Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Elmin BƏDƏLOV. Şeir. "Dünənki gecə"

Müəllif:

Xalq - millət


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

Yeni şairin təzə şeri


Baxış sayı: 607
    
    


Dünənki gecə 



Dünən əhvalım çox yaxşı idi. 

Çünki sən mənimlə idin.

Heç deyəsən söhbət də etməmişdik. 

Amma soyunmağımız yadımdadır. 

Öpüşməyimiz də yadımdadır. 

Bilmirəm, sekslə məşqul olmağa necə başladıq...



Bilirəm, sən gəlmişdin mənim yanıma.

Amma nədənsə danışmadıq o gecə. 

İkimiz də bir nöqtəyə zilləmişdik gözümüzü.

Hərdən bir-birimizə baxırdıq.

Amma necə başlayacağımızı bilmirdik.

Sen gəlməmişdən ehtiraslı bir filmə baxmışdım.

Özümdə deyildim həmin gecə.

Siqaretimnən təklif etdim sənə.

Nədənsə sən də siqaretdən çəkdin.

Və başladıq.


Sən başını mənim çiynimə qoydun.

Mən tellərini oxşamağa başladım.

Sonra da səni öpməyə başladım.

Sənsə sakitcə qalmışdın.

Paltarının birinci düyməsini güclə açdın.

Taqətsiz olduğundan bunu mən davam etdirdim.

Bu gecəni bir yerdə keçirdik.

Hisslərimizin coşması bizi birləşdirmişdi...



...İndi səni qorxmadan gəldiyin həmin yoldan geriyə yola salıram.

Ağlamaqdan elə saralmışdın ki, mən də nə edəcəyimi bilmirdim.

Yolboyu ağlayırdın.

Amma yenə danışmırdıq.

Üç ay keçdi həmin gündən.

Mən sizə zəng etdiyim zaman

 intihar etdiyini öyrəndim.

Heç körpəmizi də düşünməmişdin.

Bu gecə də səni gözləyirəm.

Amma bu gecə o gecə deyil.

Həm də sən yoxsan yanımda...