ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən"Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı" kulturoloji layihəsi çərçivəsində təqdim edilir.
http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəyilə “Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 113 (14 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası :
Yeni Yazarlar və Sənətçilər Qurumu:
Viktor Andriyanov, Guseinbala Miralamov
GEIDAR ALIEV
Viktor Andriyanov, Hüseynbala Mirələmov
"Heydər Əliyev"
İngiliscə
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Bütün silsiləylə buradan tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=172
Rus dilindən ingiliscəyə tərcümə. "Görkəmli adamların həyatı" silsiləsindən ilk dəfə Azərbaycanın Milli lideri barədə azəri yazarının müştərək kitabı. Əsası 1890-cı ildə F.Pavlenkov tərəfindən qoyulmuş və 1933-cü ildən M.Qorki tərəfindən davam etdirilmişdir. MOSCOW. "MOLODAYA GVARDIA" 2005. BURAXILIŞ: 1205 (1005). Rus dilində ikinci nəşrindən tərcümə.
© V.İ.Andriyanov, H.F.Mirələmov
ÖN SÖZ
Bəzən dünyada elə təsadüflər olur ki, onu kortəbü hadisələr hesab edirlər. Halbuki bunlar həyaın aşkar həqiqətləridir. Və təəssüf ki, çoxları taleyin bu gerçəkliyini görə bilmir.
1944-cü il noyabrın 27-də Moskvaya, SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Vissarionoviç Stalin danışıqlara yollanan, «Döyüşən Fransa» hərəkatının rəhbəri, Fransa Respublikası Müvəqqəti hökumətinin başçısı və ölkənin gələcək prezidenti Şarl de Qoll yolüstü Bakıda dayanmalı olmuşdu. SSRİ-də bu ucaboy və ali qonağı müttəfiq dövlətin başçısı kimi qəbul edirdilər. Sovet İttifaqına iki həftəlik səfərində generalı Stalinin şəxsi göstərişilə Xalq Komissarları Soveti sədrinin müavini Aleksey Nikolayeviç Kosıgin müşayiət edirdi. Uzun illərdən sonra SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Parisə rəsmi səfərə yollanacaq və diplomatik protokolun bütün qaydalarına rəğmən Orli hava limanında Sovet hökumət başçısının pişvazına şəxsən Prezident de Qoll gələcək. Lakin bu başqa bir hadisə, başqa bir əhvalatdır...
Bakıda generalı bütün rəsmi mərasim qaydalarına uyğun ehtiramla qarşıladılar. Bayraqlar, himnlər, fəxri qarovul... Rəsmi qonağı qarşılayanların arasında vəzifə səlahiyyətinə görə dövlət təhlükəsizlik xidmətinin gənc leytenantı, əyninə mülki plaş geymiş və başına dəbdə olan şlyapa qoymuş Heydər Əliyev də vardı.
Sonralar Heydər Əliyevin söylədiyinə görə, onun nəzərləri ani də olsa, De Qollun baxışları ilə qarşılaşmışdı. Həmin axşam məşhur fransalı qonaq «Koroğlu» operasını dinləmiş, ertəsi günü isə qatarla Stalinqrada yola düşmüşdü, çünki hava tutulduğundan təyyarələr uçmurdu.
Bu hadisəni xatırlatmaq ona görə maraqlıdır ki, dünyada tanınan hər iki şəxsiyyətin siyasi taleyində oxşar məqamlar çoxdur. Hər ikisi uzun illər uğurlu dövlət fəaliyyətindən sonra işdən kənarlaşdırılıb.
Paris «didərgini» haqqında deyirdilər ki, o nitqini itirmiş peyğəmbər kimi meydanı tərk etmişdi və səsi-sədası eşidilmirdi. Qorbaçov əyyamının Sov.İKP MK Siyasi Bürosunda Heydər Əliyevi dinləmək və eşitmək istəmədilər. Və o da çıxıb getdi...
1958-ci ilin may ayında Kolombe malikanəsində tənha yaşayan general de Qoll Fransanın çağırışıyla Parisə qayıtdı. 1990-cı ilin iyul ayında Azərbaycanın çağırışıyla Heydər Əliyev özünün Moskvadakı qəriblik həyatından ayrılaraq vətənə döndü.
Geri dönəndə hər ikisinin 67 yaşı vardı. Bu yaşda adətən nəvələrlə əylənir və memuar yazmaqla məşğul olurlar. Lakin iş elə gətirdi ki, ürəkaçan ailə qayğıları və xatirələrlə bağlı məsələlər təxirə salınmalı oldu. Onlar dar gündə öz vətənlərini xilas etmək üçün qayıtdılar. Biri - Fransanın birliyini və müstəqilliyini, o biri isə - Azərbaycanın bütövlüyünü və suverenliyini təmin etmək naminə.
Heydər Əliyev siyasətçi kimi sovet sisteminin dəyərləri əsasında formalaşmışdı. Beynəlmiləlçilik haqqında səslənən şüarlar onun üçün gəlişi gözəl sözlər deyildi: «Beynəlmüəlçi olmaq üçün təkcə öz millətini düşünmək lazım deyil, bütün millətlərin mənafeyini, onların ümumi azadlığını və hüquq bərabərliyini öz millətindən yüksək tutmağı bacarmaq lazımdır» (V.İ.Leninin tam külliyyatı, C.45). Sovet siyasətçisi və dövlət xadimi Heydər Əliyev haqqında tam səmimiyyətlə demək olar ki, o, işdə beynəlmiləlçi idi.
Lakin XX əsrin sonlarında o, Şarl de Qollun milli amilin bütün digər ideyalar, nəzəriyyələr, şüar və prinsiplərdən öndə olduğu barədə fikrini özü üçün yenidən kəşf etdi.
Bəli tarix göstərdi ki, milli ideya bir çox başqa mətləblərdən daha önəmlidir. Realist siyasətçi Hcydər Əliyev üçün buradan bir qənaət hasil olunurdu: dövlətin qurtuluşu eyni zamanda millətin qurtuluşudur.
...Karlovı Van. Tixaya Sadovaya küçəsi. Burada, şəfalı bulaqlarla zəngin olan məşhur Mlin (yəni Dəyirman) sütunlarından yüz metr aralı sovet nomenklaturasının xoşladığı «Bris-tol» sanatoriyası yerləşir. Qoca bağban qızılgülləri suvara-suvara burada Kosıgini, Əliyevi, Şerbitskini, marşal Konevi gördüyünü söyləyir...
Hündür meydançadan yaraşıqlı rus kilsəsinin mavi günbəzləri görünür - oradan zəng sədaları eşidilir; başqa tərəfdən çox ulduzlu sanatoriya və otelləri olan dəbdəbəli kurortun mənzərəsi canlanır. Yaşlı bağbanla təsadüfı söhbət, onun məhrəmanə «hələlik» («aqoy») deyə uğurlaması tezliklə unudula bilərdi, əgər axşam Moskvanın televiziya proqramında onun səmimiyyətlə xatırladığı adamların simaları görüntüyə gəlməsəydi. Televiziyada «İzvestiya»nın və Mərkəzi televiziyanın siyasi icmalçısı, diplomat, keçmişdə Sov.İKP MK məsləhətçisi, iki baş katib - Brejnev və Andropovun ən yaxın köməkçilərindən biri Aleksandr Bovinin xatirəsinə həsr olunmuş süjet, müxtəlif illərin fotoşəkilləri, telexronika və s. göstərilirdi.
Budur, böyük bayram masası arxasında Yuri Vladimiroviç Andropov, sağ tərəfində Əliyev, solda Qromıko və Qorbaçov əyləşmişlər... Görünür, indicə hansısa zarafatyana bir atmaca səslənmişdir: Heydər Əliyev və Yuri Vladimiroviç ürəkdən uğunur, hətta sərt xasiyyətli, Qərbdə cənab «Yox» ləqəbi ilə tanınan SSRİnin xarici işlər naziri Qromıko da gülümsünür. Siyasi Büronun «adi» üzvü, hələ Sov.İKP-də ikinci şəxs olmayan (Brejnevin ölümündən sonra Mixail Sergcyeviç yanıqlı qalsa da, ölkənin «ikinci» vəzifəsi Konstantin Ustinoviç Çernenkoya həvalə edilmişdi) Qorbaçovun da sifətində zərif bir təbəssüm var.
2004-cü ilin aprel günlərində Çexiya qəzetləri ağızdolusu Böyük Avropadan yazırdılar: «Çexiya və üstəlik doqquz ölkə mayın 1-də Avropa Birliyinə daxil olmuşdu. «Dnes» (əvvəllər «Mlada fronta» adlanan) qəzeti oxuculara bildirirdi ki, biz indi 455 milyonuq, ərazimiz 3,9 milyon kvadrat kilometrdir, 25 dövlətik...» Gecə, düz saat on ikidə Karlovı Varı üzərində salyut gurladı, qaranlıq səma al-əlvan atəşfəşanlıqdan nura boyandı. Çexiya bayram edir. Litva, Latviya, Estoniya, Sloveniya şənlənir...
Avropa bu ölkələr arasındakı sərhədləri götürür. Daha doğrusu, onları Şərqə doğru çəkir.
Dünyanın yeni siyasi xəritəsində ötən əsrin 80-ci illərində dünyada məhsul istehsalının beşdə bir hissəsinə sahib olan Sosialist Birliyi ölkləri. Varşava müqaviləsi dövlətləri və Qarşılıqlı İqtisadi Yardım Şurası artıq yoxdur. Avropa Birliyinin 25 ölkəsinin cəmləşdiyi bu xəritədə vaxtilə Sovet İttifaqının tərkibində olan və aralarında Azərbaycanın da yer aldığı yeni dövtlər var.
İki min il əvvəl müdriklərdon biri belə söyləyib ki, Allah kimsəyə keçid dövründə yaşamağı nəsib etməsin. Sadə insanın bu həyəcanı, bu narahatlığı bütün zamanlar üçün eyni dərəcədə başa düşülməlidir. O, həmişə çalışır ki, öz komasının, ya da daxmasının bir küncünə sığınıb tufanın sovuşmasını gözləsin. Bu da başa düşüləndi.
Az-çox dünyagörüşü və təcrübəsi olan adam təbiətdəki bəzi əlamotləri müşahidə etməklə baş verəcək tufanı əvvəlcədən müəyyən edir. Deyək ki, leysan yağışdan əvvəl çox vaxt tozanaq qopur. Eynən böyük siyasətdə də belə olur - hərçənd ki, siyasətdə yaxınlaşan fəlakəti qabaqcadan hiss etmək bacarığı çox az adama nəsib olur...
Andropov, Qromıko, Əlıyev və Qorbaçovun bir qədər əvvəl haqqında danışdığımız teieviziya çəkilişi 1982-ci ilin noyabrından əvvəl və 1983-cü ilin axırından, yəni Yuri Vladimiroviçin yatağa düşdüyü vaxtdan sonra aparıla bilməzdi. Qəribədir ki, bu kadrları məhz 2004-cü ilin aprel günlərində, yəni qarşmızdakı kitabı yazmaq fikrinə düşdüyümüz zaman ikimizdən biri görmüşdü.
Çox vaxt deyirlər ki, tarixin gələcəklə bağlı dəqiq düsturu, «hazır hökmü» yoxdur. Amma buna baxmayaraq, hadisələrin bu və ya digər inkişaf yönümünü, hətta ssenarisini müəyyənləşdirmək olar. Sovet İttifaqının taleyi necə ola bilərdi, əgər... Variantlar çoxdur. Ümumi qənaət isə ondan ibarətdir ki, Sovet İttifaqı süquta məhkum deyildi. ABŞ-ın SSRİ-dəki keçmiş səfıri Cek Metlokun 2005-ci il iyulun 5-də «İşgüzar çərşənbə axşamı» həftəlik jurnalına verdiyi müsahibəyə nəzər salaq: «Fakt faktlığında qalır: konınunist rejiminin zəifləməsi və dağılması Qərbin təzyiqi nəticəsində yox, Qorbaçovun islahatları sayəsində baş verdi. Əgər bu islahatlar uğurlu olsaydı, SSRİ xilas ola bilərdi. SSRİ-nin dağılması heç də soyuq müharibənin və yaxud Qərbin hansısa səylərinin qaçılmaz nəticəsi deyildi».
Əlbəttə, cənab Metlokun cidd-cəhdlə inkar etdiyi «Qərbin təzyiqi» də öz rolunu oynamışdı.
Ağıllı-başlı islahatlar aparmaqla, cəmiyyətin inkişaf təmayüllərini diqqətlə nəzərə almaqla ölkə yeniləşə-yeniləşə inkişaf edə bilərdi. Lakin hakimiyyəti həyatda əsas qayələrini dəniz daşları tək mamır basmış, az qala yüz il boyu dəyişdirilmədən saxlanan köhnə düsturlara kor-koranə əməl edən ehkamçılar idarə edirdilər. Baş katib vəzifəsinə keçən Qorbaçov cəmiyyətə, ölkəyə yeniləşmə və sürətli inkişaf vəd edirdi. Hərçənd ki, çox tezliklə özünün böyük dövlətinin miqyasları ona darısqal görünməyə başladı. O, özünün (?) yeni düşüncə konsepsiyasını böyük tərkibdə nəinki Sovet İttifaqına, Sosializm Birliyi ölkələrinə, hətta bütün dünyaya sırımaq istədi. Halbuki, dogma ölkəsinin daxilində vəziyyət günü-gündən pisləşirdi. Lider hansı işdən yapışırdısa, naqqallığına salıb hər şeyi bada verir, yarıda bilmir, ona etiraz etməyə cürət göstərənlori isə rədd edirdi.
«Mən «Perestroyka» (yenidənqurma) ifadəsini eşidən kimi o saat dedim: bu «katastroyka»dır (yəni oyunbazlıq, dağıdıcılıq), - deyə fılosof, yazıçı Aleksandr Aleksandroviç Zinovyev jurnalist Viktor Kojemyak ilə müsahibəsində o dövrü belə xatırlayır. - 1988-ci ildə mənim «Qorbaçovizm» adlı kitabım nəşr olunmuşdu». Burada onu da əlavə edək ki, bu kitab Almaniyada nəşr olunmuşdu. Partiya bu böyük alimi sonra məhz bu ölkəyə sürgün etmişdi. Yalnız neçə il keçəndən sonra o vətənə qayıda bildi. «...Qərbdə çıxışlarımdan birində mənə Sovet sisteminin ən zəif yeri barədə sual verdilər. Mən cavab verdim ki, Sovet sisteminin ən zəif yeri əslində ən möhkəm hesab olunan partiya aparatıdır. Zalda gülüşmə qopdu. Mən əlavə etdim ki, bəli, partiya aparatı, Siyasi Büro və Baş katib. Onlar istəsələr, yarım ilə ölkəni dağıda bilərlər. Elə də oldu («Pravda» qəzeti. 18 avqust 2005). Uzaqgörən siyasətçilər - heç şübhəsiz, böyük idarəçilik təcrübəsinə, siyasi fəhmə malik, insan qəlbinin istəklərini duyan, anlayan Heydər Əliyev də belələrindən idi - görürdülər ki, bəli «proses getdi» (Qorbaçovun formulu) və bu «proses» İttifaq dövlətinin dağılmasına aparır. Artıq Rusiyanın özündən qoparmalı olacaq balaca «vaqon»lar haqda söz-söhbət gəzirdi. Söhbət rusların, rusiyalıların vahid dövlət tərkibində yüz, iki yüz, üç yüz il birgə yaşadığı xalqlardan, müttəfiq respublıkalardan gedirdi. Hər hansı başqa bir dövlət tərkibində ölkənin dağıdılmasına çağıran siyasətbazların aqibətini məhkəmə həll edərdi. Sovet İttifaqında isə başı dumanlandırılmış kütlə onları sevinclə qarşılayaraq əlləri üstə gəzdirirdi.
Respublikalarda separatçı təmayüllər baş qaldırırdı. Onları bir tərəfdən hakimiyyətə və varlanmağa can atan yerli elitalar qızışdırır, digər tərəfdən isə açığını deyək ki, sıxışdırılmış milli mənafelər növbəti yanlış addımlara təhrik edirdi. Öz bayrağı, himni, konstitusiyası olan respublikalar, əslində, çox az müstəqilliyə malik idilər. Kadrian «qırmızı» paytaxt təyin edirdi. Bu paytaxt yalnız öz istədiklərini mükafatlandınr, ucaldır və endirir, cəzalandınr və əfv edirdi. Və birdən o da məlum oldu ki, bəzi məsələləri onsuz da həll etmək mümkündür. Bəs, görəsən nəyi? Moskva yüyəni hara qdər boş buraxır? Yenidən onu öz əlinə almazmı? Hakimiyyət uğrunda mübarizəyə ən müxtəlif qüvvəlor qoşulurdu: xarici xeyriyyəçilərdən qidalananlar da, populistlər də, tələm-tələsik maskalanmış haram kapital da. Hər bir müttəfiq respublikanın - Moldovanın, Gürcüstanın, Ukraynanın, o cümlədən də Azərbaycanın özünəməxsus xüsusiyyətləri vardı. Əlbəttə, bununla yanaşı bir çox başqa amillər də - tarixi, sosial, xarici siyasət də bu prosesdə rol oynayırdı. Məsələn, Moldovada runıniyapərəst dairələrin fəallığı aşkar görünürdü. Litvada hər şeyi antirus «Sayudis» idarə edirdi. Ukraynada keçmiş əmək qvardiyası - aldadılmış şaxtaçıları siyasət meydanına atmışdılar ki, qoy tarana gedib sovet hakimiyyətini yıxsınlar.
Azərbaycanda Moskvanın əmrinə əsasən çoxdan burada olmayan, başqa cür desək, hələ ölkəyə qayıtmamış Heydər Əliyevlə haqq-hesab çürüdürdülər. Respublikada dərəbəylik hökm sürürdü.
Tarixdə şəxsiyyət, insan və hakimiyyət kimi anlayışlar adamları zaman-zaman düşündürüb. Bəzən bu, hökmdarlara, rəhbərlərə onların vaxtı-vədəsi gələnədək «rəiyyət»dən gizlədilən şəxsi həyatlarınm xırdalıqlarına göstərilən maraq sırf «obıvatel» marağından fərqlənmir. Əksər hallarda isə bu xüsusiyyət adamlarda həqiqəti anlamaq istəyindən irəli gəlir. Nədən hansısa öndərlərə «gərdişi-dövran» tabe olur və onlar sınaqlara sinə gərərək, öz xalqlarını, ölkələrini Böyük Pyotr, Franklin Ruzvelt, Atatürk, Stalin, Çörçill, Qandi, de Qoll kimi ucaldırlar?.. Nədən digərlərini eyni olaylar, gur axın aciz bir talaşanı apardığı kimi öz ardınca sürükləyir?
Və bu təqdirdə taclar başlardan qoparılıb tolazlanır: Rusiya imperatoru Ü Nikolayın, Avstriya kralı Frans-İosifın, alman kralı Vilhelmin, SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçovun tacı kimi...
Hcydər Əliyev on dörd il Azərbaycan Konınunist Partiyası Mərkəzi Komitəsinə başçılıq edib - sovet dövründə bu, respublikanın rəhbəri demək idi; beş il sovet hökumətində ikinci şəxs və Sov.İKP MK Siyasi Bürosunun üzvü olub; on ildən artıq başmda durduğu müstəqil Azərbaycanın postsovet dönəmində yaradılması və təşəkkül tapması da onun adıyla bağlıdır.
Heydər Əliyevin böyük siyasətə qayıdışı bir çox cəhətdən general de Qollun «başın itirmiş» Fransada hakimiyyətə qayıdışını xatırladır.
Onların fəaliyyət göstərdikləri siyasi mühit və şəraitin bütün fərqlərinə baxmayaraq, bu iki tarixi şəxsiyyətin müqayisəsi ən başlıca cəhəti aşkara çıxarır; onlar üçün həlledici meyar öz ölkələrinin mənafeyi olmuşdur. Yeri gəlmişkən, məhz Əliyevin sərəncamı ilə 1999-cu ilin martında de Qollun qırx dördüncü ildə qonaq kimi qaldığı binanın üzərinə xatirə lövhəsi vurulub. Bakılılar Neftçilər prospektində yerləşən həmin möhtəşəm binanı yaxşı tanıyırlar; onun yanında XII əsrin memarlıq abidəsi - məşhur Qız qalası ucalır. Beləliklə də, uzaq və yaxın keçmiş bir-birinə qovuşur.
İstedad və iradə Əliyev şəxsiyyətinin ali keyfiyyətləridir. İlk növbədə özünə qarşı ən yüksək tələbkarlıq və mütəşəkkillik. Bir adamı dinləmək və eşitməklə «xalq», «millət» adlanan böyük
anlayışın birləşdirdiyi bütün insanların istək və məqsədlərini anlamaq qabiliyyəti onda bir daha üzə çıxırdı. Onun simasında böyük siyasətçinin peyğəmbər uzaqgörənliyi və sərkərdə şücaəfi cəmləşirdi.
Dərin savad və fitrətdən gələn incə estetik duyumu olan, alicənab və ürəyində kin saxlamayan bu insan bilmədən səhv edənləri bağışlamağı bacarırdı, lakin naşılar, simasızlar, təmənna güdənlər onun mərhəmətinə ümid bəsləyə bilməzdilər.
Anadan olanda adını Heydər qoydular. Mənası - öndə gedən, başçı deməkdir. Biz onun necə boya-başa çatmasından, doğma Naxçıvanında, daha sonra bütün Azərbaycanda - qoca Xəzərdən qarlıvüqarlı dağlaradək - Sovet İttifaqı adlanan ölkədə qarşısında açılan dünyanın ona necə görünməsindən, bənzərsiz siyasətçi və dövlət xadimi, milli lider, xalqın öndəri olmasından bəhs edəcəyik.