Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Mir Cəlalın aforizmləri”. Azərbaycan, rus və ingilis dillərində. Kitabda tanınmış xalq yazıçımız və alimimizin dəyərli fikirləri toplanmış, haqqında araşdırma yazılar verilmişdir.

Müəllif:

Həcər Hüseynova


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Həcər Hüseynova. “Mir Cəlalın aforizmləri”. Filologiya üzrə elmlər doktoru H.Hüseynovanın Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi “Mir Cəlalın aforizmləri” adlı kitabında tanınmış xalq yazıçımız və alimimizin dəyərli fikirləri toplanmış, haqqında araşdırma yazılar verilmişdir.


Baxış sayı: 62
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


www.elmler.net - Virtual İnternet Resurs Mərkəzinin təqdimatında

 “Elektron elm” - Elektron kitab N 58 (17 - 2015)


 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun “Elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  


Həcər Hüseynova


“Mir Cəlalın aforizmləri”

 

(Azərbaycan, rus və ingilis dillərində)

 

Layihənin maliyyələşdirir:

 

Yeni Yazarlar və Sənətçilər Qurumu:

 http://www.yysq.org  http://www.elmler.net

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. Bakı -YYSQ - 2015

 Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

Həcər Hüseynova. “Mir Cəlalın aforizmləri”. Filologiya üzrə elmlər doktoru H.Hüseynovanın Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi “Mir Cəlalın aforizmləri” adlı kitabında tanınmış xalq yazıçımız və alimimizin dəyərli fikirləri toplanmış, haqqında araşdırma yazılar verilmişdir.

 

Müəllifin başqa bir elmi kitabıyla buradan tanış olun:

 

http://kitabxana.net/?oper=readBook&id=2112

 

Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun: 

http://kitabxana.net/?oper=e_kitabxana&cat=173


DİQQƏT!

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Görkəmli yazıçı, alim, pedaqoq Mir Cəlal

irsinin sistemli linqvistik tədqiqi


         Təcrübəli pedaqoq, istedadlı alim Həcər Hüseynova 2012-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən və professor Nərgiz xanım Paşayevanın sədrlik etdiyi Müdafiə Şurasında “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Dissertasiya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş və müəllifə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

          Əslən Cənubi Azərbaycanın Sarab şəhərindən olan Həcər Emin qızı Hüseynova Gəncə şəhərində anadan olmuş, Bakıda ADPU-nun (APİ) filologiya fakültəsini bitirmişdir. 1984-2002-ci illərdə Bakı şəhərində 269 və 146 saylı məktəblərdə müəllimlik etmişdir.

           Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Həcər Emin qızı Hüseynova 2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası (indi filologiya üzrə fəlsəfə doktoru) müdafiə etmiş və universitetin Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.

         H. Hüseynova Cənubi Azərbaycandan olan yazıçıların yaradıcılığına daha çox maraq göstərmiş, məhz bu səbəbdən də böyük yazıçı Mir Cəlalın bədii əsərlərinin linqvistik cəhətdən tədqini doktorluq dissertasiyasının mövzusu olaraq seçmişdir.

           Həcər Hüseynova “Müasir Azərbaycan onomalogiyası məsələləri” (Bakı, 2005), “Toponimlərin bəzi nəzəri məsələləri” (Bakı, 2006), “Nitq inkişafına dair praktik məşğələlər (əcnəbi tələbələr üçün)” adlı dərs vəsaitlərinin; “Mir Cəlalın obrazlı dili” (Bakı, 2007), “Mir Cəlalın bədii əsərlərinin dili və üslubu” (Bakı, 2008),”Mir Cəlal: Aforizmlər. Antroponimlər” (Bakı, 2009), “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” adlı monoqrafiyaların,  bir neçə dərs proqramının, həmçinin “Hər budaqdan bir yarpaq” (Bakı, 2001) və “Nağıl dünya” (Bakı, 2010) adlı şeirlər kitablarının müəllifidir.

         Filologiya üzrə elmlər doktoru, dosent H. Hüseynova elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, universitetin, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. O, Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. Eyni zamanda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin filologiya fakültəsi üzrə sədri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ADPU bölməsi üzrə fakültə sədridir.

          Filologiya üzrə elmlər doktoru Həcər Hüseynovanın Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi “Mir Cəlalın aforizmləri” (Bakı. 2014) adlı kitabının  Bakı Atatürk Mərkəzində təqdimatı keçirilmiş və kitab geniş oxucu kütləsinə təqdim edilmişdir.