Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Rasif Əhmədov. "Dərs". Sənədli povest və bədii hekayələr. Kitabda yazıçı-publisist R.Əhmədov Azərbaycanın çağdaş tarixi, Ermənistan- Dağlıq Qarabağ problemi ilə bağlı kəsərli-dəyərli fikirlərini ədəbi formada təqdim edir.

Müəllif:

Rasif Əhmədov


Kateqoriya:

Multikultural Azərbaycan



Qısa Təsvir:

Rasif Əhmədov. "Dərs". Sənədli povest və bədii hekayələr.  Kitabda yazıçı-publisist R.Əhmədov Azərbaycanın çağdaş tarixi, Ermənistan- Dağlıq Qarabağ problemi ilə bağlı kəsərli-dəyərli fikirlərini ədəbi formada təqdim edir.


Baxış sayı: 612
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

   “Multikultural Azərbaycan”. Elektron Kitab N 16  (05 -  2017)

 

 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 


Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az


Kulturoloji layihənin  dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org


Rasif Əhmədov


"Dərs"


Bədii-publistik kitab


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Rasif Əhmədov. "Dərs". Sənədli povest və bədii hekayələr.  Kitabda yazıçı-publisist R.Əhmədov Azərbaycanın çağdaş tarixi, Ermənistan- Dağlıq Qarabağ problemi ilə bağlı kəsərli-dəyərli fikirlərini ədəbi formada təqdim edir. Ulu Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına bədii səyahət edilsə də, multikultural dəyərlərin də məhz o dahi şəxsiyyətin ölməz firirləri əsasında azərbaycançılığın davamı, daha inkişaf etdirilən milli-bəşəri düşüncə-həyat texnologiyası olduğu sübut edilir...


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Rasif Əhmədov, yazıçı-publisist


TƏRCÜMEYİ-HAL


Mən Rasif Əhsan oğlu Əhmədov 1964-cü ildə Şamaxı  rayon Sündü (indi bu kənd Qobustan rayonunun tabeliyindədir) kəndində anadan olmuşam. 1982-ci ildə Sündü kəndinin orta məktəbini bitirmişəm. 1985-ci ilin  fevralından həmin ilin noyabr ayına qədər sovxozun inşaat briqadasında fəhlə işləmişəm. 1985-ci ildən 1990 ilə qədər Əzizbəyov (Xəzər) rayonunda Əzizbəyov NQÇİ-də qazmaçı köməkçisi işləmişəm. 18.09.1990   14.01.1991 qədər həmin idarənin nəzdində çoxtirajlı “Neftçi” qəzetində xüsusi müxbir işləmişəm. 1991-ci ildən  indiki günədək tikinti sahəsində usta-sənətkar kimi çalışıram.

  Atam, Əhsan Mehti oğlu Əhmədov 1927-ci ildə Şamaxı rayon Sündü kəndində anadan olmuşdur. Partiyanın XXI qurultayı adına sovxozun inşaat briqadasına başçılıq edib. (1995-ci ildə rəhmətə gedib)

  Anam, Eminə Abdulla qızı Əhmədova03.15.1931-ci ildə Ucar rayon Yeni Şilyan kəndində anadan olmuşdur. Üzüm bağında fəhlə işləyib.(1992-ci ildə rəhmətə gedib)

  Qardaşlrım Asif, Rasim, Firidun Əhsanoğlu Əhmədovlar eyni kənddə doğulublar. Onlar da tikinti işlərində usta kimi çalışırlar.

  Həyat yoldaşım İradə Mirzə qızı Əhmədova 06.15.1966-cı ildə Sündü kəndində anadan olub. Evdar qadındır.

  Orxan Rasif oğlu Əhmədov 03.04.1995-ci ildə Qobustan rayon Sündü kəndində anadan olub Hal-hazırda tikintidə işləyir.

  Sevil Rasif qızı Əhmədova 02.11.1997-ci ildə Qobustan rayon Sündü kəndində anadan olub. Hal-hazırda Mədəniyyət və İncəsənət Universitetinin  3-cü kurs tələbəsidir.

  Lalə Rasif qızı Əhmədova 27.07.1992-ci ildə Qobustan rayon Sündü kəndində anadan olub. Ərdədir. Evdar qadındır, bir övladı var.

                                                                 Rasif Əhsan oğlu Əhmədov