ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm” - Elektron kitab N 89 (33 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
Yeni Yazarlar və Sənətçilər Qurumu:
http://www.yysq.org http://www.elmler.net
Cavanşir Yusifli
Ramiz Rövşən yaradıcılığı poetk sistem kimi
Filoloji fantaziya - Araşdırma
Bakı -YYSQ - 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
Tənqidçi Cavanşir Yusiflinin «Filoloji fantaziya» (Ramiz Rövşən yaradıcılığı poetik sistem kimi) kitabında görkəmli Azərbaycan şairi Ramiz Rövşənin yaradıcılığından bəhs edilir. «Filoloji fantaziya» kitabında şair Ramiz Rövşənin yaradıcılığı ən müxtəlif aspektlərdən araşdırılır. Bu kitabı başqa sözlə, Ramiz Rövşən, ümumən Azərbacan poeziyası üstündə filoloji gəzişmələr adlandırmaq olar. Müəllifin fikrincə, müasir dövrün yaradıcılığı etibarı ilə müəyyən oturuşmuş poetik sistem təqdim edən istənilən şairinin sənətkarlıq sirlərini öyrənmək üçün iyirminci əsrin əvvəllərində ictimai həyatda və bədii təfəkkürdə baş vermiş əsaslı dönüşləri və prosesləri dərindən öyrənmək vacibdir. Əks halda Azərbaycanda bir növ «muzey ədəbiyyatı» yaranıb-formalaşa bilər.
Cavanşir Yusifli hesab edir ki, ədəbi prsesdə baş verən hadisələr, xüsusən yaradıcılığı həlledici tarixi məqamlarda formalaşmış sənətkar bədii fikrə, bədii təfəkkürün özünə ən müxtəlif məqamlarda və fərqli üsullarla təsir göstərir. Mill ədəbiyyatın bəzən üst-üstə qalanan problemləri çətinliklə bərabər, onun üçün bir növ nicat yoluna da çevrilə bilir. Kitabda Səməd Vurğun və Rəsul Rzanın ədəbi prosesə təsirləri bir də bu mövqedən araşdırılıb; qeyd etmək yerinə düşər ki, ən azı normal tədqiqatlar aparılmadığından bizdə keçmişin ədəbi prosesinə ehkamçı münasibət formalaşıb - Səməd Vurğun və Rəsul Rzadan bəhs edən məqalə və tədqiqatların əksəriyyətində düşüncə və təfəkkürün özü «apriori» xarakter daşıyır.
Cavanşir Yusiflinin «Filoloji fantaziya» araşdırmasında kiçik bir dövrün çox mürəkəb hadisələri lakonik dillə, fərqli yanaşma və incələmə üsulları ilə öyrənilir. Bu kitabda Ramiz Rövşən təkcə öz nəsildaşlarının əhatəsində deyil, daha çox mənsub olduğu etnik-mədəni sistemin çərçivəsində - təsir və əks təsir qovşağında araşdırılır. Kitab boyu bir-birini izləyən müqayisə və semantik-poetik təhlillərdən məqsəd təkcə hansısa qanunauyğunluğu tapmaqdan ibarət deyil, əsas olan bütün bu cəhətlərlə çağdaş ədəbi fikrə təsir göstərməkdir.
Şair kimi Ramiz Rövşən sözü nə qədər böyük gücə və enerjiyə malik olsa da, o həm də «çətin oxunan» şairdir, xüsusən indiki dövrdə, necə deyərlər, «birmənalı qarşılanmayan» şairdir. İndi ədəbi prosesdə gedən proseslər fonunda Ramiz nə qədər «köhnə» görünsə də, bu köhnəlik onun poetik enerjisinə əsaslı təsir göstərə bilmir, əksinə, onu bir az da «aktuallaşdırır», yaxşı mənada «mübahisə obyektinə» çevirir.
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.