduz" jurnalı, 1997.

Alber Kamü: atılmış insanın pənahı, 2012.

Azerbaycan komedi metinlerinde ihtilaf ve konu şekilleri. Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 3/9 Fall 2010.

Komediyada güzgü. Azərbaycan AMEA Xəbərləri, 207.

Bədii mətn funksional sistem kimi. Ədəbiyyat institutunun məcmuəsi. 1998.

The Azerbaijani comedy - genre evolution/ Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 2/8 Spring 2011.