Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yağmur Tunalı. "Stalinin kəşf edə bilmədiyi adı Azərbaycan Türklərinə biz verdik..." (Bəxtiyar Vahabzadə)

Müəllif:

Bələdçi


Kateqoriya:

Türkologiya



Qısa Təsvir:

Türkiyənin böyük yazarlarından olan Abdulla Yağmur Tunalının ustad şairimiz Bəxtiyar Vahabzadə haqqında yazısı


Baxış sayı: 4062
    
    


Şəkiyə qar düşəndə

Türkiyənin böyük yazarlarından olan Abdulla Yağmur Tunalının ustad şairimiz Bəxtiyar Vahabzadə haqqında yazısıyla tanış olmaq imkanını mənə tələbə yoldaşım, hazırda Türkiyədə yaşayan və üstün yaradıcılıq uğurlarına imza atan gözəl sənətçimiz Məlahət Abbasova imkan yaratdı. Öncə Yağmur bəyin \"Şəkiyə qar düşəndə\" yazısını tamamilə Azərbaycan türkcəsinə uyarlamaq (türkcədən türkcəyə tərcümə olmur-E.M.) niyyətində olsam da, ilk sətirlərdən dərhal sonra fikrimdən daşındım. Bu qədər gözəl və sevgi dolu yazının ruhuna xələl gətirmək istəmədim... Bacardığım qədər bu möhtəşəm yazını oxucularımıza ortaq türkcəmizdə təqdim etməyə çalışdım.
Məlahət xanıma isə yazıya görə dərin təşəkkürlərimi bildirir və oxucularımızın Yağmur Tunalının Bəxtiyar Vahabzadə haqqında yazdığı sevgi dolu sətirlərdən zövq alacaqlarına ümid bəsləyirəm.


Elçin Mirzəbəyli

Yağmur Tunalı

Stalinin kəşf edə bilmədiyi adı Azərbaycan Türklərinə biz verdik

Bəxtiyar Vahabzadə bir nəslin namusu olmağı seçmiş bəxtiyarlardandı. Bilinən ölçülərə görə bəxtiyar yaşamadı. Çiləsi böyükdü.
Dünyəvi dadlara uzak deyildi, hətta həmcinslərinə \"nümunə\" olacaq qədər dünyəviydi və dünya zövqlərinə də yolu yetərincə uğramışdı. Lakin adi dəyərlərdə qərar tutanlardan deyildi. Dərdi vardı və bu dərd başına türlü-türlü dərdlər açacaqdı.
Bəxtiyar Vahabzadə \"şair\" doğulmuşdu. Bu, yaradılışı yorumlamaqta ve həyatı yaşamakta, zatən başlı başına dərin bir fərq yaratmağa yetərdi. Öylə sıradan bir şair də deyildi. Sarsıcı bir qabiliyyətlə doğulmuştu. İçində vülkanlar vardı. Gələcək illər, bu yanardağın fəaliyyətinə şahid olacaqtı.
Doğulduğu 1925-ci il, Sovet inqilabının və özəlliklə Stalin rejiminin tamamilə yerləştiyi illərdi. Qorxunun hökm sürdüyü bir zamanda uşaqlığını azad yaşamaq mümkün olmadı. Daha dilləri yeni açılmışkən, büyüklerə öyrədilən yaşama qəlibləri çocuqlar üçün də uyğulanmağa başlanırdı. Rejim, öz sistemini körpə dimağlarda yeni başdan yaradır, əzir, bükür, pozur, olmadı... yenə pozur və insanlıq tarixinin ən insafsız toplum mühəndisliyinin örnəklərini verməkdən çəkinmirdi.
Bəxtiyar Vahabzadə, o tarixlərdə belə təmiz qalabilmiş Türk mühitlərindən birində doğulmuşdu. Şəki bolşevik işğalından əvvəl Qafqazdakı Türk xanlıqlarından birinin mərkəziydi. Dövlət paytaxtı olsa da Bakıya görə, hətta Gəncəyə görə əyalət saylırdı. Şəki xanlığı, zatən bir vilayətdən ibarət deyiləbiləcək qədər dar bir sahədə qurulmuşdu.
...Şəki keçmiş bir paytaxtdı və son yüzilin bir mədəniyyət şəhəri olaraq şanslıydı. Bakıyə, yəni mərkəzə uzaqlığı da Şəkinin bir şansı olaraq ortaya çıxmıştı. Məhz buna görə də, yeni sistemə uyğunlaşması, öz dəyərlərini dəyişdirməsi və ya yeni dəyərləri mənimsəməsi zaman aldı. Bu lənglik, çox şeyin qoruna bilməsi imkanını da gətirdi. Bəxtiyar bəy, beylə bir Şəkidə dünyaya göz açmışdı...
Şeki, Türklərin həyatı hələ bəlli ölçülərdə - Dədə Qorqud havasında yaşadıkları bir şəhərdir. 1993 ilin əvvəllərində qar altında üşüyən, qazsız və hətta elektriksiz halıyla gördüyümdə, Qarabağ hərbinin ən şiddətli zamanıydı. Bu sərt tabiət şərtlari altında və hərbin acıları içində bilə yüksək mədəniyyəti, gülümsəməyi və qonaqlarını gülümsətməyi bacaran bir Şəki vardı... Şəki bir çox cəhətlərdən fərqli olduğunu dərhal hiss etdirən, güclü, cəledici bir şəhərdir. Ora qədəm qoyduğunuz zaman hava da, insanlar da və sanki həyat da dəyişir. Mirzə Fətəli Axundzadənin və Bəxtiyar Vahabzadənin məmləkəti sizi bir açıq üzlə qarşılar. İndi bunu daha yaxşı anlayıram və o zaman bir Şəki gözəlləməsi yazmadığıma görə təəssüflənirəm.
...Şəkiyə bir yaz Bəxtiyar bəylə gedəcəktim və Şəki ziyarəti əsil mənasını o zaman bulacaqdı. Bakıdan ayrılırkən, Bəxtiyar bəyin salamı ilə getmişdim. Bəxtiyar bəy o zaman sağlam durumdayıdı. Qışı Bakıda keçirir, yazı isə Şəkidə olurdu. O zamandan etibarən Azərbaycana gedə bilmədim və Bəxtiyar bəyin gəliş-gedişlərində, ancaq Türkiyədə görüşə bildik.
Bəxtiyar bəyi, Şəki haqqında təəssüratlarımı yazdıqdan sonra anlamaq və anlatmaq istəyim boşuna deyil. Əgər qısaca yazdığım bu Şəki havası olmasaydı, bəlkə də Bəxtiyar bəy Sovet inqilabının kəskin bir müxalifi kimi görünməyəcəkdi. Şəkinin sərt havası asanlıqla \"qarşı tərəf\" kimi görünmək üçün zəmin yaradacaq qədər kəskin şəkildə hiss olunur. Hər Şəkilinin, bu manada müxalif doğduğu söylənilə bilər. Bəxtiyar bəyin yaşamaq məcburiyyətində qaldığı bir sıra şərtlər səbəbindən hər şeydə olduğu kimi sənətini də \"incə ələyib sıx toxuduğu\" bəllidir. Bununla birlikdə, diqqətinin incəlifi belə onu sistemin qəzəbindən qoruya bilmədi. Bilənlər bilir ki, Bəxtiyar Vahabzadə çox çevik bir siyasətçi qədər manevr qabiliyyəti olan bir insandı. Ancaq, dövr o dövr idi ki, yerli həyata, yerli mədəniyyətə bir az dərin dəyər verənlər bir bəhanəylə dərhal damğalanırdılar. Xalq düşməni və sair sifatlardan biri yapışdırıldımı, qurtuluş yoxtu. Özəlliklə Türklər, bu mənada daha bir basqı altındaydılar. Çünkü Türklük min il dünyanı yönətmiş bir millətin adıydı. Təbii, burada bir paradoks da vardı.
Təəccüb doğuracaq haldır: Sovet sisteminin ən qabarıq özəlliklərindən biri də mikro millətçilikləri sonuna qədar təşviq etməsiydi. Hər kəs özünü digərinə qarşı, mikro kimliyilə ifadə edir, bu kimlikler arasında sanki bir yarış olur və bu yarışın hakimi də \"xalqların qardaşlığı\" prinsipinə nəzarət edən Moskva olurdu. Guya \"sovet ailəsi\"ndə qardaşlıq əsas şərtdir, amma qarşıdurma davamlı olaraq körüklənirdi. Qarşı dayanan tərəflər, tək-tək mərkəzə, yəni Sovet siteminə, yəni üstü örtülü rusluğa bağlıydılar. Rusluq bir etnos deyildi, sanki varılması gərəkən bir mənzil, ulaşılması gərəkən bir hədəfdi . Qarşı dayanan ünsürlər hər zaman rusluğa sığınar və sonsuz qarşıdurmalarda aşınan və yorulanlar rusluqda qərar tapardılar. Bugünki rus əhalisinin önəmli bir qismi bu qəbildən olan \"qazanc\"lar nəticəsində formalaşdırılmışdır.
Bəxtiyar bəy, bu mikromillətçilik məsələsində istəniləndən daha dərinə getmiş kimiydi. Yəni, özünü rusluq qarşısında da bir şəxsiyyət olaraq ifadə etmək istəyirdi. Öz millətini rusluq qarşısında belə bərabər tutduğu anlaşılırdı. Halbuki, rəsmi anlayışdakı \"bərabərlik\" sadəcə bir ritorikadan ibaretdi. Bu \"söyləm\"i gerçəkmiş kimi qəbul edib ona görə davranmaq çox təhlükəli bir görüntüydü. Birinci səbəb buydu. İkinci səbəb olaraq da, qıskanclıqlar dövrəyə girirdi. Parlaq bir şaire qarşı kin və qıskanclık duyulması sıradan bir insanlıq durumuydu. Onu damğalamaq üçün də Sovet rejiminin jurnal sistemi saysız imkanlar yaradırdı. Bu imkanlar istifadə olundu və Bəxtiyar bəy haqqında rejim müxalifi olan ziyalı obrazı yaradıldı.
Gənclik çağından etibarən yazdıqları, söylədikləri məhz \"bu rejim müalifidir\" çərçivəsində dəyərləndirildi. Sıx-sıx ifadəsinə başvuruldu, sıx-sıx gözaltına alındı...
...Mənə gözyaşlarıyla bu həbs və düşkünlük dönəmlərini anlatmışdı. İşindən olduğu, kimsenin açıqca ziyarət edə bilmədiyi ailəsinin durumu üzündən qahr olduğu bu dönəmlərdə yaşananlar, onun millətinə bağlılığını dərinləşdirən şahanə örnəklər yaradırdı. Bir dəfa hıçqırıqlarını zorla saxlayaraq bunlardan birini mənə anlatmışdı: \"..Həbsə atılmışdım. Ailəm pərişan oldu. Nə yiyib, nə içəcəklərini bilmirdim. Fəqət bunu bildim: Mən həbsdə olduğum zaman da, çıxıb işsiz qaldığım zamanlarda da hər gecə evimin qapısına, bütün təhlükələri gözə alaraq kimlərsə ərzaq bağlamaları qoyurdular. Onların kim olduğunu heç bilmədik də. Ailəm, belə bu səfaləti ən az səviyyədə hiss etdi... Söylə, Yağmur mən bu milləti necə sevməyim? Onun üçün necə çırpınmayım, necə ölməyim?..\"
Bu mesələ, tabii ki, mənim burada yazdıqlarım qədər deyildi. Bəxtiyar bəy, sadəcə ona göstərilən etibardan dolayı millətini sevmiş deyildi. Milletin mahiyyətini anladacaq çox örnək sıraladıqdan sonra bu soruları sormuşdu. Bunun əksi olan da çox örnək yaşamış, yanılmış, aldadılmış, xəyanətə uğramışdı. Bunu yapanlar da o millətin fərdləriydi, ancaq bir ideya adamı üçün belə örnəklərdə diqqət yetirmək və onlara görə küsmək, darılmaq və vazkeçmək mümkün deyildi.
Bəxtiyar bəyi bir ideoloji öndər və ya bir siyasətçi kimi təqdim etdiyimin fərqindəyəm. Əlbətdə, bilinən ölçülərdə bir siyasətçi də, öndər də deyildi.
Ancaq əsil siyasət aydınların yazdıqları və söylədiklərindədir. Bəxtiyar bey də belə aydınlardandı. Həyatı sənət və siyasətlə dopdolu keçmişdi. Zatən, Sovet quruluşunda sənət də yalnız təkyönlü siyasətin əmrində olduğu zaman yaşamaq haqqı qazanırdı. Bunun üçün 70 illik dönəmdə böyük rus ədəbiyyatı belə zirvələrə yaraşan və ya yaxınlaşan əsərlər vermədi. Ancaq, müxalif cizgidə olanlar bir səviyyənin üzərinə çıxdılar. Bəxtiyar bey də onlardan biriydi.
...Çox yazırdı. Şeir kimi nadir tapılan bir cövhər onlarca kitab halında ardıcıl olaraq Onun imzasıyla yayımlanırdı. Əlbetdə bu sıra-sıra kitablar, \"saf şeir\" deyilə biləcək ölçüdə misralarla dolu deyildi. Mesaj yüklü, Sovet dönəmində yaranmış alışqanlığın təsiri onda da vardı. Ancaq bu mesajlı misralar da Türk şeir mədəniyyətinə bağlanan bir anlayışla ifadə olunurdu.
...Bir hesaba görə 35, başqa bir hesaba görə 70-i aşan şeir kitablarının, bir rekorda işarə edib-etmədiyini bilmirəm. Ancaq, bunu bilirəm ki, bu qədər çox poetik esər yaradan, hər birində və ya əksəriyyətində yüksək səviyyədə şeir yazan bir dahi dünyaya gəlmiş deyil. Yani, demək olar ki, bəlli bir səviyyənin şairi olan Bəxtiyar bəyin bu minlərcə misrasının hədəfi, \"xalis şeir\"ə çatmaq deyildi. Amma hər biri bir tərzdə olan şeirin və bir anlayışın Bəxtiyar kimi ifadəsiydi.
...Bəxtiyar Vahabzadənin ən çox sevdiyi şeir Türkiyənin İstiqlal Marşı idi. Son 20 ildə İstiqlal Marşına və Akife heyranlıq hakimdi desəm, mübaliğə etmiş olmayacağam.
Bəxtiyar Vahabzadənin şeir zövqünü və fikir zövqünü anlamaq istəyənlər bəlkə bu ipucundan hərəkət edə bilərlər.
Bəxtiyar beyin son 20 ili müstəqillik öncəsi və sonrası dalğalanmalarıyla keçdi. Şeiri də, daha birmənalı cizgilərlə bir Vətən pəncərəsindən gördüyü illərdi bu illər. Bu dövrdə o döyüşçü kimiydi. 1990-cı ilin 20 Yanvarında yaşanan Azadlıq Meydanında yüzlərlə şəhid verdiyimiz, minlərlə insanın yaralanmasına səbəb olan qırğından bir gün sonra, onun Kişi səsi qulaqlarımıza və ürəklərimizə bir iman atəşi olaraq doğmuşdu. Biz İzmirdəydik. Türklüyün böyük övladı prof. dr.Turan Yazqanın dəvətilə Azərbaycandan gələn 60 kişilik bir sanatçı heyəti ilə konsert vermək üçün getmişdik. 20 Yanvardan sonra 21 yanvar konsertini ləğv etmək zorunda qaldıq. Axşam xəbərləri üçün TRT-yi açdıq. Ağzımızı bıçaq belə açmaq olmazdı, nəfəs ala biləcək halda deyildik.. Görüntülər gəldi. Azadlıq meydanı dopdoluydu. Azərbaycan ürkməmiş, qorxmamış və acısını hayqırmaq üçün yüzminlərin timsalında meydana axmışdı. O sırada bir telefon bağlantısı xəbəri duyuruldu və bir Kişi səs gurladı: \":Bu üzərinə güllələr yağdırdıqları gənclərə ekstremist (aşırı milliyyətçi) deyirlər. Elədirsə mən də ekstremistəm, məni də alsınlar, məni də vursunlar!..\" Bu, ciyərləri sökən, ürəkləri qoparan səslə hayqıran adam Bəxtiyar Vahabzadəydi.
Mən Bəxtiyar bəyi o gün heç vaxt ölməyəcək bir duyğuyla sevdim. Mənə azadlığın yaxın olduğunu o səs duyurdu. Bir çoxlarına da o səsin duyurduğunu bilirəm.
Burada bir müqayisə aparmaq niyyətində olmasam da, bir məqama diqqət çəkmək istəyirəm: Azərbaycanın çox şanlı-şöhrətli nümayəndələri belə bir reaksiya göstərə bilmədilər. Bunda, əlbətdə narahatlıq doğuracaq bir şey yoxdur. Hər kəsdən bu cəsarəti gözləyə bilmərik. Ancaq, o günlərin şahidləri olaraq, igidin haqqını igidə vermək üçün tarixə ədalətli yanaşmalıyıq. Mənim də sevdiyim, qələmlərindən və fikirlərindən faydalandığım bazi şəxslər gizlənirkən Bəxtiyar Vahabzadə Sovet vəhşiliyinin öz dəhşətini nümayiş etdirdiyi 20 Yanvar ertəsində TRT ekranlarında hayqıran bir millət fədaisiydi...
1991-ci ildən sonra baş verən siyasi proseslərlə bağlı Bəxtiyar bəylə düşüncələrim üst-üstə düşür. O, Elçibəyi də, Əliyevi də məclisə və millətə taqdim edən kişiydi. Hər ikisi də prezident olaraq onun sözlərindən sonra and içib görəvə başladılar. Bunu, onun mövqesizliyi kimi təqdim edənlər də oldu. Mən o qənaətdə olmadım. Bəxtiyar bəy bir real siyasətlə millətçiliyi birləşdirən bir anlayış sərgilədi, deyə düşünmək istəyirəm. Elçibəyin Türklüyə xidmətini hər zaman ən üstün bir yerdə tutdu. Dövlət adamı olaraq da Heydər bəyə ehtiyac duyulduğunu düşündü və o yöndə bir tərcihdə bulundu. Əslinda, fikirləri etibarilə Elçibəyə yaxındı. Hesab edirəm indi bunu daha rahat anlamaq və qəbul etmək mümkündür.
*****

Hər kəsin bildiyi bir məsələdir: Sovetlər Birliyində yaşayan Türk yazarları, sənətçiləri Türkiyədəki sol yol yönlü həmkarlarıyla təmasdaydılar. Onların sağ cinahla görüşməsinə imkan verməzdilər. Bəxtiyar bəy bu məsələdə də istisnalardandı. Onun 1980-ci ildən sonra gələn nisbi bir yumuşalmadan dolayı sağdan da tanışlıqları olmuşdu. O zamandan etibarən Türkiyədə yaşayan bir şair və yazar kimiydi. Türkiyənin gündəmini təqib etməklə kifayətlənmir ve fikir dartışmalarına da qatılırdı. Məsələn, Türkiyənin Füzulidən başlayan əski şeire düşmənlik edən yazarına Azərbaycandan cavab verir və Türkiyədəki qardaşlarına da üfük açırdı. O yazı, məni Türkiyədə yaşayan, əli qələm tutan bir şair və şeirsever olaraq çox utandırmışdı və hələ də utandırır.
Bir istisna kimi mədəniyyət naziri İstemihan Talay bəylə təmasını da qeyd etməliyəm. İstisna dedimsə, sol bir partiyadan olduğu üçündür. Məncə, əsasen 12 sentyabr sonrasının ən şüurlu mədəniyyət naziri odur. \"Ən milliyətçi nazir də odur\", - desəm bəziləri təəccüblənə bilər.
İstemihan bəy zamanında \"Özümüzü kəsən qılınc\" tamaşasını Şinasi səhnəsində oynanmışdı. Tamaşa öncə Azərbaycanda səhnələnmişdi və sonra Türkiyəyə qastrola gəlmişdilər. Yeri gəlmişkən söyləyim: Bu, Vahabzadə imzalı tək tamaşa deyil. Bəxtiyar bəy teatra da çox diqqət yeririrdi. Bir çox dram əsərləri yazmışdı. Ədəbiyyat professoru kimi əsasən şeirlə məşcul idi, amma yazar olaraq müxtəlif janrlarda əsərlər yazırdı. Əslində demək istədiyim budur: Şinasi səhnəsində \"Özümüzü kəsən qılınc\" tamaşasını seyr etdikdən sonra, bir yerli tamaşaya da baxmaq istədi. Ertəsi gün Fazil Hayatinin \"Barbaros\"una tamaşa etdik. Bu tamaşanı özü seçmişdi. Hətta həyacanlanaraq, sevinərək seçmişdi. Amma tamaşa Bəxtiyar bəyə ağır təsir elədi. Qoca cahan dövlətinin, bütün Ağ dənizi titrədən, ölkələr fəth edən, dünya dənizcilik tarihinin ən parlaq simalarından birinin zəif təqdimatı, üstəlik də Dövlət teatrında səhnəyə qoyulmasını heyrətlə qarşıladı. Tamaşanı seyr edərkən yerində dura bilmədi, nəzakəti bir tərəfə qoyuraq \"olmaz Yağmur!\" \"olmaz!\" deye şikayətləndi. Türkiyə üçün üzüldü, üzüldü...
Bu mənada, o gözel insanı, bu böyük Türkü dəfələrlə üzdüyümüz doğrudur.
Sevindiyi örnəklər də tabii ki, çoxdu. Bu gün üçün də çox mühüm bir mesaj olacaq bir örnəyi nəql etmək istəyirəm:
Bir gün, GAP Televizyonu sorumlusu Ömər Faruk bəy aradı. 1993-cü il olardı... O sırada Ankarada bulunan Bəxtiyar Bəylə 25 dəqiqəlik bir röportaj hazırlayıb-hazırlamayacağımı sorudu. Məmnuniyətlə qəbul etdim. Görüşəcəyimiz yerə bir qrup göndərməsini istədim və dar bir zamana bu reportajı hazırlaya bildik. 25 dəqiqəlik verilişin bir surətini Azərbaycan Televiziyası üçün Bəxtiyar bəyə verdik.
O verilişin izləyicilərin xahişilə Azərbaycanda təkrar-təkrar yayımlandığını çox insandan, həm də terifli ifadələrlə eşitmişdim.. Bəxtiyar bəy dedi ki \"sən o reportaja mənim Türkcənin yaşayan ən böyük şairlərindən olduğumu söyləyərək başladın. Azərbaycanı və məni həyacanlandıran, dəfələrlə yayınlanması üçün xalqın tələbinə yol açan da bu cümləydi.
Mən təəccübləndim: \"Bu cümlədə fövqəladə olan nədir?\", - dedim. Bəxtiyar bəy güldü və \"Əslində cavabını çox yaxşı bildiyin bir sualı məni danışdırmaq üçün suruşursan, Yağmur, amma mən səni qırmayıb söyləyəcəyəm\" dedi. \"Sovet ədəbiyyatında \"Türk\", yalnız Türkiyə türklərinə və ahıskalılara deyilirdi. Bizim millət adımız \"azərbaycanlı\" və dilimiz də \"azərbaycanca\"dır. Sən məni bir Türk şairi və Türkcənin böyük şairi olaraq təqdim etdin. Türkiyədə də məni bilinən və sevilən biri olaraq göstərdin. Xariqə olan və milləti fərəhləndirən də buydu. Bunun üçün o reportaj, təkrar-tekrar yayınlandı\" söylədi.
O zaman bunun nə demək olduğunu yaxından yaşayanlar bilirlər.
Bu nöqtəyə diqqətinizi çəkmək istəyirəm: Azərbaycan \"azərbaycanlı\"lıqdan \"türk\"lüyə dönməyə çalışırkən, bizim sağlı-sollu aydınlarımız onlara milliyətlərinin adını çox gördülər və \"Azəri\" deməyə başladılar. \"Biz Türkük, siz Azərisiniz\" dedilər və deməyə davam edirlər. Bəxtiyar bəyin sonrakı illərdə ən böyük iztirablarından biri də bu oldu. Stalinin kəşf edə bilmədiyi adı Azərbaycan Türklərinə biz verdik.
Halbuki, kırmançi, sorani, zaza... və daha başqa adlarla anılan vətəndaşlarımızı və bölgəmizdə yaşayanları, bir-birlərini anlamadıqları halda belə bir adla anan aydınlarımız, onları mütləq birliyə hazırlama vəzifəsini yerinə gətirmək üçün canla-başla çalışmaya davam edirlər. Bizim aydınlarımız belədirlər... Yanlış formalaşmış və yanlışa söykənmiş qafalarıyla Türkü Stalinin buraxdığı yerdən bölük-bölük bölməyə davam edirlər.
İllər öncə Bəxtiyar bəyə və Elçibəyə bu mövzu barədə danışanda, içim yanaraq \"təəssüf ki, bizimkiler stalinistdir\" demişdim. Bir daha deyirəm: Bu hökmün heç bir vaxt ağır suçlama olduğunu düşünmədim. Belə bir \"əcaba\" təsellisindən də məhrumum. Heyf ki, heyflər ki, həqiqət belədir...
Əlbətdə bir təsəllim var: Azərbaycan hələ də Türkiyədən yapılan bu \"Azəri\" bombardımanını yer-yer geri püskürdür. Bizim televiziyalarımızda, qəzetlərimizdə, yazılarımızda və danışığımızda onlar üçin yalnızca \"Azərt\" deyilirkən, Azərbaycan televiziyalarını açın, ən çox eşidəcəyiniz kəlmə \"Türk\" olacaq. Elçibəy və Bəxtiyar bəy və müstəqilliyin digər öndərləri, Türk soylu Türk olmağı bu toprağın insanının köksünə bir şərəf medalı olaraq taxıblar. Bunu xatırladıca Bəxtiyar bəyin müqəddəs Vətən torpağına hüzurla sarıldığını düşünmək istəyirəm.

*****

Bəxtiyar bəy böyük bir Türkiyə sevdalısıydı. Türkiyənin yaxşı olmadığı yerdə Azərbaycanın da yaxşı olmasının mümkünsüzlüyünü israrla söyləyərdi. \"Türklüyün ən qüvvətli qalası, bütün Türklərin təminatı olacaq qədər güclənməlidir ki, bir rahat nəfəs ala bilək\" deyərdi. Digər Türk topluluqlarına da bunu bir gerçək gimi yaymaq istəyirdi.
Cənazəsinin iki ölkənin bayrağına sarılmasının mənası üzərində durmak lazımdır. Dünyadan gedərkən də həyatının mesajını təkrarladığı göz önündədir: \"Aman ayrılıq olmasın!\" \"bir olun.. bir olun!\" dediyini onu yaxından tanıyan hər kəs anlamış olmalıdır. Bu, onun son kitabının adı olacaq qədər parlaq bir işarətdir.
Mən, bu iki bayrağa sığınaraq ana torpağla qucaqlaşmağı bir Bəxtiyar Vazabzadə misrası olaraq duydum. Şeirinin və həyatının ən önəmli anlarını yenə özü söyləyən bir sənatkara \"artıq yaşamır!\" deyə bilmərəm...

E-mənbə / link: http://xalqcebhesi.az/news.php?id=7614