
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Lev Nikolayeviç Tolstoy
"Seçilmiş əsərləri"
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2009, 648 səh.
Klassik dünya ədəbiyyatı seriyasına daxil olan bu kitaba dahi rus ədibinin avtobioqrafik səciyyəli trilogiyası - "Uşaqlıq", "İlk gənclik", "Gənclik" ilə yanaşı, "Kazaklar" və "Hacı Murad" povestləri də daxil edilmişdir. Həmişə həqiqətə çağıran yazıçının bütün qəhrəmanları insan həyatının mənası barədə düşünürlər.
L.Tolstoyun həyata ehtiraslı məhəbbətlə, şərə və ədalətsizliyə qarşı dərin nifrətlə aşılanmış əsərləri ümumbəşəri məsələlər qaldırdığına görə Asiya, Avropa, Amerika xalqlarının mənəvi-bədii dünyagörüşlərinə ciddi təsir göstərmişdir.
"Şərq-Qərb" Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.