Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Qəni Camalzadə. “Kişilik də bir şey deyil...” Hekayələr toplusu. Tanınmış istedadlı yazıçı-yumorist Q.Camalzadənin yeni e-kitabına müəllifin son illərdə qələmə aldığı oxunaqlı hekayələri daxil edilib.

Müəllif:

Qəni Camalzadə


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Qəni Camalzadə. “Kişilik də bir şey deyil...” Hekayələr toplusu. Tanınmış istedadlı yazıçı-yumorist Q.Camalzadənin yeni e-kitabına müəllifin son illərdə qələmə aldığı oxunaqlı hekayələri daxil edilib. Topluya daxil edilmiş bədii nəsr nümunələrində yumoristik, eləcə də sərt etnoqrafiq - psixloji löhvələr var. 


Baxış sayı: 2477
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 42(51 - 2016)


Kulturoloji layihəni maliyyələşdirən qurum:


Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.az


YYSQ - http://www.yysq.org


Qəni Camalzadə


“Kişilik də bir şey deyil...”

 

Hekayələr toplusu

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı:Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri – 2016

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin yeni e-kitabına müəllifin son illərdə qələmə aldığı oxunaqlı hekayələri daxil edilib. Topluya daxil edilmiş bədii nəsr nümunələrində yumoristik, eləcə də sərt etnoqrafiq - psixloji löhvələr var. 

 

DİQQƏT


 Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.


Müəllifin başqa e-kitabları


Qəni Camalzadə. "Karxana" ilə tanış olun: 


http://kitabxana.net/?oper=readBook&id=2399


Гани Джамалзаде. Золотой осленок

 

http://kitabxana.net/?oper=readBook&id=2412 

 

Əsərin Azərbaycan dilindəki orijinal variantının e-kitab forması burada:

http://kitabxana.net/?oper=readBook&id=2407


Biografiya

 

1956-cı ilin yanvar ayının birində Azərbayjanın təbiəti gözəl, havasatı saf, suyu şəfalı , amma kasıb bölgələrindən biri olan Lerik rayonunun Durqan (talış dilində Diyoğon kimi səslənir) kəndində dünyaya gəlib. İbtidai təhsilimi burada alıb, 1965-ci ildə ailəsilə Bakıya köçüb. Təhsilini paytaxtın 230 və 156 saylı məktəblərində davam etdirib. 1977-ci ildə Politexnik İnstitutunu bitirib. İstehsalatda müxtəlif vəzifələr tutub: usta, sahə rəisi, şöbə rəisinin müavini kimi çalışıb. 
Sovet hökuməti dağılandan sonra istehsalatdan ayrılıb: 1992- 1993-jü illərdə zabit kimi ordu sıralarına qoşulub, erməni faşizminə qarşı vuruşub.
Ədəbiyyata bağlılığım dördüncü sinifdən başlayıb: ilk ədəbi nümunəsi «Heç nə itmir» hekayəsi olub 1976-ci ildə bu hekayəsi «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunub. Ədəbiyyatla mütəmadi məşğul olur. 
1984-cü ildə dövri mətbuatda çıxan hekayələri «Yazıçı» nəşriyyatının çap elədiyi «Yeni səslər» toplusunda da gedib. 

1986-ci ildə «Yaxşı oğlanın dayısı» adlı ilk kitabı işıq üzü görüb. 1987-ci ildə «Sonunju yeznə» kitabı«Yazıçı» nəşriyyatının tematik planına salınsa da, çapı yubanıb, məlum hadisələrə görə nəşr olunmayıb. Yalnız 1997-ci ildə «Sonunju yeznə» kitabını öz vəsaiti hesabına işıq üzü görüb. 
2002-ci ildə «Qohumların əsiri» kitabı çıxıb.
2007-ci ildə «Qızıl xotuğ» romanımı «Azərbaycan» jurnalında dərc olunub: elə həmin ildə də eyniadlı kitabı işıq üzü görüb. Daha sonralar əsər rusca tərcümə edilərək ayrıca kitab şəkilində  buraxılıb.
Ailəlidir: iki oğlum, bir qızı var. 
Azərbayjan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qarabağ uğrunda  müharibənin iştirakçısı, ikinci qrup əlildir...