ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu e-kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) "Çağdaş Azərbaycan elmi irsi" intellektual-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 65 (95 - 2017)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
YYSİB - http://www.yysq.kitabxana.net
Qəzənfər Abbasov
“Mühasibat uçotu"
Dərslik
Redaktə və bütün hüquqlar müəllifə və nəşriyyata məxsusdur.
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
YYSİB və Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Bаkı, YYSİB – 2017
Q.Ə.Abbasov: “Mühasibat uçotu”. Dərslik, Bakı. “İqtisad Universiteti” nəsriyyatı 2015.
Mühasibat uçotu ixtisası həmisə hamı üçün anlasılan olmus və həmin anlasıqlığı indi də saxlayır. Hamıya məlumdur ki, bütün müəssisə və təskilatlarda mütləq heç olmasa, bir mühasib isləyir.
Bununla əlaqədar hesab edirik ki, siz mühasib ixtisasını seçmiş, ancaq ilk dəfə mühasibat uçotu və onunla bağlı olan proses və əməliyyatlarla qarşılşmısınız. Bu proses və əməliyyatlar, hesablar dünyası, onlara dair köçürmə (yazılış), reyestr, hesabat tərtibi və digər islər məcmüsü ilə əlaqədardır. Onları isə arasdırmaq, mənimsəmək, ümumiyyətlə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin is prosesinə tətbiq etmək olduqca çətindir. Bu vəsait bütün sözügedən islərin həllinə yol tapmağa, tələb edilən ən xırda məsələlərin yerinə yetirilməsinə istiqamət verməyə köməklik göstərəcəkdir. Vəsaitin köməkliyi ilə siz mühasibat uçotu haqqında termin və anlayıslarla, onun forma, prinsip və metodları ilə tanış olacaq, əməliyyatların bas verməsinə dair köçürmələr (yazılışlar) verməyi, onlar əsasında mühasibat hesabatını tərtib etməyi öyrənəcəksiniz.
Müəssisə və təskilatların təsərrüfat həyatını öyrənmək və onu uçot həyatına daxil etməklə siz, bütün bas vermis təsərrüfat hadisələri – torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin), material dəyərlilərinin alınması, onlar vasitəsilə məhsul istehsal olunması, istehsalla bağlı xərclərin çəkilməsi, isçilərə əməkhaqqı, məzuniyyət və digər ödənislərin hesablanması, hesablanmış ödənislərin verilməsi, is prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən verginin hesablanması, büdcəyə ödənilməsi, təsərrüfat fəaliyyətində istifadə olunan dəyərlilərin mövcudluğu haqqında invertarlasmanın aparılması və son nəticədə təsərrüfatın fəaliyyətini qiymətləndirmək üçün balans və hesabatın tərtib edilməsi məsələlərini öyrənəcəksiniz.
Təqdim edilən dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında hazırlanmısdır. Kitab 050402 “Mühasibat uçotu və audit” kursunun proqramına uygun olaraq yazılmısdır.
İqtisad elmləri doktoru, professor Qəzənfər Abbasov
25 may 1938-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olub.
1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1954-cü ildən 1967-ci ilə kimi müxtəlif dövlət müəssisə və təşkilatlarında mühasib və baş mühasib vəzifələrində işləyib.
1967-ci ilin mart ayından hal-hazıra kimi Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) "Mühasibat uçotu" kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib.
1981-ci ildə Leninqrad Ticarət institutunun qiyabi aspiranturasına daxil olub.
1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.