
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm” - Elektron kitab N 93 (38 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
Yeni Yazarlar və Sənətçilər Qurumu:
http://www.yysq.org http://www.elmler.net
Elçin Əlibəyli
Televiziya nəzəriyyəsinin əsasları
Elmi monoqrafik əsər
Bakı -YYSQ - 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Elmi redaktor:
İnqilab Kərimov, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü
Rəyçilər:
Qulu Məhərrəmli, Filologiya elmləri doktoru, professor.
Gülşən Həmidova, Sənətşünaslıq namizədi
Elçin Vidadi oğlu Əlibəyli. Televiziya nəzəriyyəsinin əsasları. Bakı, "ELM" nəşriyyatı, 2011
Kitabda müəllif televiziya təhlilinin metodoloji əsaslarını, təhlil tipini, xüsusiyyətlərini yaratmağa çalışmış, məhz bu kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının nəzəri əsaslarının yaradılması problemi həll edilmişdir.
Televiziyanın mahiyyəti, cəmiyyətə təsiri, teleyayım quruluşu, onun formaları, analiz mexanizmləri, iştirak edən komponentlərin əsasları, nəzəri tərəfləri tapılaraq meydana çıxarılmış teleyayım işinin keyfiyyətinin artırılması, yaradıcı işin daha da mükəmməlləşməsi üçün olan maneələrin aradan qaldırılması yolları göstərilmişdir.
Kitabda bir neçə elmi və yaradıcı sahənin-kütləvi informasiya vasitəsinin nəzəriyyəsi, TV yaradıcılığında iştirak edən sənət növlərinin özəlliyi, yaradıcı inkişaf meyilləri, TV-nin estetik problemləri, sosial vəzifələrinin nəzəriyyəsi və milli televiziya prosesində tamaşaçı ilə ünsiyyət, onun şüuruna təsirini öyrənən tamaşaçı psixologiyası, milli TV-lərin, auditoriyanın ictimai-sosial fəallığına təsiri araşdırılır.
Bütün hüquqlar qorunur. Müəllifin rəsmi icazəsi olmadan kitabın və ya onun hər hansı hissəsinin surəti çıxarıla, informasiya bazasında və axtarış sistemində qrafik, elektron və ya mexaniki vasitələrlə yenidən çoxaldıla və ya istifadə edilə bilməz.
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
Elçin Əlibəyli
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.