
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi". Elektron kitab N 29 (93 - 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org
Söhrab Tahir AzərAzər
"Ata"
Poema-epos
İki cildə. II cild
Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyasının davamı
YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Xalq şairi Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. II cild. Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyasının davamı... Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.
Birinci cildə burada:
http://kitabxana.net/?oper=readBook&id=2521
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs burada: https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Söhrab Tahir AzərAzər
Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliindən ziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.[2]
Əsərləri
Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.
Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.
Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.
Lirika. Bakı: Azərbaycan Respublikası "Kitab" cəmiyyəti, 1992, 85 s.
Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.
"Seçilmiş əsərləri" İyirmi cildə. I-XX cildlər.
"Ata" poema-epos. İki cildə. I və II cildlər
Haqqında olan ədəbiyyat
Arzumanlı V. 75 yaşın pillələri (Söhrab Tahir-75. Ömürdən yarpaqlar). Bakı: Qartal, 2001, 378 s.
Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı kitabı haqqında). "Kommunist", 1982, 22 avqust.
Duyğun R. Mübariz poeziya (Şair Söhrab Tahir haqqında). "Bakı", 1986, 7 iyun.
Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin məslək və tale yoludur (esse). "Yeni Azərbaycan", 2001, 21 aprel.
Mütəllibov T. Yaş artıqca gəncləşən ürək (Şair S.Tahir haqqında). "Azərbaycan gəncləri", 1986, 26 iyul.