Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ülfət Ziyafətqızı. "Bir ovuc göz yaşı". Poetik toplu. Azərbaycanımızın dilbər bölgəsində - Lənkəranda yazıb-yaradan gənc şairənin ilk kitabı

Müəllif:

Ülfət Ziyafətqızı


Kateqoriya:

Kulturoloji layihə:ədəbiyyatda kreativ cərəyanlar



Qısa Təsvir:

Ülfət Ziyafətqızı. "Bir ovuc göz yaşı". Poetik toplu. Azərbaycanımızın dilbər bölgəsində - Lənkəranda yazıb-yaradan gənc şairənin ilk poetik kitabı.


Baxış sayı: 89
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”. Elektron Kitab N 38  (14 -  2017)

 

Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 


Feysbukda   “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində rəsmi səhifə: https://www.facebook.com/kreativlayihe/?ref=bookmarks


Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.kitabxana.net


Ülfət Ziyafətqızı


"Bir ovuc göz yaşı"


Poetik toplu


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Ülfət Ziyafətqızı. "Bir ovuc göz yaşı".  Bakı. 2017, 196 səh.


Ülfət Ziyafətqızı. "Bir ovuc göz yaşı". Poetik toplu. Azərbaycanımızın dilbər bölgəsində - Lənkəranda yazıb-yaradan gənc çairənin ilk poetik kitabı.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Tərcümeyi-hal


Ülfət Ziyafət qızı Əkbərli 1985-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olub. Şəhər 10 saylı orta məktəbi bitirib. Lənkəran Dövlət Universitetinin filologiya fakültəsi üzrə ali təhsil alıb. İxtisası üzrə Lənkəran şəhər 10 saylı orta məktəbdə müəllimə işləyir.

1998-ci ildən Lənkəranda fəaliyyət göstərən “Ziya” ədəbi məclisinin ilk fəal üzvlərindəndir. Şeirləri “Söz”, “Məşəl”, “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat”, “Aşkarlıq”, “Talışın səsi”, “Lənkəran”, “İmpuls” kimi respublika qəzet və jurnallarında dərc olunmuş, “Ömürdən yarpaqlar” adlı almanax şeir kitabında yer almışdır. 2001-ci ildə 15-25 yaşlı gənclər arasında keçirilən “Mənim Dövlətimdə sülh olarsa...” adlı Respublika Baxış Müsabiqəsinin şeir nominasiyası üzrə yazdığı “Müharibə olmasın” adlı şeiri ilə qalib olub, Bakı şəhərində təhsil naziri Misir Mərdanov tərəfindən qiymətli hədiyyə və diplomla təltif edilmişdir. Ailəlidir,bir oğlu,bir qızı var. Oxuculara təqdim olunan bu kitab müəllifin ilk şeirlər toplusudur.