ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” . Elektron Kitab N 23 (04 - 2017)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
İlham Əliyev
"İncə Dərəsi"
Roman
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Redaktor: Bəhruz Quliyev, fəlsəfə üzrə fəlsəfə doktoru.
Korrektor: Qismət İsmayılov, jurnalist
Komputer yığıcısı: Afət Tahirqızı
Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı “İncə dərəsi” romanında da Azərbaycan təbiətinin gözəlliyi, Boz dağın ətəyində yerləşən Çayqovuşan meşələrindən Ulu Tanrının heç nəyi əsirgəmədiyi bədii təsvir vasitələrinin köməyi ilə qələmə alınmışdır. “Göz oxşayan mənzərələr”, “aramsız yağan yağışların yaratdığı cığırlar” Azərbaycan təbiəti ilə bağlı təsəvvürləri daha da genişləndirir. Müəllif məhz belə bir təbiətin qoynunda yaşayan insanların cəmiyyətdə öz əməli fəaliyyəti, şəxsi keyfiyyətləri ilə seçildiyini yaratdığı obrazların timsalında ifadə edə bilmişdir.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.