Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Alimlər Allahı necə görür?

Müəllif:

Gülnarə Rəfiq


Kateqoriya:

Din. İlahiyyat elmləri



Qısa Təsvir:

Dünyanın bütün materialistləri və ateistləri bir yerə toplaşsa və ali yaradanın olmadığını sübuta yetirməyə çalışsa bircəcik, yeganə həqiqəti dana balməyəcəklər: Elmin öyrəndiyi ətraf mühitin bütün fenomenləri Allahın yaratdıqlarıdır.  Təbiətin quruluşunu öyrənən, Kainatın qanunlarını kəşf eləyən alim əslində elə Allahı dərindən öyrənən insandır.


Baxış sayı: 30
    
    


  «Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar». (Quran, 29:43)

Dünyanın bütün materialistləri və ateistləri bir yerə toplaşsa və ali yaradanın olmadığını sübuta yetirməyə çalışsa bircəcik, yeganə həqiqəti dana balməyəcəklər: Elmin öyrəndiyi ətraf mühitin bütün fenomenləri Allahın yaratdıqlarıdır. Ona görə də yəqin ki, elm və din yanaşı, hətta harmoniyada olmalıdı. Təbiətin quruluşunu öyrənən, Kainatın qanunlarını kəşf eləyən alim əslində elə Allahı dərindən öyrənən insandır. Tarixin gedişi sübut edib ki, elmdə müəyyən nailiyyətlər qazanmış alimlər dindardı, hətta Allaha qatı din xadimlərindən də daha yaxın olan insanlardı.

Bioloji impuls həyat yaratmağa yox, həyatın dadına baxmağa xidmət edir

Bu dünyada, Kainatda, Yer kürəsində baş verənlər elə qurulub ki, insanın burada yaşayıb və yaratması daha komfortlu, rahat olsun. Allahın «şah əsəri» insan olmasaydı yəqin ki, dinlər də yaranmazdı və yer üzünə peyğəmbərlər və kitablar göndərməyə lüzum qalmazdı. Bəs Allah insanların nəyinə lazımdı? Üzünü heç vaxt görmədiyimiz məxluqa inam, Allahın şərəfinə mürəkkəb dini ayinlər keçirmək, qurbanlar vermək, özünü məhdudlaşdıran mərhumiyyətlərə bilərəkdən məruz qoymağə bizi nə məcbur edir?
İlk baxışdan düşünmək olardı ki, alimlərin baxışları bu məsələdə ruhanilərdən və dindar insanlarda ciddi surətdə fərqlənər. Oksford Universitetinin alimi «İnsanlar niyə Allaha inanır?» layihəsinin iştirakçısı Castin Barret hesab edir ki, sonuncu elmi tapıntılar bəşəriyyət mədəniyyətinə müdaxilə eləməyə inkan verir. Adı çəkilən layihənin müxtəlif ölkələrdən olan bir qrup entuziastları bir yerə yığılaraq aydınlaşdırmağa çalışırmışlar ki, ali qüvvələrin mövcudluğuna inam insanın nəyinə lazımdı və insan təfəkkürünün ayrılmaz hissəsidir, ya yox? Əlbəttə ki, bu layihədə alimlər Allahın özünü insan beyninin içində tapmadılar və elan elədilər ki, o, yoxdur.

Alimlər Allahın yerini dəqiqləşdiriblər

Bu yaxınlarda Missuri Universitetinin neyropsixoloqları insan beynində Allahın yerini dəqiqləşdiriblər. Bu nəticəyə gəlməzdən əvvəl onlar aydınlaşdırıblar ki, dünya dinlərinin prosesləri əslində insan beynində baş verir. Bütün dinlərin ümumi cəhəti kimi insanın namaz vaxtı, zikr eləyərkən, ya da meditasiya zamanı özündən, cismindən uzaqlaşıb dualar vasitəsilə Yaradana qovuşması təcrübəsini əsas götürüblər. Tədqiqatçılar müşahidə ediblər ki, bu, insanın əmgəyinin sağ tərəfində aktivliyin azaldılması vasitəsilə nail olmaq olur. Məlum olmuşdu ki, dini mənsubiyyətindən asılı olmayaraq insanlar Yaradanla münasibətə girərkən eyni neyropsixoloji funksiyanı işə salırlar. Üstəlik məlum olub ki, beyinin sağ əmgəyi tərəfindən travması olan insanlar Allahla kontakta daha rahat girirlər.
Oksforddan olan antropoloq Castin Berret hesab edir ki, əşyaları canlandırmaq bacarığı insanda artıq 5 aylığında əmələ gəlir və ömrünün sonuna kimi davam edir. Ona görə də addımlayan robot uşağa yanından ötüb keçən insanlardan daha qiymətli gəlir. Bütün 4 yaşlı uşaqların xəyalında canlandırdığı dostu olur ki, onunla gizlincə söhbət eləyir. Uşaqlar hər bir predmetin mənasını özləri uydurub tapırlar. Məsələn, buludlar yağış üçündür, iti uclu qayalar heyvanların kürəyini qaşıması üçündür və s. Beləliklə uşaqlarda ilahi yaranış konsepsiyası əmələ gəlir. İnsan yaşa dolduqca artıq ölmüş qohumları və uydurduğu personajlarla ünsiyyətə girir. Burdan o yana ilahilik ideyasına artıq bir addım qalır. Biz başımıza gələn bütün hadisələrdə kiminsə, təbiət hadisələrində kənardan təsirinin olması fikrində əminliyimiz olmasa yaşaya bilmirik. Onsuz da ən qatı ateist də ən çətin anlarında ali qüvvələrə dua ilə ağız açır.

Allah var, amma elm onu nədənsə görmür

Məşhur genetik, «İnsan geni» layihəsinin rəhbəri və «Allahın dili» bestsellerinin müəllifi Frensis Kollinz deyir ki, Allah var və hətta bizim yaşamımıza da müdaxilə də eləyir. Alim düşünür ki, dünyanın Yaradıcısı həyatımızı o qədər incə üsullarla idarə edir ki, biz, yəni müasir alimlər bunu görə bilmirik. Bu mənada elm təbiət qanunlarını pozmadan ilahiyyatı öyrənmək üçün bir qapı ola bilər. Kollinzə inansaq belə çıxır ki, Allah bizim nazımızı kvant mexanikası səviyyəsində çəkir. Yəni ki, ona dua eləməyin və kömək ummağın da mənası var.
Antropoloq Paskal Buaye düşünür ki, dini təfəkkür insanın yaşaması üçün ən rahat formalardan biridir. Axirət dünyasına inanmamaq insandan çoxlu qüvvə və öz üzərində şüurlu və inadlı iş tələb eləyir. Bu çəkilən zəhmət və sərf edilən enerji israfçılıqdı və bizim psixi meyllərimizə zidddir.

Tanrının yaradıcılıq zövqü

Bütün dövr və insanların alimi İsaak Nyutonun fikirləri belədir: «Günəş sistemi və ulduzların, planetlərin, kametaların quruluşu yalnız kiminsə dahiyanə bilgisi nəticəsində yarana və yaşaya bilərdi. Bu kimsə Allahdır». İngilis alimi Rocer Bekon elmdə təcrübi üsulu dəyərləndirib köhnə üsulları kökündən dəyişmiş bir insandır. Allahın dünyanı insanlar üçün yaratdığına qəti əmin olan alim hələ 13-cü əsrdə paravoz, avtomobil, təyyarə, qaldırıcı kran və asma körpülərin layihələrini irəli sürmüşdü. O, hələ Kolumbun doğulmasından 200 il əvvəl yerin yastı yox, dairəvi olması fikrini dilinə gətirmişdi. O da deyirdi ki, Avropadan çıxıb qərbə doğru üzsək Hindistana çata bilərik. O deyirdi: «Gələcəkdə biz görəcəyik ki, təcrübələrə əsaslanmış elm dinə inanan insanların köməyinə necə gələcək. Elm insanları inam ətrafında toplamaq üçün ən vacib qiymətli keyfiyyətlərə malikdi».
Səmadakı cismləri  ilk dəfə teleskopdan görən insan Qalileo Qaliley ilk dəfə Yer kürəsinin yumru olduğunu və Ayda ləkələrin dağlar və kraterlər olduğunu demişdi. Elm uğrunda hətta tonqalda yandırılmış bu insan deyirdi: «Təbiət Allahın göndərdiyi ikinci kitabdı. Ondan imtina eləmək olmaz. Ona görə də Allahın yaratdığı təbiətlə müqəddəs kitablar arasında ziddiyyət ola bilməz»
Astronomiyanın banisi, planetlərin hərəkətini, Günəş sistemində məsafələri və həcmləri hesablamış və ilk astronomik təqvimi tərtib eləmiş alim İohann Kepler deyirdi: «Təbiətə baxarkən biz astronomlar Allahın ünvanına alqışlar, mədhnamələr yağdırmaya bilmərik. Yaradanı anlamaq üçün hissləriniz və intuisiyanıza arxalanın». Ondan «Niyə elmlə məşğul olursuz?» soruşanda o, «Tanrının yaradıcılıq zövqünü yaxından duymaq üçün» deyə cavab verirdi. Atmosfer təzyiqi üzərində təcrübələr aparan, məhlulların mexanikasında ciddi kəşflər eləmiş, riyaziyyat və fizikada tapıntıların müəllifi Blez Paskal deyirdi: «Allah riyaziyyatdan tutmuş elementlərin sırasına qədər hər şeyin müəllifi, yaradınıdır».
Məşhur ingilis botaniki Gon Rey də dindar adam idi. Onun fikricə insan dünyaya Allahın gözəlliyini əks eləmək üçün gəlib. Minlərlə bitki, həşərat, balıq və başqa orqanizmlərin təsnifatını vermiş alim deyirdi: «Hər şey əzəldən Allah tərəfindən yaranıb və mühafizə edilir. Yaradılmışlar indiyədək dəyişilmədən qalmaqdadır. Azad insan üçün Allahın böyüklüyü, sonsuz müdrikliyi və təbiətin gözəlliyi barədə düşüncələrdən qiymətli heç nə ola bilməz».
Müasir kimyanın banisi, suyun donarkən həcmcə artmasını, lakmus kağızını kəşf etmiş, bəsit soyuducunun quraşdırmış və atomlar arasında boşluğun olduğunu ilk dəfə söyləməklə atom nəzəriyyəsinə təkan vermiş alim Robert Boyl həmişə hesab edirdi ki, Kainatda ilahi niyyət var: «Dünyada mövcud sistemlərin kamilliyi, heyvanların, canlıların quruluşu və bacarıqları əsrlər boyu bütün mütəfəkkirləri valeh eləməklə Allahın olmasına inamda əmin olmağa səbəb olub».
Antoni van Levanquk bakteriyanı ilk dəfə kəşf eləmiş alim olub. O, optik linzaları hazırlayaraq bakteriyanı mikroskop vasitəsilə seyr edən ilk insandı. Həyatın Allahı tərəfindən yox, öz-özünə yaranması ideyasına etiraz əlaməti kimi tədqiqatlar apararaq elmdə çox vacib kəşf eləyib.
Cazibə qanununu kəşf eləmiş Nyutonun dinamika qanunları artıq 4 əsrdir ki, insan fəaliyyətinin bütün sahələrində dəyişilmədən tətbiq edilir. Mexanika və optika sahələrində də kəşfləri olmuş və işığın 7 rəngdən ibarət olmasını sübut eləmiş alim ateizmin əsaslarını laxladan və yaranış hipotezini müdafiə edən elmi iş də yazmışdı: «İlahi yaranış yeganə elmi izah ola bilər. Kainat dayanmadan işləyən iri saata bənzəyir. Bu yalnız sonsuz biliklər və qüdrətə malik olan Allahın yaradıcılığı ola bilər. Tanrı böyükdür, mütləqdir. O, hər şeyi bilir, olacaqları da, olmuşları da. O, hər yerdədir».
Civə termometri və hidrometrinin «atası» izveç fiziki Jan Delyuk da Kainatın təsadüfən yaranmasının tam əleyhinə idi. 18-ci əsrin məşhur astronomlarından biri, indiyədək görünməmiş qalaktika və dumanlıqları gözləriylə seyr etmiş Uilyam Qerşel deyirdi ki, «Ateist astronomlar gərək dəli olsun». O, düşünürdü ki, Kainatda hökm sürən qayda-qanunu, səliqəni gözləriylə görəndən sonra Allaha inanmayanın gərək ki, ağlı çaşmış ola.
Teleqrafın və Morze əlifbasının yaradıcısı Samuel Morze də Allahın Kainata hansısa məqsədə görə yaratdığına inanırdı: «Biliklərim artlıqca Allahın böyüklüyünü daha aydın duymağa başlayıram. Gələcək seving və inam işığına boyanır».

Ruh Allahın miniatür formasıdır

Termodinamika qanunlarının ixtiraçısı, naqillər üzrə hərəkət edən elektrik cərəyanını və qaz malekulunun sürətini tapmış Ceyms Coul 1864-cü əldə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxmış 717 alimin imzaladığı sənədi təşkil eləmiş alimdir. Həmin sənəddə belə yazılmışdı: «Biz Allahı tanıyıb ona tabe olandan sonra daha bir işimiz də qalır. Onun Qüdrətini, Xeyirxahlığını, Müdrikliyini onun işlərindən görüb öyrənmək. Təbiətin qanunlarını öyrənmək Allahı tanımaq deməkdir». Darvin nəzəriyyəsinə qarşı çıxdığına görə təzyiqlərə məruz qalmış alim Lui Paster mikrobiologiya sahəsində əhəmiyyətli kəşflər edib. O, quduzluq, difteriya, Sibir xorasını qarşı vaksinin kəşfində, sterilizasiya və pasterilizasiya üsullarının tapmaqla tarixə girib. O, deyirdi: «Təbiəti öyrəndikcə, Yaradanla üzbəüz qaldıqca mənim ona inamım daha da artır. Elm insanı Allaha aparır».
19-cu əsrin alimi Corc Vaşinqton Karser kəşf elədiyi rəngin tərkibi barədə suala belə cavab vermişdi: «Mənim nailiyyətim ondadır ki, Allahın yaratdığını insanların işlədə biləcəyi hala sala bilmişəm. Bu mənim kəşfim deyil, Allahın yaratdığıdır».
Məşhur fizik ser Ceyms Gins isə deyirdi: «Kainatın elmi tədqiqatlarının nəticələrini bir fraza ilə umumləşdirmək olar: «Kainat sonsuz biliklərə malik olan varlıq tərəfindən layihələşdirilərək yaradılmışdır». Dövrümüzün ən dahi alimi sayılan Albert Eynşteyn belə deyirdi: «Mən ürəyində inamı olmayan alimi təsəvvür eləyə bilmirəm. Allahsız elm axsaqdır. Elmlə ciddi məşğul olan hər kəs əmin olur ki, burada insandan daha yüksəkdə duran bir ruh var. Ona görə də elm insanı dinə gətirir».
Böyük partlayış nəzəriyyəsinin müəllifi Jorj Lemetr hesab edrdi ki, dünyanın əvvəli olduğu kimi sonu da var və bu biliklər insanları Allahın olmasına inama gətirib çıxaracaq. Elm və din insana eyni həqiqətləri bəyan edəcək.
***
Yuxarıda çəkilən misallardan aydın görünür ki, Allahın mövcudluğuna inanmış alimlər vahid, absolyut Allahı nəzərdə tuturlar, xristianların çarmıxda can verərək insan gunahlarını yumuş «allah»ını yox. Ona görə də əminliklə demək olar ki, elmə baş vurmuş insan nə vaxtsa İslama gəlib vahid Allah ideyasını qəbul eləməli olur. Müqəddəs Quranın ayələrində deyilir ki, onun üçün yaradılmışları anlayıb qavramaq, Allahın Böyüklüyü və Qüdrətini anlamaq üçün «alim», ya da «bilik sahibi» olmaq lazımdı. «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər». (Quran, 3:18)
 
E-mənbə / link:
http://www.bizimyol.az/?mod=news&act=view&nid=28948