Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Həcər Hüseynova. "Bədii əsərlərin üslubi sintaksisi". (Mir Cəlalın bədii əsərləri əsasında). Elmi monoqrafiya. Bu elektron kitab “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası

Müəllif:

Həcər Hüseynova


Kateqoriya:

Kulturoloji layihə:ədəbiyyatda kreativ cərəyanlar



Qısa Təsvir:

Həcər Hüseynova. "Bədii əsərlərin üslubi sintaksisi". (Mir Cəlalın bədii əsərləri əsasında). Elmi monoqrafiya. Bu elektron kitab “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası əsasında hazırlanıb.


Baxış sayı: 1541
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” . Elektron Kitab N 30  (06 -  2017)

 

 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 


Feysbukda   “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində rəsmi səhifə: https://www.facebook.com/kreativlayihe/?ref=bookmarks


Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org


Həcər Hüseynova


"Bədii əsərlərin üslubi sintaksisi"


(Mir Cəlalın bədii əsərləri əsasında)


Elmi monoqrafiya 


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq



Müəllifin digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=readBook&id=2112 


http://kitabxana.net/?oper=readBook&id=2252



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



Müəllif haqqında


H.Hüseynovanın “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş və ona filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

İlk olaraq onu qeyd edək ki, təcrübəli pedaqoq, istedadlı alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının  dosenti Həcər Emin qızı Hüseynova 2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda  namizədlik dissertasiyası (indi filologiya üzrə fəlsəfə doktoru) müdafiə etmiş və universitetin Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2009-cu ildə dosent elmi dərəcəsi almış və elmi axtarışlarını uğurla davam etdirərək, 2012-ci ildə “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Dosent Həcər Hüseynova “Müasir Azərbaycan onomalogiyası məsələləri” (Bakı, 2005), “Toponimlərin bəzi nəzəri məsələləri” (Bakı, 2006), “Nitq inkişafına dair praktik məşğələlər (əcnəbi tələbələr üçün)” adlı dərs vəsaitlərinin; “Mir Cəlalın obrazlı dili” (Bakı, 2007), “Mir Cəlalın bədii əsərlərinin dili və üslubu” (Bakı, 2008),“Mir Cəlal: Aforizmlər, Antroponimlər” (Bakı, 2009), “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” adlı monoqrafiyaların, bir neçə dərs proqramının, həmçinin “Hər budaqdan bir yarpaq” (Bakı, 2001) və “Nağıl dünya” (Bakı, 2010) adlı şeirlər  kitablarının  müəllifidir.

Dosent H.Hüseynova elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, universitetimizin, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. O, ulu öndər Heydər Əliyevin yaratdığı və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. Eyni zamanda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Filologoya fakültəsi üzrə sədri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  ADPU bölməsi üzrə fakültə sədridir.

Bu yaxınlarda dosent H.Hüseynovanın “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş və ona filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.