Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ali Hasanov. "Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya’nın jeiekonomik karakteristiği ve Azerbaycan’ın yeni petrol politikası" (Türkce). Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti

Müəllif:

Əli Həsənov


Kateqoriya:

Geosiyasət, siyasi elmlər



Qısa Təsvir:

ALİ HASANOV. HAZAR-KARADENİZ HAVZALARIYLA GÜNEY KAFKASYA’NIN JEOEKONOMİK KARAKTERİSTİĞİ VE AZERBAYCAN’IN YENİ PETROL POLİTİKASI. (Türk dilinde). Əli Həsənov. " Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti". Elmi-analitik monoqrafiya. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitab


Baxış sayı: 38
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Geosiyasət və siyasətşünaslıq”. Elektron Kitab N 85  (09 -  2017)

 

 Bu elektron kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən,   http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Geosiyasət və siyasətşünaslıq” intellektual-elmi, analitik-ictimai elektron kitablar silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Silsilənin bu hissəsini maliyyələşdirən qurum


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=181


ALİ HASANOV 

HAZAR-KARADENİZ HAVZALARIYLA GÜNEY KAFKASYA’NIN JEOEKONOMİK KARAKTERİSTİĞİ VE AZERBAYCAN’IN YENİ PETROL POLİTİKASI


(Türk dilinde)



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI


Əli Həsənov 


Tarix elmləri doktoru, professor



XƏZƏR-QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ


Monoqrafiya


Elmi redaktor: Elçin Əhmədov, siyasi elmlər doktoru

Rəyçilər: Ziyad Səmədzadə, iqtisad elmləri doktoru, akademik
Ədalət Muradov, iqtisad elmləri doktoru, professor

Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


ALİ HASANOV. HAZAR-KARADENİZ HAVZALARIYLA GÜNEY KAFKASYA’NIN JEOEKONOMİK KARAKTERİSTİĞİ VE AZERBAYCAN’IN YENİ PETROL POLİTİKASI. (Türk dilinde). Əli Həsənov. " Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti". Elmi-analitik monoqrafiya. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitab


Ə.M.HƏSƏNOV. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. Bakı, “Zərdabi LTD” MMC, 2016, 296 s. 


Monoqrafiyada dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi Qafqazda nümayiş etdirdiyi geoiqtisadi maraqlar və yürütdükləri geosiyasət fonunda Azərbaycan Respublikasının indiki və gələcək iqtisadi inkişaf məsələləri araşdırılır, milli mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya  bazarlarına çıxarılması sahəsindəki rolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərdə dünyanın və regionun əsas güc mərkəzləri ilə geoiqtisadi münasibətləri tədqiq olunur.

Kitabda, həmçinin Azərbaycan dövlətinin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli dünyanın enerji, tranzit-keçid, beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya sistemindəki iştirakı kimi məsələlər təhlil edilir, Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinin gələcək milli maraqlarını təhdid edən qlobal geoiqtisadi proseslər şərh olunur.

Kitab Xəzər-Qara dəniz hövzəsi ölkələri və Cənubi Qafqazın geoiqtisadi məsələləri, o cümlədən Azərbaycanın yeni neft siyasəti ilə maraqlanan ictimaisiyasi xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, geoiqtisadi planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu təbəqəsi – milli elita üçün nəzərdə tutulmuşdur.


ISBN 978 9952 504 36 1

© Həsənov Ə.M., 2016

© “Zərdabi LTD” MMC, 2016



Professor Əli Həsənov


Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Şərur rayonu, Tənənəm) — Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir...

 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.