ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana
www.elmler.net - Elektron təhsil – Virtual İnternet Resurs Mərkəzi
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması”. Elektron kitab N 06-64 (39- 2015)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi “Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” innovativ-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
Türk xalqları ədəbiyyatı
Dörd cilddə
III cild
Üçüncü cilddə (yeni dövr) XVI-XVII əsrlərdən başlamış türk xalqlarının dastanları, o cümlədən "Koroğlu" dastanı, Molla Pənah Vaqifin yaradıcılığından nümunələr, türkmən ədəbiyyatının böyük nümayəndəsi Məhtumqulu Fəraqi yaradıcılığından seçmələr, Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" dramı, qazax ədəbiyyatı tarixində realist düşüncənin əsasını qoyan Abay Kunanbayevin şeirləri, Tofiq Fikrətin şeirlərindən seçmələr, Mirzə Ələkbər Sabirin "Hophopnamə"si, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal" hekayələri, "Ölülər" komediyası və s. verilmişdir.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2289
Sosial şəbəkələrdə elektron təhsilin təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs yaradıldı:
https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Birinci cild burada: http://kitabxana.net/?oper=readBook&id=2300
İkinci cild burada: http://kitabxana.net/?oper=readBook&id=2301
DÖRD CİLDLİK "TÜRK XALQLARI ƏDƏBİYYATI" KİTABI
"Çaşıoğlu" nəşriyyatı Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun dörd cilddən ibarət "Türk xalqları ədəbiyyatı" kitabını çapdan buraxmışdır.
Birinci cilddə (qədim dövr) qədim türk eposu, şeiri və nəsrindən nümunələr, "Kitabi-Dədə Qorqud", Əhməd Yəsəvinin "Divani-hikmət" nəsihətamiz əsəri, Nizami Gəncəvinin "İsgəndərnamə" poeması və sairə verilmişdir.
İkinci cilddə (orta dövr) türk xalqlarının XIII əsrdən XVII əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən adət-ənənələri qələmə alınmışdır. Kitabda türk ədəbiyyatı tarixinin orta dövründə formalaşan və ən yeni dövrün əvvəllərinə qədər ideyalarla, süjetlərlə zənginləşmiş akın-ırçılar (manasçılar) tərəfindən yüksək sənətkarlıqla ifa olunmuş "Manas" eposu təqdim olunmuşdur. Bu cilddə Yunus İmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli və Mahmud Baqinin əsərləri barədə də məlumatlar yer almışdır.
Üçüncü cilddə (yeni dövr) XVI-XVII əsrlərdən başlamış türk xalqlarının dastanları, o cümlədən "Koroğlu" dastanı, Molla Pənah Vaqifin yaradıcılığından nümunələr, türkmən ədəbiyyatının böyük nümayəndəsi Məhtumqulu Fəraqi yaradıcılığından seçmələr, Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" dramı, qazax ədəbiyyatı tarixində realist düşüncənin əsasını qoyan Abay Kunanbayevin şeirləri, Tofiq Fikrətin şeirlərindən seçmələr, Mirzə Ələkbər Sabirin "Hophopnamə"si, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal" hekayələri, "Ölülər" komediyası və s. verilmişdir.
Dördüncü cilddə (ən yeni dövr) isə XX əsrdən bu günümüzədək türk dünyasının böyük sənətkarlarından Cambul Cabayev, Səməd Vurğun, Nazim Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Məhəmmədhüseyn Şəhriyar və digərləri haqqında məlumatlar, əsərlərindən nümunələr toplanmışdır.
Nizami Qulu oğlu Cəfərov
Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Qazax rayonunun Zəlimxan kəndində anadan olub. Filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001). 1998-2003-cü illərdə AAK Dilçilik üzrə ixtisaslaşmış doktorluq müdafiə şurasının sədri olmuş, 1997-ci ildən Azərbaycan Respublikası Təhsil nazirliyinin Elmi-metodik Şurasının, 2003-cü ildən AAK filologiya elmləri üzrə Ekspert Şurasının sədridir. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.
2000 - ci ildən Azərbaycan Respublikası Milli Məclisin deputatı
2005 - ci ildən Milli Məclisin Mədəniyyət Məsələləri Daimi komitəsinin sədri
2006 - cı ildən «Dialoq Avrasiya» Platformasının Azərbaycandan Milli Komitənin sədri
Təhsili: 1982-1985- Azərbaycan (indiki BDU) Dövlət Universitetinin filologiya fakültəsinin aspirantı 1977-1982- Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyəti:
2001-ci ildən indiyədək Azərbaycanda Atatürk Mərkəzinin müdiri
1994-2001- Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı
1991-1994- Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim, professor
1987-1991- Azərbaycanın bir sıra mətbuat orqanlarında baş redaktor, redaktor, şöbə müdiri
1985-1987- Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi
Üzvü olduğu elmi təşkilatlar:
2001- Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Üzvü olduğu ictimai təşkilatlar:
2004- Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü
1997- Azərbaycan Yazıçılar Birliyi Məclisinin üzvü
1993- Azərbaycan Yazıçılar Birliyinin üzvü
Kitabları:
1. Türk dünyasının yeni lideri. Bakı.2009
2. Türk xalqları ədəbiyyatı 4 cilddə - Bakı 2007
3. Seçilmiş əsərləri 5 cilddə - Bakı 2007
4. Klassiklərdən müasirlərə. Bakı, 2004.
5. Anar. Bakı, 2004.
6. Qədim türk ədəbiyyatı. Bakı, 2004
7. Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir. Bakı, 2002
8. Azərbaycanşünaslığa giriş. Bakı, 2002
9. Azərbaycan mədəniyyəti məsələləri. Bakı, 2000
10. Genezisdən tipologiyaya. Bakı, 1999
11. Eposdan kitaba. Bakı, 1999
12. Türk dünyası: xaos və kosmos. Bakı, 1998
13. "Koroğlu"nun poetikası. Bakı, 1997
14. Azərbaycan türkçəsinin milliləşməsi tarixi. Bakı, 1995