ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan dramaturgiyası" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 18 (01-7 - 2016)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
YYSQ - http://www.yysq.org
Şəbnəm Tofiqqızı
“Unudulmaz görüş”
Pyes
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı, YYSQ – 2016
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
Müəllif haqqında
Avtobioqrafiya
Mən Nəsibova Şəbnəm Tofiq qızı 1986-cı ildə Qarabağın Füzuli rayonunun Aşağı Rəfədinli kəndində musiqici ailəsində doğulmuşam. Orta təhsilimi 1993-2004 cü ildə Biləcəri qəsəbəsində yerləşən 298 saylı məktəbdə almışam. Eyni zamanda 1993-2000 ci illərdə S.Şuşiniski adına 1 saylı İncəsənət məktəbinin Fortopiano ixtisasını bitirmişəm. 2005-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2004 cü ildən dövrü mətbuatda "Evrika", "Yeni Dövran" qəzetlərində baş redaktorun müavini vəzifəsində çalışmışam. İndi isə mətbuatda müxtəlif qəzetlərdə yazılarım çap olunur. 2010 cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kulturologiya kafedrasında lobarant kimi çalışıram.
"Acı Həqiqət","Taleyin bir üzü"adlı kitabların müəllifiyəm .Bundan başqa dörd dram əsərinin müəllifiyəm."Taleyin bir üzü"adlı dram əsərim 2014-cü ildə Füzuli Dram Teatırında tamaşaya qoyulmuşdur.
2014-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzviyəm.
2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvi və YAP Binəqədi rayon təşkilatında Gənclər Şurasının üzvi seçilmişəm.
2015-ci ildən Azərbaycan Jurnalistlər birliyinin üzviyəm.
2015-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzviyəm.
"İstedadlı Gənc Yazıçı", "İlin İntlektual Ziyalısı", "Azərbaycanın Vətənpərvər Ziyalı Xanımı", "Xalqın Sevimlisi", "Vətənpərvər Ağamusa Nağıyev", "Kamil Sənətkar" , Azərbaycan Yaziçilar Birliyinin "Gənc Ədiblər Məktəbinin diplomu" adlı fəxri diplomlara laiq görülmüşəm.
"Qızıl Qələm" mükafatı laureatıyam. Prezident təqaüdçüsüyəm. Bir qızım var.