Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Məcnun Göyçəli. "Poemalar". Bu yeni kitaba tanınmış Azərbaycan şairi Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan epik-lirik əsərləri - poemaları daxil edilib.

Müəllif:

Məcnun Göyçəli


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Məcnun Göyçəli. "Poemalar". Bu yeni kitaba tanınmış Azərbaycan şairi Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan epik-lirik əsərləri - poemaları daxil edilib.


Baxış sayı: 8747
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Çağdaş Azərbaycancan poeziyası". Elektron kitab N 68 (62 - 2016)


Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Çağdaş Azərbaycancan poeziyası" kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

YYSQ - http://www.yysq.org


Azərbaycan Yazıçılar Birliyi - 
http://www.azyb.az 

 

Məcnun Göyçəli

 

Poemalar

 

Poemalar kitabı

 

YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Məcnun Göyçəli. "Poemalar". Bu yeni kitaba tanınmış Azərbaycan şairi Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan epik-lirik əsərləri - poemaları daxil edilib.

Məcnun Göyçəli. "Poemalar". Bakı. "MBM" nəşriyyatı, 2016. 664 səh.


Müəllifin "Dərələyəz harayı" kitabı burada:


http://kitabxana.net/?oper=readBook&id=2211

 

DİQQƏT


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



Məcnun Göyçəli


(Məcnun Səməd oğlu İbrahimov)


İbrahimov Məcnun Səməd oğlu (Məcnun Göyçəli) - şair, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü.

Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967-1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973-1979).

Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989-2002).

Ədəbi fəaliyyətə erkən başlamışdır. Lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir.

"Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H.B.Zərdabi", "H.Z.Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır.

2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.


Əsərləri


1. Göyçə yallısı (şeirlər). Bakı: Yazıçı, 1988, 68 səh. 2000 nüs.

2. Göyçə təbəssümləri. Bakı: Gənclik, 1996, 92 səh. 2000 nüs.

3. Köçkün nəğmələri. (Şeirlər və poemalar). Bakı: Elm, 2000, 300 səh. 500 nüs.

4. Tanrıdan payım mənim. (Şeirlər və poemalar). Bakı, Nurlan, 2003, 228 səh. 500 nüs.

5. Ağ buluda qanad ömür. (Şeirlər və poemalar). Bakı, Nurlan, 2006, 400 səh. 500 nüs.

6. Göyçənamə. (Şeirlər və poemalar). Bakı, Nurlan, 2007, 596 səh. 500 nüs.

7. Ocaq yalı.  (Şeirlər və poemalar). Bakı, Nurlan, 2009, 456 səh. 500 nüs.

8. "Seçilmiş əsərləri (III cilddə)". I Cild. Bakı, "MBM", 2013, 568 səh. 500 nüs.  

9. "Rübailər", Ocaq yalı.  (Şeirlər və poemalar). Bakı, "MBM", 2014, 164 səh. 500 nüs.

10."Dərələyəz harayı".  (Şeirlər və poemalar). Bakı, "Qismət", 2015, 260 səh. 1000 nüs.

11. "Seçilmiş əsərləri (III cilddə)". II Cild. Bakı, "MBM", 2016, 864 səh. 500 nüs.  

12. "Poemalar". (Poemalar kitabı) Bakı, "MBM", 2016, 664 səh. 500 nüs.