Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Şıxbala Elcan. "Qurani-Kərim"in Anlamı. Qafiyəli nəsrlə - Azərbaycan dlində. Ayələrin mənasını təhrif etmədən müqəddəs Qurani-Kərimin müasir Azərbaycan dilində (anlam olaraq) hər kəsin oxuya və dərk edəcək formada qələmə alınan kitab...

Müəllif:

Bələdçi


Kateqoriya:

Dini tolerantlığın innovativ təbliği: QHT Şurası layihəsi



Qısa Təsvir:

Şıxbala Elcan. "Qurani-Kərim"in Anlamı. Qafiyəli nəsrlə - Azərbaycan dlində. Ayələrin mənasını təhrif etmədən müqəddəs Qurani-Kərimin müasir Azərbaycan dilində (anlam olaraq) hər kəsin oxuya və dərk edəcək formada qələmə alınan kitab...


Baxış sayı: 618
    
    


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 02 (46- 2016)


Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org 


Şıxbala Elcan


"Qurani-Kərim"in Anlamı

Qafiyəli nəsrlə - Azərbaycan dlində


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq



 Elmi redaktor: Nadir Məmmədli, filologiya elmləri doktoru, professor

Redaktor: Hacı Yəhya Babayev

Rəyçi: Yaşar Eyyubov

Baş məsləhətçi: Namiq Eyyubov


Şıxbala Elcan. Quran-i Kərimin anlamı. Qafiyəli nəsrlə. Bakı, “Elm və təhsil”, 2015, 468 səh.


Kəlamın ən gözəli Allahın kitabıdır,

Müsəlman olmaq üçün qəlbə doldu – kafidir.

Allahın sevdiyini çalışın Siz də sevin,

Kimsə məhv edə bilməz yaradanın sevdiyin.

Allah kəlamlarının zikrindən usanmayın,

Ondan gələn mənanı qəlbinizdə saxlayın.

Çünki Allah kəlamı hər şeyin yüksəyidir,

Əməlin xeyirlisi, insanın bəzəyidir.

Məhəmməd Peyğəmbər (S.S.)


ISBN 978-9952-8176-4-5   © «Elm və təhsil», 2015


 "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:  


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=175

 

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi: 

https://www.facebook.com/groups/yenikreativ/


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

 

Rəhimli və Mərhəmətli Allahın adı ilə!

Ön söz


Şükür və tərif yalnız Allaha məxsusdur! Biz ona həmd edirik, Ondan kömək diləiyirik. Ondan bağışlanma və bizi doğru yola yönəltməsini təvəqqe edirik. Nəfsimizin şərindən və pis əməllərdən qorunmaq üçün yalnız Ona pənah aparırıq.

Allah kimə hidayət edərsə o, doğru yolda olar, kimi az-dırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadət ediləcək məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd (s.ə.s.) onun qulu və elçisidir.

İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim, ərəb dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonun-cusudur.

Ilahi gözəlliyə, dərin elmi dəyərə malik olan bu əsər bir ilahi möcüzə kimi bəşəriyyətin yüksək təfəkkür sahibləri tərəfindən heyranlıqla qəbul edilir və sevilə- sevilə öyrənilir.

Təkrar-təkrar dinlədikcə insanın canına və qanına hopan bu ilahi hikmətdən doymaq olmur, əksinə O, insana mənəvi möhkəmlik səbat və təsəlli bəxş edir, onun üçün əbədiyyətə doğru əsrarəngiz bir aləm açır.

Qurani-Kərim qafiyəli nəşr şəklində yeddinci əsrdə (610-632-ci illərdə) nazil olmuşdur.

Artıq 1435 ildir ki, nəsildən nəsilə ötürülən bu ilahi hikməti onu ciddi cəhdlə öyrənməyə səy göstərən ilahiyyatçılar tərəfindən araşdırılmış, çox saylı təfsirlər apa-rılmış və ayrı-ayrı dillərə tərcümə edilmişdir.

Mərhum akademik Z.M.Bünyadov və akademik V.M.Məmmədəliyev tərəfindən Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin redaktorluğu ilə Azərbaycan dilinə tərcümə də bu qəbildəndir.

Bu ədəbi abidəni təkrar-təkrar oxuduğum zaman mən də bu Allah elminin özüm qədər bəsit təfəkkür sahibləri tərə-findən başa düşülməsi və Allah rizasını qazanmaq arzusuyla mətni qismən poetik ruhda (qafiyəli nəsrlə) işləmək qərarını qəbul etdim.

Ayələrin mənasını təhrif etmədən yazmağa göstərdiyim səyin məqsədi Qurani-Kərimin müasir Azərbaycan dilində (anlam olaraq) hər kəsin oxuya və dərk edə bilməsinə imkan yaratmaqdır.

Uca yaradana və Onun Peyğəmbərinə olan sevgimdən yaranan bu arzumun və göstərdiyim səyin məqbul qəbul edilməsini uca Allahdan təvəqqe edir və iki cahan şərəflisi Muhəmməd (s.və s) peyğəmbərin şəfaətinə pənah aparıram.

Dəyərli oxucularımdan bu kitabı oxuyarkən öz sevgilərini qatmaqla yazılışın ritmini tutmasını, onu dərk etmək üçün tələskənlik etməməyi rica edirəm.

Şübhəsiz ki, yazılışın xətalardan xali olmadığı gümanın-dayam. Bu barədə öz dəyərli mülahizə və qeydlərini bil-dirəcək hər kəsə əvvəlcədən təşəkkürümü bildirirəm.

Mətnin çapa hazırlanmasında köməyi olan hər kəsə Allahdan rəhm, mərhəmət, elm və mərifət uğuru diləyirəm.

Qoy hər birimizin pənah apardığımız Allahu Təala bu cəhdimizi məqbul saysın inşallah!

Şıxbala Elcan (Bayramov)