Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Али Гасанов. Геополитика. Учебник. Professor Əli Həsənov. "Geosiyasət". (Rus dilində) Ali məktəblərin uyğun ixtisaslar üzrə təhsil alan tələbələri üçün elmi dərslik.

Müəllif:

Əli Həsənov


Kateqoriya:

Geosiyasət, siyasi elmlər



Qısa Təsvir:

Али Гасанов. Геополитика. Учебник. Professor Əli Həsənov. "Geosiyasət". (Rus dilində) Ali məktəblərin uyğun ixtisaslar üzrə təhsil alan tələbələri üçün elmi dərslik.


Baxış sayı: 38
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Geosiyasət və siyasətşünaslıq”. Elektron Kitab N 73  (05 -  2017)

 

 Bu elektron kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən,   http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Geosiyasət və siyasətşünaslıq” intellektual-elmi, analitik-ictimai elektron kitablar silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Silsilənin bu hissəsini maliyyələşdirən qurum


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=181


АЛИ ГАСАНОВ


ГЕОПОЛИТИКА


Учебник


 Əli Həsənov


"Geosiyasət"


Dərslik


(Rusca)


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq



АКАДЕМИЯ ГОСУДАРСТВЕННОГО УПРАВЛЕНИЯ ПРИ ПРЕЗИДЕНТЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ


− Теории

− Методология

− Акторы

− История

− Характеристика

− Понятия


Рекомендован Большим Ученым Советом Академии Государственного Управления при Президенте Азербайджанской Республики, и утвержден приказом министра образования Азербайджанской Республики № 650 от 25.05.2010 в качестве учебника для студентов высших учебных заведений по специальностям «Международные отношения», «Государственное управление», «Регионоведение», «Политология» и других групп специальностей, в том числе для слушателей специализированных академий министерств Иностранных Дел, Национальной Безопасности, Обороны, Чрезвычайных Ситуаций и Государственной Пограничной Службы.


Научные редакторы: Муса Гасымов, д.и.н., профессор, Кенан Аллахвердиев, к.ф.н., доцент

Редакторы: Мехман Абдуллаев, к.и.н., доцент, Арастун Мехтиев, к.и.н., доцент

Рецензенты: Парвин Дарабади, д.и.н., профессор, Рустам Мамедов, д.ю.н., профессор, Эльчин Ахмедов, к.п.н., доцент

Эльман Насиров, к.и.н., доцент.


Гасанов А.М. Геополитика. Учебник. Баку. Издательство «Zərdabi LTD» MMC, 2012, 688 с. 


В учебнике освещаются вопросы возникновения геополитики как научной сферы, рассматриваются история возникновения, формирования и развития ее основных понятий, анализируются взгляды представителей классической геополитики и современных исследователей в связи с ее теоретическими источниками, закономерностями, объектом и предметом, категориями, акторами, исследуются научные теории политологов представляющих различные периоды и геополитические школы, проводится их сравнительный анализ. В книге также дается подробная информация об основных геополитических событиях, происходивших в мире, начиная со средних веков до современного периода, о геополитической характеристике планеты, геополитических центрах силы и отношениях между ними, новых подходах к геополитическим проблемам в глобализирующемся мире, борьбе за национально-государственные интересы и новый мировой порядок, о существующем положении и перспективах занимающих человечество и угрожающих ему проблем, таких как экономическая, политическая, энергетическая безопасность, глобальная транспортно-коммуникационная, торговая, сырьевая, международные перевозки, предлагаются материалы, углубляющие геополитические знания, представления и понятия читателя. 

ISBN 978-9952-460-12-4

© А.М.Гасанов, 2012


Əli Həsənov


Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Şərur rayonu, Tənənəm) — Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir...


 Əli Həsənovun “Geosiyasət” dərsliyi 


...Dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəlxalq münasibətlər hansı istiqamətdə cərəyan edəcək, bütöv dünyanı, ayrı-ayrı geostrateji regionları, ölkələri hansı tale gözləyir, getdikcə qloballaşan, lakin regional, etnik, dini, milli münaqişələrin sayının artdığı planetimizdə vəziyyət necə olacaq? Bütün bu suallar özünün obyektiv və əhatəli elmi cavabını gözləyir.

Qədim dövrlərdən bəri bu suallar bəşəriyyəti, alim və siyasətçiləri düşündürmüş, müxtəlif ideya və nəzəriyyələrin yaranmasına səbəb olub, nəhayət, XIX-XX əsrlərin astanasında geosiyasət elminin meydana gəlməsinə səbəb olub, yeni siyasi reallıqların dərk edilməsi ilə nəticələnib.

Professor Əli Həsənov yeni əsərində qarşısına, əlbəttə, yuxarıda sadaladığımız suallara cavab vermək vəzifəsi qoymayıb. Kitaba yazdığı "Giriş"də alimin özü də bunu etiraf edir.

Yeni kitab geosiyasət sahəsində Azərbaycan dilində işıq üzü görmüş ilk dərslikdir. Burada geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Əsərdə, həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında ətraflı məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

Kitab 9 fəsildən ibarətdir. "Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı" fəslində planetin XIX əsrəqədərki ilkin geosiyasi ideya və mənbələrinin qısa tarixşünaslığına ekskurs edilir, qədim Çin və Hindistanın, yunanların və romalıların geosiyasi təlimləri, ərəb dünyasının qədim geosiyasi konsepsiyaları araşdırılır.

"Klassik geosiyasət: XIX əsrin ikinci-XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri" fəslində kontinental Avropa, ingilis-amerikan klassik geosiyasət məktəbinin yaranması, xarakteristikası, əsas nəzəriyyələri haqqında ətraflı məlumat verilir.

"İkinci dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri" fəsli Almaniya, Yaponiya, SSRİ, Böyük Britaniya və ABŞ-ın geosiyasətinə, "XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti" fəsli isə Avropa kontinental və ingilis-amerikan Atlantik geosiyasətinin xarakteristikasına, əsas konsepsiya və nəzəriyyələrinə həsr olunub.

"Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları" fəsli, adından göründüyü kimi, Rusiya geosiyasət məktəbindən bəhs edir. Burada Rusiyanın orta əsr və yeni dövr geosiyasi nəzəriyyələri və cərəyanları təhlil olunur.

"Türklərin geosiyasi baxışları və nəzəriyyələri" fəslində Osmanlı türklərinin geosiyasi baxışları, Atatürkün geosiyasi düşüncələri, dövlətin soyuq müharibə dövründəki geosiyasi hədəfləri və nəzəriyyələri, müasir dövrdə geosiyasi nəzəriyyələri və cərəyanları, "Geosiyasət elminin yaranması və inkişafı" fəslində geosiyasət anlayışı, geosiyasətin obyekti və predmeti, kateqoriyaları, əsas qanunları, funksiyaları, metodoloji paradiqmaları, tədqiqat metodları, aktorları, geosiyasətdə məkan təsəvvürü və məkan praktikası şərh edilib.

"Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər" fəslində dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri, dünya sisteminin təsnifatı, bu strukturun dövrləri və xarakterik xüsusiyyətlərinə diqqət yetirilir, "Müasir dünya sistemi və onun geosiyasi reallıqları" fəslində müasir dünya sisteminin xarakteristikası verilir, yeni geosiyasi meyillər sadalanır, dünyanın iqtisadi həyatının qloballaşmasından, dövlətlərin geoiqtisadi maraqlarından, dünya siyasi məkanının qloballaşmasından və suveren dövlətlərin hüquqlarından danışılır, dünya informasiya məkanının qloballaşmasından, panideya mübarizəsindən söz açılır.

Azərbaycan geosiyasət elminə layiqli töhfə olan kitabda hər fəslin sonunda verilmiş təkrar və məşğələ sualları tələbələrə mövzuları daha dərindən mənimsəməyə kömək edəcək.

Dərslikdə qısa geosiyasi lüğət, istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları barədə məlumat var, ingilis və rus dillərində xülasələr verilib.

"Aypara-3" nəşriyyatında çap olunmuş kitabın elmi redaktorları tarix elmləri doktoru, mərhum Seyfəddin Qəndilov və tarix elmləri doktoru Musa Qasımlıdır.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.