Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Niyaz Niftiyev. “Mətbuatda multikulturalizm”. Elmi əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransızca fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər əsasında araşdırma

Müəllif:

Niyaz Niftiyev


Kateqoriya:

Multikultural Azərbaycan



Qısa Təsvir:

Niyaz Niftiyev. “Mətbuatda multikulturalizm”. Elmi əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər əsasında ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.


Baxış sayı: 163
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

     “Multikultural Azərbaycan”. Elektron Kitab N 38  (11 -  2017)

 

 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 

 

Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176


Kulturoloji layihənin bu hissəsini  maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az


Kulturoloji layihənin dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.kitabxana.net 


Sosial şəbəkə resursumuz:


https://www.facebook.com/groups/yenikreativ/


Niyaz Niftiyev 


"Mətbuatda multikulturalizm"


(Azərbaycan və dünya təcrübəsi)


Elmi kitab


YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Niyaz Niftiyev. "Mətbuatda multikulturalizm" (Azərbaycan və dünya təcrübəsi). Bakı, 2017. 248 səh.


“Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb


Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü ərəfəsində araşdırmaçı jurnalist Niyaz Niftiyevin “Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb. Son yüz ildə ilk dəfə milli azlıqların mətbuat tarixinin araşdırıldığı kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunur.

AZƏRTAC xəbər verir ki, əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər əsasında ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.

Kitabda Azərbaycanın mətbuat tarixinin çağdaş günümüzədək yüksək səviyyədə araşdırıldığı, lakin milli azlıqlar və etnik qruplarla bağlı məsələnin diqqətdən kənarda qaldığı qeyd olunur. Bildirilir ki, bu günədək mövzunun aktuallığı nəzərə alınmayıb, istər paytaxt, istərsə də multikultural subyektlərin yığcam yaşadığı bölgələrdə nəşr olunan qəzetlərin tarixi, müraciət etdiyi mövzular diqqətdən kənarda qalıb. Azərbaycan mətbuatı tarixində multikulturalizm - milli azlıqların nəşrləri bəzi kiçik istisnalarla daha çox XIX - XX əsr mətbuatımızın tərkib hissəsi kimi öyrənildiyi vurğulanır. Bu nəşrdə mətbuat tariximizdə multikulturalizmə qısa ekskurs olunsa da, daha çox çağdaş Azərbaycan mətbuatında multikultural ənənələr diqqətlə öyrənilir, bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verilir, dünya təcrübəsindən bəzi seçmələr təqdim olunur.

Kitabda, həmçinin milli azlıqlar haqqında bütün növ KİV-lərdə çap olunan materialların (2008-ci ildən 2017-ci ilin əvvəllərinə kimi olan dövr ərzində 50-dək qəzet, sayt və jurnalın) monitorinqi aparılır. Monitorinq zamanı hansı qəzetin, saytın və ya jurnalın qeyd olunan illərdə neçə dəfə sözügedən mövzuya müraciətləri araşdırılır. Monitorinqə Azərbaycan, rus və ingilis dilli media cəlb olunub.

Qeyd edək ki, kitab “Ön söz”, “Müəllifdən”, “Azərbaycan mətbuatı tarixində multikulturalizm”, “Çağdaş Azərbaycan mətbuatında multikulturalizm”, “Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı”, “Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr”, “Nəticə” və 5 dildə (rus, ingilis, türk, alman, fransız) yazılan “Xülasə”dən ibarətdir. 248 səhifədən ibarət olan əsərin redaktoru Vasif Hüseynovdur.

Xatırladaq ki, bu əsər Niyaz Niftiyevin multikulturalizm mövzusunda ikinci kitabıdır. Müəllifin bu seriyadan olan ilk kitabı “Azərbaycanda birgəyaşayış və mültikulturalizm” (Bakı, 2015, 407 səhifə) adlanır.

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.