
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi"
Elektron kitab N 21 (83- 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org
Mehman Süleymanov
"Səməd bəy Mehmandarov"
Tarixi-elmi araşdırma
Müəllif redaktəsində.
YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Mehman Süleymanov. "Səməd bəy Mehmandarov". Tarixi-elmi araşdırma. Lənkəranda doğulmuş, boya-başa çatmış peşəkar hərbiçi, general və ictimai-siyasi xadim, düşüncə adamı haqında kulturoloji kitab.
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs burada: https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Səməd bəy Mehmandarov
Görkəmli sərkərdə Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış Səməd Sadıqbəy oğlu Mehmandarov, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur.
1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış və bir müddət Vladiqafqaz şəhərində yaşamışdır.
I Dünya müharbəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında xdmət edirdi.Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində dörd alay var idi:81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı, Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.
Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-c diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. 1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi.1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə,eləcə də İngiltərə, Fransa, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
1917-ci il fevral inqilabından sonra S.Mehmandarov Rusiyada hərbi xidmətdən çıxaraq Azərbaycana gəldi.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsində olmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar.
Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi. Müstəqi Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən zəbt edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə olmayaraq, Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəəlimlik etmişdir.Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı:"Mehmandarov nadir artileriyaçıdır".
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur.O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.